Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qastrit və xora xəstəliyi zamanı müalicəvi qidalanma
Qastrit və xora xəstəliyi zamanı müalicəvi qidalanma
Göndərən: guler19
Şərhlər: 1
Baxılıb: 636
Səs ver:
Qastrit və xora xəstəliyi mədə-bağırsaq sistemi xəstəliklərinin arasında birinci yerlər tutur. 

Mədə və 12 barmaq bağırsağı xorası çox təhlükəli xəstəlikdir ki, uzun müddət ərzində movcud olan xora mədə və 12 barmaq bağırsağı xərçənginə səbəb ola bilər. 

Müasir dərman preparatların köməyi ilə qastrit və xora xəstəliyi çox uğurla müalicə olunur. Lakin müalicədən əlavə bu xəstəliklər zamanı xüsusi qidalanma rejimi də çox böyük müalicəvi rol oynayır. Deyə bilərik ki, xəstə müəyyən pəhriz saxlamazsa, heç bir ən müasir və bahalı dərman preparatı ona kömək edə bilməz və ya bu kömək müvəqqəti olacaq. Bu xəstəliklər zamanı pəhriz daim saxlanılmalıdır. Xəstəliklərin kəskinləşməsi də əksər hallarda məhz pəhrizin pozulması fonunda baş verir. 

Əsas qaydalar:
- Bütün qızardılmış, duzlu, istiotlu, hisə verilmiş, marinada qoyulmuş qidalar qidalanmadan tamamilə çıxarılmalıdır.
- Bütün qidalar yalnız suda və buğda bişirilməlidir (yağda yox!).
- Qida daha tez-tez və kiçik miqdarlarla qəbul olunmalıdır ki, mədə yüklənməsin.
- Çox isti və çox soyuq qidaları və içkiləri qəbul etmək olmaz. Bu qaydaya hətta tam sağlam insanlar riayət etməlidir. Həm çox soyuq, həm də çox isti qida və içkilər insan sağlamlığına 
ciddi ziyan vurur.
- Bu kimi qidaları qəbul etmək olmaz: təzə çörək və un məmulatları; çiy meyvə-tərəvəz, giləmeyvə; pendir; turş süd məhsulları; şokolad; tünd çay, qəhvə; ketçup, mayonez və s. 
souslar; kolbasa və sosis məmulatları; şirniyyatlar (tortlar, pirojnalar). 

- Bu kimi qidaların qəbulu tövsiyə olunur:
duru südlü sıyıqlar (manna, yulaf, qarabaşq, düyü),
buğda və ya suda bişirilmiş ət (ət yağlı olmamlıdır), buğda bişirilmiş kotlet,
bişmiş yumurta,
bişmiş kök, kartof, çuğundur,
moruqlu, çiyələkli kisel (kiselin tərkibində olan nişasta qastrit və xora xəstəliyi zamanı müalicəvi təsir edir - mədənin divarlarında qoruyucu qat əmələ gətirir)
süd, qaymaq
südlü kokteyl, südlü çay
kərə yağı və bitki yağları.

Müalicə zamanı xəstə fiziki gərginliklərə məruz qalmamalı, streslərdən uzaq olmalıdır.


Şərhlər: 1
Baxılıb: 636
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
faydali melumatdir bu barede bilgim vardi
3 may 2016 16:15
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz