Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zobun bədxassəli olmasından necə şübhələnməli
Zobun bədxassəli olmasından necə şübhələnməli
Göndərən: Angela7
Şərhlər:
Baxılıb: 762
Səs ver:
Qalxanabənzər vəzi düyünləri xəstənin özü tərəfindən və ya həkimin fiziki müayinəsi əsasında boyunda kütlə ələ gəlməsi, bəzən də aparılan müayinələr nəticəsində təsadüfən aşkara cıxarılır. Bir düyün aşkarlandıqda ən önəmli olan onun xoş (benign) və ya bəd (malign) olmağını müəyyənləşdirməkdir. Qalxanabənzər vəzi düyünlərində bədxassəli olma ehtimalı 5%-dir. Klinik olaraq bir xəstədə düyün aşkarlandıqda ilk növbədə:
- Anamnez və fiziki müayinə
- Tiroid funksion testləri (TSH,s t4)
- USM
- Riskli düyünlərdə IIAB (incə iynə aspirasyon biopsiya)
- TSH aşağı olduqda tiroid ssintigrafiyasi aparılır.
 
Qalxanabənzər vəzidə düyün aşkar olunan hər xəstədən uşaq vaxtında baş-boyun bölgəsində radioterapiya alması, ailəsində tiroid xərçəngi olub-olmadığı soruşulmalıdır. Düyünün USM müayinəsi zamanı düyünün böyüməsi, səs kallaşması, nəfəs darlığı, udqunmada çətinlik, öskürək kimi şikayətlərin olması ciddiyə alınmalı və bədxassəli olması araşdırılmalıdır. Düyün olan xəstənin yaşı və cinsi önəmlidir.

Hansı düyünlərdə bədxassəli olma riski daha yüksəkdir?
- Kişilərdə, uşaq və yeniyetmələrdə aşkar olunan düyünlər
- Ailədə tiroid xərçəngi olan adamlar, xüsüsilə (medullyar xərçəng)
- Böyük və sürətlə böyüyən düyünlər
- Mikrokalsifikasyon (içində kalsinati olan düyünlər)
- İntranodulyar vaskulyarizasiyasiı olan düyünlər
- Hipoexogen və kənarları kələ-kötür olan düyünlər
- Ssintiqrafiya zamanı aşkar olunan soyuq düyünlərin 15% malign olma ehtimalı var. 
 
Uşaqlarda və yeniyetmələrdə aşkar olunan düyünlərin bədxassəli olma riski 3 qat yüksək olur. USM müayinədə düyünün ölçüsünün 1 sm-dən böyük olduğu aşkarlansa, düyünə biopsiya edilməlidir. Əgər xəstənin ailəsində, qohumlarında tiroid xərçəngi varsa, yüksək kalsitonin səviyyəsi görülürsə, düyünün ölçüsü nə qədər olursa-olsun biopsiya olunmalıdır. Risk faktorları olmasa belə, USM müayinədə bədxassəli olmanı düşündürən yuxarıda sadaladığımız əlamətlərdən ən azı 2-si varsa, düyünün ölcüsü 1 sm-dən kiçik olsa belə, biopsiya edilməlidir. Uzun müddətli müşahidə altına alınan düyünlərdə kalsitonin miqdarı 1 dəfə ölçülməlidir. Kalsitonin miqdarının>100 pq/ml olması medullyar xərçəng üçün diaqnostikdir.


Şərhlər:
Baxılıb: 762
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz