Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Addım-addım xərçəngə
Addım-addım xərçəngə
Göndərən: adsiz-a
Şərhlər: 5
Baxılıb: 540
Səs ver:
Bu gün "fast food", dönər vəs. kimi qidalar, o cümlədən, enerji içkiləri insanlar tərəfindən geniş istifadə olunur, lakin əksəriyyət bu qidaların insan orqanızmi üçün nə qədər zərərli olduğundan, hətta onkoloji xəstəliklərə yol açdığından xəbərsizdir, ya da fərqinə varmır.
Məsələyə münasibət bildirən Leyla Şıxlinskaya Klinikasının baş həkimi, invaziv qastroenteroloq, hepatoloq İlqar Alışov Trend-ə bildirib ki, insanların bu kimi qidalardan geniş istifadəsi son dövrlərdə mədə-bağırsaq xəstələrinin sayının xeyli artmasına səbəb olub.
İ.Alışov deyib ki, gənclərin "fast food" qidalarından daha çox istifadə etməsi və təbii qidalara üstünlük verməməsi mədə-bağırsaq sistemində kəskin xoralar, iltihabi proseslər yaradır və beləliklə, mədə-bağırsaq xəstələrinin, o cümlədən qaraciyər xəstələrinin sayı artır.
Həkim, xüsusən gənclər tərəfindən geniş istifadə olunan dönərin mədəyə xeyli ziyan olduğunu da qeyd edib. O bildirib ki, dönər hazırlamaq üçün əti qızardan zaman yaranan ərp xərçəng xəstəliyi riskini artırır.
İ.Alışov bu məsələlərlə bağlı tövsiyələrini də verib: "İnsanlar "fast food" qidalarından daha az istifadə etsinlər, daha çox təbii qidalardan, o cümlədən meyvə-tərəvəzdən istifadə etməyə üstünlük versinlər. Kökəlməməyə diqqət edilməlidir. Çünki köklük mədə-bağırsaq xəstəliklərinin əsas səbəblərindən biridir".
İ.Alışov, həmçinin energetik içkilərdən istifadə etməməyi tövsiyə edib. O, qeyd edib ki, bu içkilər mədəyə ciddi ziyan vurur.
Bununla yanaşı, qastroenteroloq mədə-bağırsaq xəstəliklərinin gəncləşdiyini də diqqətə çatdırıb: "Əvvəllər xora xəstəliyini 5, 6, 12 yaşda müşahidə edirdiksə, indi bu xəstəlikləri 2-3 yaşlı uşaqlarda da müşahidə edə bilirik. Burada irsi amillər də mövcuddur. Dəfələrlə rastlaşmışam ki, atada, babada və nəvədə eyni xora xəstəlikləri və çoxunda da irsi olaraq eyni yaşlarda müşahidə edilib. İndiki qidalanma nəticəsində isə bu xəstəliklərə daha erkən yaşlarda rast gəlirik".


Şərhlər: 5
Baxılıb: 540
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
bele qidalardan uzagam amma dovrumuzde ekseriyyet cox istifade edir hedden artiq kokelme sebebide onlardi
13 mart 2016 10:41
# 5
Azəri_Ledi
Allah qorusun cox pis xəstəlikdir

Allah qorusun cox pis xəstəlikdir
8 mart 2016 17:17
# 4
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
vipbetul
Allah uzaq elesin cox cetin xesdelikdir cox eziyyetli xesdelikdir Allah her kese komek olsun insallah
8 mart 2016 15:06
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Allah bütün xəstələrə şəfa versin inşaAllah.
8 mart 2016 10:31
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Calisdiqca fast fodd qidalarinnan uzaq dururam. Cox zererlidir. Xesteliklerin baslica sebebidir
8 mart 2016 00:35
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz