Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağıllı telefonlar və planşetlər hansı xəstəliyə səbəb olur?
Ağıllı telefonlar və planşetlər hansı xəstəliyə səbəb olur?
Göndərən: guler19
Şərhlər: 8
Baxılıb: 567
Səs ver:
10 ildir həyatımızın bir hissəsinə çevrilən ağıllı telefonlar və planşetlər yeni bir xəstəliyin səbəbkarı olub. Həkimlər bu xəstəliyi "Teck-neck” adlandırırlar. Alimlər bildirirlər ki, texnologiya ilə həddən artıq təmasda olmaq sizi xəstə edə bilər. 

Statistikalar göstərir ki, insanlar gündə təxminən 2 saatlarını telefon və planşetlərə sərf edirlər. Bu müddətdə baş mütəmadi olaraq önə doğru əyildiyi üçün "Teck-neck” xəstəliyi baş verir. Bu, boyun və kürək nahiyəsində ağrı, çənə altında dərinin sallanması, buxağın yaranması, boyunda qırış ilə müşahidə edilir. 

Həkimlər bildirirlər ki, baş 15 dərəcə əyildikdə boyuna 13 kiloqram yük düşür. Əgər çənənizi boynunuza yaxınlaşdıraraq dayanırsınızsa, bu zaman yük 27 kiloqrama qədər artır. Bu isə boyun və kürəkdə ağrılara səbəb olur, dərinin elastikliyi itir, qırışlar yaranır. Həkimlər müasir dövrün xəstəliyi olan "Tech-neck”in, əsasən, gənc nəsildə müşahidə edildiyini bildirirlər. 18-40 yaş arasında olanların bu xəstəliyə yaxalanmaq riski çoxdur. 

Bəs bu xəstəlikdən qorunmaq üçün nə etmək olar? 

1. Ağıllı telefon və planşetləri daha az istifadə etməyə çalışın. 

2. Ofisdə işləyənlər kompüterin ekranının göz səviyyəsindən aşağıda olmamasına diqqət etməlidirlər. Boyunu önə doğru əymək əvəzinə, düzgün pozada qalmağa diqqət etsinlər. 

3. Tez-tez boyun əzələlərini rahatlaşdıran hərəkətlər edin. Vaxtaşırı ekrandan uzaqlaşın, boyuna düşən yükü azaldın. 

4. Planşet istifadəçiləri onu düz saxlayan xüsusi oturacaqlardan istifadə edə bilərlər.


Şərhlər: 8
Baxılıb: 567
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
FISTIK
Menimde boynum agriyir istifade edende.
30 aprel 2016 23:08
# 8
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Kölge
Esrin olmasa olmazlaridi......
30 aprel 2016 17:47
# 7
Her şeye gore şukur
Barbaris
telefon cox istfade edirem
30 aprel 2016 17:05
# 6
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Miss_Oxatan
onda mende kesin yararib ki o xestelik)))
30 aprel 2016 16:12
# 5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
BARBI
Mende istifade edirem amma normasinda. Cox istifade etmek zererlidir. Hal hazirda gunumuzde cox istifade edilir. Bu da bir sira xesteliklere sebeb olur
30 aprel 2016 14:16
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
her ikisindende az isdifade edirem onsuzda
30 aprel 2016 13:41
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
Telefon olmazsa olmaza çevirilib amma mən o qədərdə düşkünü deyiləm.Sadəcə şəkil çəkdirmək,gələn sms-ə cvb yazmaq və.s.Asılı olduğum kopüterdir ki,oda dərslərimi edirəm,sayta girirəm,ara birdə facebooka.Texnologiyanın şüası insana bəsdir ki xəstəliyə tutulsun.
30 aprel 2016 13:26
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
30 aprel 2016 12:39
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz