Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qlaukomanın simptomları və müalicəsi
Qlaukomanın simptomları və müalicəsi
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 581
Səs ver:
Qlaukoma hiyləgər xəstəlikdir – illərlə inkişaf etsə də, çox hallarda ilk mərhələlərdə özünü büruzə vermir. İnsan tədricən kor olmasını heç təxmin etmir, "əhəmiyyətsiz” əlamətləri isə yaşı və yaxud yorğunluğu ilə izah edir. Unutmayın, erkən başlanan müalicə daha effektli olur. Xəstəliyin ilkin nişanələrindən olan aşağıdakı hallara diqqət yetirin:
- gözdə ağırlıq hissi, sancı, "təzyiqdən şişmə” hissi;
- oxuma və ya seyr etmə zamanı tez yorulmaq;
- gözlərin sulanması;
- dumanlı görmə, göz qarşısında "tor” və ya "nöqtələr”in olması;
- hava qaralan zaman görmə zəyifliyi;
- işıq mənbəyi, məsələn işıqlanan lampaya, baxdıqda, bəzən göz qarşısında rənbərəng dairələrin görünməsi;
- qaş, alın, gicgah nahiyyəsində və ya başın bir yarısında ağrı.
Yuxarıda qeyd etdiyimizdən başqa, eynəyi tez-tez dəyişmək də qlaukomadan şübhəli haldır. Əlbəttə, həmin narahatlıqlar digər bir xəstəliklə də əlaqəli ola bilər, lakin bunlardan biri sizə "tanış gəlirsə”, hökmən göz həkiminə müraciət edin!
Qlaukomanın müalicəsi
Qlaukomanın növündən asılı olaraq, həkim-oftalmoloq konservativ və yaxud cərrahi müalicə yolunu seçir. Konservativ müalicə bir sıra həkim təyinatlarından, o cümlədən, gözdaxili təzyiqi azaldan xüsusi göz damcılarından ibarət olur. Unutmayın ki, müalicəni yalnız həkim təyin etməlidir! Göz damcılarını və digər dərmanları özbaşına seçmək, təyin və ya ləğv etmək, eləcə də miqdarını dəyişməklə gözlərinizə geri qaytarılmaz ziyan vura bilərsiniz!
Bir sıra hallarda isə cərrahi müalicə təyin edilir. Müasir dövrdə əməliyyat xüsusi lazer avadanlığı ilə də keçirilə bilər.
Qlaukomalı xəstələr ambulator qeydiyyata alınmalı və heç bir şikayəti olmadığı halda 3 aydan bir planlı müayinə olunmalıdırlar. Digər xəstəliklərdə olduğu kimi, qlaukumanın da erkən aşkar və müalicə olunması vacibdir. Lakin xəstələrin həkimə olduqca gec, fəsadlaşmış xəstəliklə müraciət etməsi heç də nadir hal deyil. Belə olduqda isə görmə qabiliyyətinin bərpası çox vaxt mümkün olmur.
Qlaukoma diaqnozlu xəstələrə tövsiyyələr
Dərk etməliyik ki, iş və istirahət rejimi, qidalanma, maye qəbulu və digər vacib məsələlərə dair həkimin tövsiyyələrinə riayət edilməzsə, hətta ən bahalı və effektiv dərman xeyirsiz ola bilər. Odur ki, xəstələr aşağıda sadalananlara diqqət yetirməlidirlər:
- Streslərdən və həddən artıq yorulmadan uzaq olun. Yuxunuz sutkada 8 saatdan az olmamalıdır. Gecə növbəsində işləyirsinizsə, yuxunuzu gündüz vaxtı alın.
- Soyuqdan qorunun, şiddətli şaxtalı havada evdən çıxmayın, soyuq su və hava prosedurları qəbul etməyin. Qış mövsümündə müalicə həkiminizlə tez-tez ünsiyyətdə olun.
- Beyinə qan yığılmasını artıran vəziyyətlərdə qalmayın (döşəmə yumaq, əyilərək işləmək, ağır əşyaları qaldırmaq və ya daşımaq və s.).
- Maye qəbulunu məhdudlaşdırmaq lazımdır – sulu xörəklər də daxil olmaqla, gündə 1,5 litrdən artıq olmamalıdır. Tünd çay və qəhvə isə hətta az miqdarda da əks göstərişdir.
- A, S və E vitaminləri xəstəliyin inkişafının qarşısını alır. S vitaminin əsas mənbələri çuğundur, bibər, kələm, çiyələk, ispanaq, pomidor, sitrus meyvələridir. Çiy kök, kartof, çuğundur, bibər, ərik, kahı, sitrus meyvələri, banan vitamin A ilə, bitki yağları (qarğıdalı, günəbaxan, zeytun), göyərti, quş əti və dəniz balığı isə vitamin E ilə zəngindir.
- Meyvə, tərəvəz, sıyıqlar, yağsız süd məhsulları, balıq və yağsız ət qidalanmanın əsasını təşkil etməlidir. Yağlı xəmir, ədviyyat, yağlı ət və balıq bulyonları, digər yağlı və ya duzlu xörəklər, içalat və şorabalar isə rasiondan xaric edilməlidir.
- Alkoqol və siqaret, o cümlədən, digər tütün məmulatları qəti qadağandır.
- Qaranlıq və zəif işıqlandırılmış otaqlarda olmaq zərərlidir – belə yerlərdə göz bəbəyi genəlir və gözdaxili təzyiq artır. Eləcə də kino, kompyuter və televizordan sui-istifadə etməyin.
- Kitab oxumaq və gözlərdən yaxın məsafədə əl işi görmək isə xeyirlidir – göz bəbəyi daralır və gözdaxili təzyiq azalır.
- Bir sıra dərman vasitələri, məsələn, atropin əks-göstərişdir. Buna görə də, həkimlərə müraciət edərkə, onlara qlaukomalı xəstə olduğunuz haqda məlumat verin.
- Fiziki gərginlik (gəzinti, həkimin icazəsi ilə müəyyən idman hərəkətləri), eləcə də təmiz havada olmaq xüsusi əhəmiyyət kəsb edir.
Göz əzələləri üçün aşağıdakı hərəkətləri yerinə yetirmək tövsiyyə olunur:
1. Oturaq vəziyyətdə, başı hərəkətsiz saxlayaraq:
- baxışı əvvəl döşəməyə, sonra tavana yönəltmək və bunu 10-12 dəfə təkrar etmək;
- əvvəl sağdakı divara, sonra soldakı divara baxmaq və bunu 10-12 dəfə təkrar etmək;
- gözlərlə dairəvi hərəkətlər etmək - əvvəl saat əqrəbi istiqamətində, sonra əks istiqamətdə, bunu da 4-6 dəfə təkrar etmək.
2. 20 saniyə ərzində tez-tez göz qırpmaq.
3. Hər iki gözün üst qapağına 1-2 saniyə ərzində ehmalca basmaq gözdaxili mayenin dövr etməsini yaxşılaşdırır.


Şərhlər:
Baxılıb: 581
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz