Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Baş beyini xərçəngi - simptomlar
Baş beyini xərçəngi - simptomlar
Göndərən: guler19
Şərhlər: 9
Baxılıb: 908
Səs ver:
İnsanların əksəriyyəti baş ağrısı ilə üzləşir. Bu ən tez-tez təsadüf edilən simptomdur. 

Baş ağrısının səbəbləri çoxdur - gərginlik, arterial hipertenziya (hipertoniya), miqren, boyun osteoxondrozu, bəzi göz xəstəlikləri, haymorit, travma, bəzi dərmanların qəbulu və s. 
Baş ağrısının ən təhlükəli səbəbi bədxassəli şişlərdir. Beyin xərçəngi zamanı baş ağrısı əsas simptomdur. Beyin xərçəngi zamanı baş ağrısının müəyyən xüsusiyyətləri var: 

- ağrı xronikidir 
- güclüdür 
- sıxıcı xarakter daşıyır 
- adi ağrısızlaşdıran preparatlar bu ağrıya təsir etmir 
- ağrı fiziki gərginlik zamanı (fizki iş, idman, öskürək və s.) artır 
- ağrı gecənin ikinci yarısında və səhərə yaxın daha güclü olur. İnsan yuxudan durandan sonra baş ağrısı 2-3 saat ərzində azalır. 

Qusma da beyin xərçənginin əsas simptomlarından biri sayılır. Qusma daha tez-tez səhər acqarına olur, qida qəbulu ilə bağlı olmur və xəstəyə rahatlıq gətirmir. 
Qıcolma (epilepsiya) tutmaları xəstəliyin ilk simptomu kimi əmələ gələ bilər. Buna mütləq ciddi fikir vermək lazımdır. Əgər belə tutmalar qəfildən insanın 20 yaşından sonra əmələ gələrsə, bu çox təhlükəli simptomdur. 

Beyin xərçənginin simptomlarından biri də başgicəllənməsi sayılır. Bu simptom daha gec inkişaf edir. 

Xəstədə görmə problemləri yaranır - gözlər dumanlanır, görmə zəifləyir. Bu xüsusilə səhərlər baş verir. 

Xəstəlik inkişaf etdikcə xəstədə yaddaşın, təfəkkürün, nitqin pozulması kimi simptomlar əmələ gəlir, insanın xasiyyəti dəyişilə bilər. 

Beyin xərçənginin əmələ gəlmə səbəbləri tibdə məlum deyil. Müalicənin uğurlu olub-olmaması xəstəliyin mərhələsindən, şişin yerləşməsindən, xəstənin yaşından və s. amillərdən asılıdır. 

Məhz bu səbəbdən xəstəliyin ilk simptomlarında həkimə müraciət etmək lazımdır.


Şərhlər: 9
Baxılıb: 908
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Allah hec kime gorsetmesin insallah
22 aprel 2016 00:27
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Angela7
Allah qorusun.
21 aprel 2016 20:24
# 8
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
efsane..
Allah uzaq etsin hamidan
21 aprel 2016 17:56
# 7
-__MOONLIGHT__-
Burada yazılanların hamısı məndə var. Birdə görürsən dərsdə sentyabrdan dərs deyən müəllimimin adını unuduram..Ağrıya gəldikdə isə təxmini 6 -7 ay olar ki, başımın ağrlsı kəsmir. Həkimə getmişəm deyir travmadandı. Nəbilim. Öləndədə öləcikdə. Allah Kərimdi. Ola bilsin travmanın xüsusiyyətləri ilə beyin xərçənginin xüsusiyyətləri eynidi.
21 aprel 2016 15:15
# 6
Həyat paylaşdığca gözəl=)))
Fialka
Bu simptomlar haqqında məlumatım var çox şükür ki, baş ağrısı qabarıq şəkildə baş vermir məndə..Çox təhlükəli və müalicəsi erkən aşkar olunduqda şans var ki, olsun amma bu çox zaman effektli olmur və həyat itkisi baş verir..Allah bütün xəstələrə əziyyətsiz yaşamağı nəsib etsin qalan ömürlərini..
21 aprel 2016 13:01
# 5
rəmsə
Lap Evim Sənsin filmi yadıma düşdü,orda da qız xərçəng xəstəliyini tutulur,bütün yaddaşı itir,yoldaşını eski sevgilisi sanıb onun adı ilə filan çağırır.Allah kömək olsun bütün xərçəng xəstələrinə.Mənim bibim bu xəstəlikdən dünyasını dəyişib.Allah rəhmət eləsin.
21 aprel 2016 12:55
# 4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
BARBI
Allah uzaq elesin. Bu problemleri yasayanlar cox eziyyet cekir. Vaxtinda hekime muraciet edilmelidir
21 aprel 2016 12:48
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Miss_Oxatan
Allah iraq elesin ozumuzden ve sevdiklerimizden.kimse de ducar olubsa Allah wefa versin.bu xestelik hansi orqanda olur olsun insan eyni zulmu cekir.InwAllah cox cekmez Allah tibbe caresini eta eder.
21 aprel 2016 12:44
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Antikvar
Alla uzaq etsin,əziyyət çəkənlərədə şəfa versin.Baş ağrılarım olur arada əsasəndə stress keçirdiyim zaman ,dərman heç zaman qəbul etmirəm daha doğrusu edə bilmirəm ,daha dözülməz olduğunu gördüyümdə məcburən içirəm.təşəkkürlər.
21 aprel 2016 12:40
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz