Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tromb
Tromb
Göndərən: Angela7
Şərhlər:
Baxılıb: 893
Səs ver:
Müasir dövrdə ən geniş yayılmış xəstəliklərindən biri də damar trombozudur. Əsasən, aşağı ətraflarda görülən bu problem insanların həyat və fəaliyyətinə mane olur.

Arterial tromboz
Damar cərrahı Zaur Aslanov açıqlamasında deyir ki, damarlarda trombun yaranmasının əsas səbəbi embollardır. Embolların əsas mənbəyi ürəkdir. Emboll, trombdan qopmuş hissələr olub, qan vasitəsi ilə daxili orqanların damarlarını və arteriyaları bağlayır. Trombozun mənşəyində atereosklerotik (damarda qalınlaşma və daralma) dəyişiklik böyük rol oynayır. Bu dəyişikliklər çox vaxt həyat üçün əhəmiyyətli olan üzvlərdə - beyin, ürək və aşağı ətraflarda tromboz törədir. Qan cərəyanının yavaşıması da trombozun əmələ gəlməsinə kömək edir. Bu yavaşıma isə əsasən, ürək fəaliyyəti zəiflədikdə, aortanın aterosklerotik genəlməsi, boyun fəqərələrinin zədələnməsi, bəzən də cərrahi müdaxilə zamanı baş verir. Bəzən trombozun etiologiya və patogenezini asanlıqla müəyyənləşdirmək mümkün olmur. Belə hallarda qanın laxtalanma sistemini tədqiq etmək lazımdır.

Keyimə, yanma, gicişmə
Cərrahin sözlərinə görə, arteriyalarda tromboz tədricən əmələ gəlir. Bir çox hallarda həmin nahiyədə ağrı əvəzinə keyimə, soyuq, deşilmə, yanma, gicişmə kimi əlamətlər ortaya çıxır. Bəzən bu xəstəlik şiddətli üşütmə, sonra da qızdırma ilə müşayiət olunur. Arterial qan təchizatının azalması nəticəsində pulsasiyanın itməsi, ətrafın soyuması, toxunma hissiyatının və hərəkət qüvvəsinin azalması və itməsi əsas diaqnostik əlamət sayılır. Arteriyalar tıxandıqda qəflətən şiddətli ağrının əmələ gəlməsi, yolun tutulması nəticəsində damarın sürətlə gərilməsi və divarındakı sinir uclarının qıcıqlanması ilə izah olunur.

Müalicəni gecikdirməmək
Z.Aslanov bildirib ki, arteriya tıxandıqdan sonra keçən ilk iki saatdan gec olmayaraq müalicəyə başlamaq lazımdır. Əvvəllər bu məqsədlə ayağı yuxarı qaldırır və üzərinə isti əşyalar qoyulurdu. İndi belə müalicə düzgün hesab edilmir. İlk olaraq şiddətli ağrını aradan qaldırmaq üçün güclü keyidici təsiri olan dərmanlar damara vurulmalıdır. Müalicə zamanı damarlarda trombun təmizlənməsi üçün müvafiq pereparatlardan istifadə oluna bilər. Ancaq bu tip müalicə effekt vermədikdə isə cərrahi üsul tətbiq olunur. Xəstənin ayağı üçün hər cür şərait yaradılmalıdır. Onu tərpətməməmək, istidə saxlamaq, pambıqla sarımaq lazımdır.

Venaların trombozu
Damar cərrahının dediyinə görə, xəstəliyi törədən başlıca səbəb vena divarlarının zədələnməsidir ki, bu da nəticədə iltihabi dəyişiliklər və damardaxili tromb əmələ gətirir. Venaların trombozuna adətən felebitlə (iltihab) birlikdə rast gəlinir. Buna görə də "tromboflebit" (qan laxtası və iltihab) termini xəstəliyin patogenezini düzdün əks etdirir. Tromboflebitlər ciddi xəstəlik olub, bəzən ölümlə nəticələnən fəsadlar verə bilər. Bəzən ahıl və kök adamlarda cərrahi müdaxilədən, qadınlarda doğumdan sonra baş verən sepsis, venaların varikoz genəlməsi zamanı da tromboflebit baş verir. Tromblar kiçik olduğu kimi bəzən böyüyərək venaların diametrini tamamilə tuta bilər. Müayinə zamanı trombda çoxlu miqdarda leykosit, limfosit və fibroblastlar olduğu aşkarlanır. Tromboflebit zamanı kiçik venalarda qan dövranı pozulmur. Lakin iri venalar (ayaq, bud, qoltuq venaları) zədələndikdə qan dövranında pozğunluq baş verir. Bu zaman venoz təzyiq artır və kiçik venalarda hiperemiya əmələ gəlir. Nəticədə ətrafda ödemin əmələ gəlməsinə səbəb olur.

Xəstəliyin əlamətləri
Z.Aslanov vurğulayıb ki, tromboflebitin kəskin olmasından və ya xroniki xarakter daşımasından asılı olaraq simptomlar müxtəlifdir. Kəskin infeksiyalı qarın yatalağının gedişində ətrafda əmələ gələn qəfləti ağrı xəstəliyin ilkin təzahürü hesab olunur. Ağrı gah budda, gah da baldırda ya da ayaq altında əmələ gəlir. Həmin nahiyəyə toxunduqda ağrı çox güclənir. Xəstəliyin ikinci əlaməti ətrafın ödemidir. Bu isə venoz sistemin əsas şaxəsi zədələndiyi zaman baş verir. Çox vaxt ödemlə yanaşı qızdırma, leykositoz baş verir ki, bu da vena divarındakı iltihabi prosesin fəallığını göstərır.

Ödemin çəkilməsi, temperaturun normallaşması və qan tərkibinin qaydaya düşməsinə əsasən prosesi müəyyən dərəcədə yüngülləşdirir demək olar. Lakin həddən artıq fiziki gərginlik - uzun müddət ayaq üstə olmaq yenidən ağrıların təkrarlanmasına səbəb olur.

Dartılmış kəndir
Tromblar girdə törəmələr şəklində olur. Ancaq əksər hallarda onlar dartılmış kəndir və seqmentə oxşar formada olur. Adətən proses üç həftəyə qədər davam edir. Bəzən proses yarımkəskin xarakter daşıyaraq venadan venaya keçir. Çox vaxt doğuşdan sonrakı sepsis zamanı baş verən septik və irinli tromboflebit kəskin xarakter alır. Bu zaman yüksək temperatur, üşütmə və tərləmə kimi hallar müşahidə olunur. Tromboflebitin bu forması çox vaxt ağ ciyər arteriyasının emboliyası ilə fəsadlaşır və ölümlə nəticələnir.

Diaqnoz
Cərrahın söylədiyinə görə, səthi venalarda olan prosesə diaqnoz qoymaq çox da çətin deyil. Buna görə də yuxarı ətraf tromboflebitinə çox asan diaqnoz qoymaq olur. Çünki buradakı venalar yoğundur. Bud və diz venalarının tromboflebiti ağrılı olub, çox vaxt dizdən aşağı hissənin şişməsi ilə müşayiət olunur. Qalça-bud tromboflebitin başlanması qəfləti olur və zədələnmiş vena boyu, ya da həmin ətrafların müxtəlif yerlərində ağrı hiss edilir. Adətən ətraf şişir, səthi venalar genəlir, ayrı-ayrı hissələrində dəri göyərir və temperatur bir qədər yüksəlir. Tromboflebiti müəyyən dərəcədə düyünlü periarteritlə qarışdırmaq olar. Lakin kəskin qalça, bud tromboflebitini arteriaların trombozundan ayırmaq mümkündür. Belə ki, damar tıxandıqda ətraf avazıyır, lakin göyərmir, dəridə soyuqluq, ağrı hissi çox şiddətli və daimi olur, arterial pulsasiya itir, yüksək temperatur, üşütmə, tərləmə müşahidə edilir.

Tromba qarşı tədbir
Z.Aslanov deyib ki, profilaktik tədbirlər kəskin mərhələnin müalicəsindən, fəsadların qarşısını almaqdan və terapiyadan ibarətdir. Tromboflebit "ikinci" xəstəlik olduğundan və başqa xəstəliyin nəticəsində əmələ gəldiyindən profilaktik tədbirlər, əsasən, trombu törədən xəstəliklərə qarşı yönəldilməlidir. Xəstəliyin əvvəlində yataq rejimi tövsiyə olunur. Xəstə uzanıqlı rejimdə müalicə olunmalı, ona keyfiyyətli və yüksək kalorili qida verilməli, tromb əmələ gəlməsinə yol verməyən, ürək-damar sisteminin funksiyasını yaxşılaşdıran müalicə təyin edilməlidir. Qanın laxtalanma vəziyyəti daim nəzarət altında saxlanılmalıdır. İrinli trombofilitlər zamanı isə cərrahi müdaxilə edilməli və yara cərrahi tələblərə uyğun yerli işlənməlidir. Səthi trombofilitləri müalicə etmək üçün zəli, yağ sarğısı, ximiopreparatlar və müvafiq mazlar tətbiq olunmalıdır.


Şərhlər:
Baxılıb: 893
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz