Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bud-çanaq oynağının artriti
Bud-çanaq oynağının artriti
Göndərən: NoName
Şərhlər: 1
Baxılıb: 760
Səs ver:
Bud-çanaq oynağının artriti oynağın iltihabi prosesidir.  Xəstəlik başqa cür koksit də adlanır, belə ki, həkimlərə görə hər üç ad sinonimdir və  eyni xəstəliyi izah edirlər.

Artritin səbəbləri kimi aşağıdakılar göstərilir:

Maddələr mübadiləsi pozğunluğu ( məsələn, podaqra xəstəliyində  sidik turşusu oynaqlara yığışaraq xəstəliyə şərait yaradır)
İmmun sistemin orqanizmə qarşı aqressiyası  ( autoimmun revmatik xəstəliklər nəticəsində meydana çıxır)
Oynağın normadan artıq fiziki yüklənməsi ( bu vəziyyət xüsusilə koksartroz və yastıpəncəlilik zamanı meydana çıxır)
İnfeksion xəstəliklərin ağırlaşmaları ( nadir halda bud-çanaq oynağının iltihabına gətirib çıxara bilər)
Əlamətlər xəstəliyin növündən asılı olaraq dəyişir. Belə ki, irinli koksit zamanı temperatur qəflətən yüksəldiyi halda, koksitin digər növlərində, əksinə, xəstəlik tədricən inkişaf  edir. İlk olaraq, iltihabi proses olan nahiyədə ağrılar, daha sonra isə xəstədə axsama meydana çıxır.
Bud-çanaq oynağının artriti diaqnozu ətraflı baxış, sorğu və lazımi  diaqnostik üsullar vasitəsilə qoyulur. Lakin bəzən ağrı diz oynağına yayıldığından diaqnostikada çətinlik  yarana bilər. Əsas müayinə metodları:
MRT (maqnit-rezonans tomoqrafiya) mübahisəli hallarda ən düzgün nəticə verəcək müayinə metodu
Oynaqların USM (ulstrasəs müayinəsi) ən ucuz və təhlükəsiz müayinə metodu
Mikrobioloji müayinə üçün oynağın punksiyası (oynaqdan maye götürülür)
Rentgen müayinə bu halda lazımi qədər informasiya vermədiyindən az istifadə olunur.
Sidik və qan analizi. Bu metod xəstəliyin səbəbini və müalicə zamanı dinamikasını izləməyə imkan verir.
Xəstəliyin müalicəsi də iltihabın növündən asılı olaraq müxtəlifdir. Bununla yanaşı, həkimlərin tutunduğu ümumi alqoritm mövcuddur. Burada müalicə kompleks şəkildə aparılır: medikamentoz (dərman müalicəsi), massaj və xüsusi idman hərəkətləri, sanator müalicə. Müalicə ilk olaraq oynağın hərəkətsizləşdirilməsinə yönəldilir, bu xüsusi sarğılar vasitəsilə aparılır. Xəstəyə xüsusi preparatlar tətbiq olunur. Cərrahiyə vasitəsilə iltihabi ocaqların sanasiyası və zədələnmiş oynağın əsas funksiyalarının bərpası aparılır. Müalicə bitdikdən sonra xəstə bir müddət fizioloji prosedura və idman hərəkətlərini tam bərpa olmaq üçün davam etdirməlidir. Onu da qeyd etmək lazımdır ki, xəstəliyin müalicəsinə mümkün qədər tez başlamaq lazımdır, bu mərhələdə oynağın funksiyasının tam bərpası üçün daha böyük şans var.

Bud-çanaq oynağı koksitinin əsas növləri və müalicəsi:

Bud-çanaq oynağının reaktiv artriti- məhz bu artrit keçirilmiş infeksiyanın nəticəsində meydana çıxır. Xəstəliyin xarakteri adına uyğundur: simptomlar çox sürətlə inkişaf edir, iltihab yalnız oynaqları deyil, vətər, selikli qişaları ( ən çox konyuktivit), dəri və dırnaqları zədələyir, limfa düyünlərinin böyüməsi, böyrəklərin iltihabı və ürək ritminin pozulması baş verir. Burada müalicə infeksiyanın aradan götürülməsinə yönəldilir, ona görə xəstəyə uzun müddət antibiotiklər təyin olunur. Paralel olaraq, əsas simptomları aradan qaldırılması üçün preparatlar təyin olunur, bura ağrıkəsici və iltihabəleyhinə dərman preparatları aiddir. Xəstələr təxminən 30-45 gün  müddətində əmək qabliyyətini itirmiş olurlar.
Vərəm koksiti. Bu növdən əsasən, uşaqlar əziyyət çəkirlər. Oynaq ikinci olaraq zədələnir, belə ki, ilk olaraq müəyyən orqan vərəmə yoluxur, sonra proses oynaqlara keçir.  (əksər hallarda bu böyrəklər və ağciyərlərdir).Simptomlar kifayət qədər gec inkişaf edir, ilk əlamətlər ağrı və axsamadır. Vərəm koksitinin müalicəsi vərəm dispanserində aparılmalıdır, xəstəlik zamanı sarğılar uzun müddət 2-3 ay istifadə olunmalıdır, buna görə də uşağa çox diqqətlə qulluq edilməlidir ki, yaralar və dəri soyulması baş verməsin.
Tranzitor koksit. Bu növün səbəbi məlum deyil. Ehtimal olunur ki, iltihabi proses və ya travmadan sonra baş verə bilər. Xəstəlik məktəbəqədər və kiçik məktəb dövründə olan uşaqlar üçün xaraterikdir. Əsas simptomlar: qasıq nahiyəsində olan kəskin ağrı, hərəkət zamanı oynaqda kəskin ağrı, axsama. Xəstə stasionarda müalicə olmalıdır, belə ki, burada xəstəliyin dinamikasını, ağırlaşmalarını USM vasitəsilə izləmək mümkündür.  Bununla yanaşı, xəstəliyin əlamətləri digər bud-çanaq oynağı xəstəliklərinə bənzədiyindən (məsələn, Pertes xəstəliyi) diaqnostikanın dəqiqliyi üçün də bu çox vacibdir.


Şərhlər: 1
Baxılıb: 760
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bu cur xesdelikleri vaxtinda bilib mualige elemek lazimdir
31 mart 2016 23:13
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz