Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu xəstəliklər irsən ötürülür
Bu xəstəliklər irsən ötürülür
Göndərən: Tomris Müslümova
Şərhlər: 7
Baxılıb: 691
Səs ver:
Müasir tibdə belə hesab olunur ki, irsiyyət insanın sağlamlığına çox böyük təsir edir.
Bu mövzuda olan araşdırmalar bütün dünyada aparılır və alimlər hər dəfə irsiyyətin insan sağlamlığına olan təsirini yeni və yeni araşdırmalar nəticəsində sübut edirlər.
Genetiklərin fikirinə görə, qızlarda menstruasiyalar 57% hallarda analarında olan yaşda başlayır. Menopauza (klimaks) da bir çox hallarda anada bu proses başlayan zaman başlayır. Beləliklə, əgər anada erkən menopauza (40 yaşına kimi) olubsa, onun qızında da erkən menopauzanın riski artmış olur.
Alimlər sübut edir ki, miqren xəstəliyi 70-80% hallarda anadan qızına ötürülür.
Döş, yumurtalıqlar və uşaqlıq xərçənginin irsən ötürülməsi də bütün dünyada təsdiq olunub. Araşdırmalar sübut edir ki, bu xərçəng növləri anadan qızına ötürülür (xüsusilə də ana cavan yaşlarda bu xəstəliklərə tutulubsa). Məhz bu səbəbdən bir sıra Avropa ölkələrində və Amerikada "pis" irsiyyəti olan bəzi qadınlar döş xərçənginin riskini azaltmaq üçün mastektomiya əməliyyatına (süd vəzilərinin xaric edilməsi əməliyyatı) gedir. Belə profilaktikanın nümunəsi dünya şöhrətli Ancelina Colidir. Aktrisanın anası və doğma xalası döş xərçəngindən vəfat ediblər.
Köklük də genetik olaraq valideynlərdən uşaqlarına ötürülür. Alimlər sübut edir ki, valideynləri kök olan insanda köklük və piylənmənin riski 70% artır.
Ürək-damar sistemi xəstəlikləri valideynlərdən uşaqlara ötürülə bilər (xüsusilə bu xəstəliklər valideynlərdə cavan yaşlarda inkişaf edibsə). Varikoz xəstəliyi bir çox hallarda anadan qızına ötürülür. Bunun səbəbi irsən keçən damar divarlarının zəif olmasıdır.  İngiltərə alimləri sübut ediblər ki, insult keçirmiş qadının uşaqlarında insultun riski artmış olur.
Şəkərli diabet, bronxial astma, artrit da irsən keçən xəstəliklərdir.
Epilepsiya, şizofreniya, ağır depressiyalar kimi sinir sistemi xəstəlikləri bir çox hallarda irsən ötürülür.
Maraqlıdır ki, hətta alkoqolizm (içki düşkünlüyü) irsən valideynlərdən uşaqlara ötürülür.
Hər bir insan onun yaxın qohumlarında olan xəstəlikləri və pozulmaları haqqında bilməlidir. Bu çox vacibdir! Bu halda insan öz "zəif" tərəflərini bilir və öz sağlamlığına qarşı daha diqqətli olur.
Düzgün qidalanma, fiziki aktivlik, pis vərdişlərdən imtina, profilaktik müayinələr kimi sadə tədbirlər insanı bir çox, o cümlədə, irsən keçən xəstəliklərin inkişafından qoruya bilər.


Şərhlər: 7
Baxılıb: 691
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
indi ele hansi xesdelik oldu deyirler irsi kecib
31 mart 2016 01:10
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Marta
Allah her birimizi qorusun xercengin irsi oldugunu bilirdim. Mensurtasiyaya indi fikir verdim eyni yasda olub. Allah xestelere sefa versin.
30 mart 2016 13:34
# 6
Немного терпения, и у тебя все получится..
Fialka
Təəssüf ki, bəzi xəstəliklər irsidir valideyndən övlada keçir.. Düzdür heç birimizdə problem yoxdur şükürlər olsun ki, amma yaranma ehtimalını yox etmək üçün əvvəlcədən sağlam həyat tərzi sürməklə prossesi xeyli ləngitmək olar...Allah hər xəstə olan şəxsə kömək olasun inşAllah.
30 mart 2016 13:23
# 5
Barbaris
men ananin bogazinda et varsa uwaqada kecdiyin ewitmiwem hamile vaxti
30 mart 2016 11:44
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Antikvar
Düzgündü adi mənim övladlarım körpəikən yemək yeyərdilərsə alnı saçları əlləri təmiz su olardı,həkimə çox müraicət etdik buna görə dedilər mamada ya papada belə problem var?atası elədi yemək yedikdə saçları alnı su olur ,övladındada var irsidi yəni.Hələki mamamda olan problemlərdən biri allergiya var məndə ,bəzən irsidə olmur valdeynlərində yoxdu amma övladlarında var belə insan tanıyıram oğlu çətin xəstəlikdən əziyyət çəkir amma valdeynlırində yoxdu,irsidi deyir həkimlər amma belə xəstəlikdə olan qohumlarda yoxdu,Allahın işi ,inşallah dərmanıda tapılar.
Təşəkkürlər.
30 mart 2016 11:32
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Miss_Oxatan
Mamamdan da mene kecen bezi weyler var.hardasa raziyam burda qeyd olunanlarla.
30 mart 2016 09:33
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
BARBI
Demek olar100 de 90 xestelikler irsi oturulur. Eger irsi xestelik varsa mutleq size ducar olacaq
30 mart 2016 09:18
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz