Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bud sümüyü başının epifiziolizi
Bud sümüyü başının epifiziolizi
Göndərən: NoName
Şərhlər: 2
Baxılıb: 580
Səs ver:
Uşaqlıq və yeniyetməlik dövründə bud-çanaq oynağında patoloji dəyişikliklərə rast gəlinir. Bunlar yeniyetməlikepifiziolizi ilə də əlaqədar ola bilər ( tədricən varus deformasiyasına gətirib çıxaran bud sümüyü boynunun paraepifizar hissəsinin distrofik dəyişikliyi). Ehtimal olunur ki, xəstəliyə endokrin sistemdə pozğunluq nəticəsində sümük toxumasının metobolizminin pozulması, məsələn böyrəküstü vəzin qabıq maddəsinin müxtəlif funksional pozğunluğu səbəb ola bilər. Epifiziolizə həmçinin cinsi və boy hormonlarının balansının pozulması da gətirib çıxarır. Bu xəstəlik 12-15 yaşarası dərialtı piy qatının hipertrofiyalaşmış və zəif muskulaturaya malik uşaqlarda inkişaf edir. Boy hormonunun yüksək aktivliyi bud sümüyünün proksimal böyümə zonasında sümüyün möhkəmliyini azaltmış olur.
Əksər hallarda epifizioliz hər iki bud-çanaq oynağını zədələmiş olur, az hallarda yalnız bir oynaq zədələnir. Xəstəlik, adətən, kiçik bir trvama nəticəsində, bəzən isə heç bir səbəb olmadan meydana çıxır. Simptomları ilk olaraq qasıq nahiyəsində ağrı, az hallarda isə diz oynağında olan ağrıdır. Sonra oynağın hərəkətində məhdudiyyətlər yaranmağa başlayır: bud sümüyünün daxili rotasiyası məhdudlaşır, eyni vaxtda xarici rotasiyanın amplitudası artmış olur .Tədricən bud sümüyü xarici rotasiya vəziyyətində fiksə olub qalır. Epifiziolizə səbəb olan endokrin pozğunluqlar yanaşı olaraq, piylənmə, arterial təzyiqin yüksəlməsi, hipogenitalizm, dəridə striyaların (cırılmalar) yaranmasına səbəb olur.
Diaqnoz rentgenoloji müayinə əsasında qoyulur. Rentgenoloji müayinə uzun borulu sümüklərin kartikal qatın zəifləməsi zamanı meydana çıxan osteoporozu üzə çıxardır. Bununla yanaşı, osteoporoza uğramış paraepifizar hissədə osteosklerozlaşmış nahiyələrə də rast gəlinir və onlar növbələşirlər, ona görə də sümük rentgenoqrammada ləkəli şəkil alır.
Müalicə. Yeniyetməlik epifiziolozi vaxtında və professional həkimlərə müraciət etdikdə konservativ müalicəyə tabe olan bir xəstəlikdir. Vaxtında aşkara çıxarılmayan epifizioliz sonradan koksartroza gətirib çıxarır, ona görə də ağırlaşmalar baş verməmiş, xəstəliyi artıq ilk simptomlar üzə çıxdıqda  müalicə etmək lazımdır.


Şərhlər: 2
Baxılıb: 580
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Lazimli melumatdir
26 mart 2016 16:13
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Bele xesteliklerde mutleq vaxtinda tedbir gorulmelidir. Yoxsa boyuk fesadlar vere biler
26 mart 2016 12:56
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz