Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Deformasiyaedici artroz
Deformasiyaedici artroz
Göndərən: NoName
Şərhlər: 1
Baxılıb: 714
Səs ver:
Deformasiyaedici artroz və ya osteoartroz, sümük-oynaq sisteminin xəstəliyidir. Yaş artdıqca xəstəlikdən əziyyət çəkmə riski də artmış olur. Osteoartroz bütün oynaqlarda meydana çıxa bilər, lakin ən çox fiziki yük daha çox düşən oynaqlar zədələnmiş olur.
Kişilər və qadınlar xəstəlikdən eyni dərəcədə əziyyət çəkirlər. Yalnız kiçik oynaqların artrozu  daha çox qadınlarda rast gəlinir. Xəstəlik uşaqlar və yeniyetmələrdə də rast gəlinir. Bu halda artroz oynaqda keçirilmiş hər hansı travma və ya xəstəlikdən sonra meydana çıxır.
Xəstəliyin əvvəlki mərhələlərində degenaritv-distrofik dəyişikliklər qığırdaqda başlayır, sonra isə sümük, oynaq, bağlar və kapsulanı zədələmiş olur. Gecikmiş mərhələlərdə isə artıq əzələlər də zədələnmiş olur. Sümüyün yan səthlərində sümük toxumasının böyüməsi aşkarlanır, bunlar osteofitlər adlanır. Oynaqda ağrılar əmələ gəlir və tədricən hərəkət məhdudiyyəti meydana çıxır və oynaq funksiyasını  tam yerinə yetirə bilmir.
Osteoartrozun yaranmasında bir neçə faktor rol oynayır. Səbəblər  birincili və ikincili olmaqla iki yerə bölünür.
Birincili və ya idiopatik osteoartrozda  səbəb aydın deyil, burda böyük rolu irsi faktor olan  qığırdağın inkişaf pozğunluqları oynayır.
İkincili osteoartrozda isə bir, az hallarda  iki və daha çox oynağın zədələnməsinə rast gəlinir.

Bu növ artrozun aşağıdakı yaranma səbəbləri var:
Mexaniki:  bura oynağın strukturunu pozan oynaq travmaları, oynaqdaxili sınıqlar aiddir. Daimi baş verən mikrotravmatizasiya və idmançılarda çox rast gəlinən normadan artıq fiziki yük də xəstəliyi yaradan səbəblərdəndir. Skelet inkişafının müxtəlif anomaliyaları da öz növbəsində oynaqlara qeyri-bərabər yük düşməsinə səbəb olur ki, bu da öz növbəsində xəstəliyin inkişafına gətirir. Bundan başqa,  artıq çəki xəstəliyə gətirib çıxaran əsas faktorlardan biridir.
Oynaq xəstəlikləri. Osteoartroza oynağın iltihabi xəstəlikləri ( kəskin və xroniki artritlər), hemofiliya ( ən xırda travma nəticəsində qan oynağa yığılmış olur, bu, hemartroz adlanır), sümük toxumasının ilkin aseptik nekrozu da gətirib çıxarır.
Maddələr mübadiləsi pozğunluğu. Artroz müxtəlif birləşdirici toxuma xəstəliklərinin ağırlaşması kimi də meydana çıxa bilər. Bura podaqra, xondrokalsinoz, hemoxromatoz, psoriaz, revmatoid artrit aiddir.
Endokrin sistemin xəstəlikləri:  ( hipo və ya hiperparatireoz zamanı kalsium mübadiləsinin pozulması), şəkərli diabet, cinsi hormonlar və boy hormonu olan somatostatinin sintez pozulmasının nəticəsində).
Oynaq toxumasının qanla təchizatının pozulmasına gətirib çıxaran xəstəliklər ( aşağı ətraf damarlarının aterosklerozu, obliterasiyaedici endarteiit, varikoz xəstəliyi).
 
 
Xəstəlik tədricən inkişaf edir. Hesab olunur ki, əvvəlcə sümüküstlüyünün qağırdaqaltı nahiyəsində qan dövranı pozğunluğu yaranır. Qığırdaq toxumasının özü damarlarla təchiz olunmayıb və buna görə də qığırdağın qidalanması oynaqdaxili maye və  ətraf sümük toxumasına daxil olan qidalı maddələr hesabına baş verir. Oynaq toxumasının qidalanma pozğunluğu nəticəsində biokimyəvi dəyişikliklər gedir. Qığırdağın kollagen toxumasının əsas strukturu olan proteoqlikanlar azalmış olur. Qığırdaqdakı suyun miqdarı da azalmış olur. Bütün bunlar isə öz növbəsində oynaq qığırdağının elastiklik və möhkəmliyinin itirilməsinə səbəb olur və mexaniki təsir nəticəsində qığırdaq tədricən dağılmış olur. Oynaqlara düşən normadan artıq yükə kompensator olaraq osteofitlər (sümük-qığırdaq çıxıntıları) meydana çıxır. Beləliklə, orqanizm  yükü bərabər paylanması üçün oynaq səthlərini genişləndirmiş olur.
 
Osteofitlər oynaqların deformasiyasına gətirib çıxarır. Oynaq boşluğunda iltihabi proseslər yaranmağa başlayır, oynaqdaxili maye artmış olur, lakin onun tərkibi dəyişir və funksiyası azalmış olur. Tədricən oynaq kapsulası, qığırdaq və əzələlərdə distrofik dəyişikliklər başlayır. Oynaq funksiyasını normal yerinə yetirə bilmir.
 
Xəstəliyin əvvəlində pasientlər oynaqlarında xırçıltı səsi, güclü olmayan, iniltili ağrılardan şikayət edə bilərlər.
 
Bundan əlavə, paseintlər gəzməyə başlayanda bu ağrılar başlaya, lakin hərəkət etdikcə ya azala, ya da tam keçə bilər. Bu tip ağrılar səhər yataqdan qalxanda baş verə bilir. Sonra hərəkət başlanan zaman ağrılar keçməyə başlayır. Lakin sonra onlar daimi olur. Ağrılardan əlavə, pasientlər axsama, pilləkənləri qalxmaqda çətinlikdən şikayət edirlər.
 
Müayinə zamanı oynaqda deformasiya aşkarlanır. Oynağı əl ilə müayinə edərək müxtəlif tərəflərə hərəkət elətdirdikdə xırçıltə səsini eşitmək olar, bu da tibdə krepitasiya adlanır. Müayinə zamanı hərəkətin məhdudiyyətini müəyyən etmək olur.  Çox irəliləmiş mərhələrdə oynaq  hərəkətini tamamilə itirmiş olur. Əvvəlcə oynaqətrafı əzələlər reflektor yığılmış olur, sonra isə tədricən onların distrofiya və kontrakturası  baş verir və əzələlər qısalmış olur, əvvəlki formasını bərpa edə bilmir. Xəstəliyin kəskinləşmə və sakitləşmə dövrləri olur.
 
Diaqnozun qoyulmasında rentgenoloji müayinə vacibdir. Deformasiyaedici artrozun 3 mərhələsi var. İlk növbədə oynaqarası məsafənin qeyri-bərabər daralması və sümüyün subxondral hissələrinin zəif qalınlaşması baş verir. İkinci mərhələdə oynaq səthlərinin kənarlarında sümük  əlavələri (osteofitlər) yaranır. Bu mərhələdə isə oynaqarası məsafə normadan 2-3 dəfə çox daralmış olur. Üçüncü mərhələdə məsafə demək olar ki, hiss olunmur, böyük osteofitlər və oynağın deformasiyası müşahidə olunur. Kliniki olaraq bu mərhələdə oynaqda demək olar ki, hərəkət müşahidə olunmur.


Şərhlər: 1
Baxılıb: 714
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
faydali lazimli melumatdir
6 aprel 2016 00:48
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz