Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üçlü sinirin iltihabı
Üçlü sinirin iltihabı
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 650
Səs ver:
Üçlü sinirin nevralgiyası özünü çox güclü dözülməz ağrılarla büruzə verir.
Belə ağrıalardan qurtulmaq çox çətindir, adətən istifadə edilən ağrısızlaşdıran preparatlar bir çox hallarda effektsiz olur və insan saatlar və hətta günlər ərzində güclü ağrılardan əziyyət çəkir. Bu xəstəliyi müalicə etmək də olduqca çətindir. Xəstəliyin müalicəsi ilə nevropatoloq məşğul olur.
Üçlü sinirin iltihabı zamanı ağrı baş, üz, qulaq, göz, dil, dişlər (bir tərəfdə) nahiyəsində (sağ tərəfdə daha tez-tez) hiss olunur və getdikcə kəskinləşir. Ağrı ən güclü diş ağrılarını xatırladır. Bu səbəbdən bir çox hallarda xəstə ilk növbədə stomatoloqa müraciət edir. Lakin hətta dişləri müalicə etdikdən sonra tutmalar təkrarlanır.
Ağrı tutması bir neçə saniyədən, bir neçə saata və hətta bir neçə günə kimi davam edə bilər.
Hal hazırda üçlü sinirin nevralgiyası çox yayılmış xəstəlik sayılır. Son vaxtlar mütəxəssislər xəstəliyin xeyli cavanlaşmasını qeyd edir.
Xəstəliyin səbəbi üçlü sinirin herpes zoster virusu tərəfindən zədələnməsidir. Herpes zoster çox yayılmış virusdur. İnsanların əksər hissəsində bu virus var. İlk dəfə orqanizmə daxil olduqdan sonra herpes, digər viruslar kimi, burada həmişəlik qalır.
Bəli, virus insanların bir çox hissəsində var, lakin üçlü sinirin nevralgiyası bütün insanlarda inkişaf etmir. Xəstəliyin inkişafı üçün "əlverişli" şərait lazımdır - ilk növbədə immun sisteminin zəifləməsi. Bu isə soyuqdəymə və infeksion xəstəliklər, soyuqlama, xroniki streslər, ağır fiziki yükləmələr və s. nəticəsində olur. Müxtəlif immun sistemi pozulmaları, xəstəlikləri, onkoloji xəstəliklər olan insanlarda üçlü sinirin inkişaf riski artmış olur.
Hormonal dəyişikliklər (qadınlarda hamiləlik, klimaks) də xəstəliyin inkişafına təkan verə bilər.
Damar patologiyaları, damar divarlarının iltihabları, hipertoniya xəstəliyi, üz və kəllə damarlarının ateroskleroz xəstəliyi zamanı da üçlü sinirin nevralgiyasının inkişafı mümkündür.
Lakin yuxarıda qeyd etdiyimiz kimi, bunlar yalnız bu xəstəliyin inkişafına təkan verə bilər. Xəstəliyin səbəbi isə - herpes zoster virusudur.
Bu səbəbdən xəstəliyin ilk tutmaları da üzdə, boyunda, qulaqda xarakterli herpetik səpgilərlə müşayiət olunur (əvvəl şəffaf, sonra isə bulanıq maye ilə dolu olan xırda qabarcıqlar). Növbəti tutmalar zamanl səpgilər adətən olmur.
Əgər bu xəstəlik vaxtında və düzgün müalicə olunmazsa, ağrı tutmaları daha da tezləşir, uzanır və güclənir. Çeynəmə, əsnəmə, adi mimik hərəkətlər ağrılı olur, üzün zədələnmiş tərəfində dərinin həssaslığı dəyişilir (keyimə və ya əksinə toxunma zamanı ağrı, qarışqa yeriməsi hissi və s.).
Xəstəlik çox çətin müalicə olunur və müalicə uzunmüddətli olur. Əsasən müalicə xəstəxana şəraitində aparılır. Müalicə zamanı xüsusi antinevrotik preparatlar, hormonlar, herpes əleyhinə prepartlar, vitaminlər (xüsusilə B qrupu, C vitaminləri) istifadə olunur. Həmçinin xəstəyə fizioterapevtik müalicə də təyin olunur - ultrasəs, fonoforez, iynəbatırma, lazerlə müalicə və s.
Üçlü sinirin nevralgiyası zamanı müalicəvi bitkilər də geniş istifadə olunur. Bu bitkilərin arasında: biyan kökü, exinaseya, jenşen, dazı otu, mayaotu, pişikotu və s. Arı məhsulları da tətbiq edilir.
Bu xəstəlikdən əziyyət çəkən insanlar xəstəliyin kəskinləşmələrinin qarşısını almaq üçün özünü soyuqdan (soyuq külək, yelçəkən tutmanın inkişafına səbəb ola bilər), baş və boyun travmalarından, streslərdən, zəhərlənmələrdən qorumalıdır. Spirtli içkilər, siqaret əks göstərişdir.

Müəllif: Людмила Горяйнова


Şərhlər: 4
Baxılıb: 650
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ALlah uzaq elesin cetin xesdelikdir
15 mart 2016 15:34
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
nanaska00
dehwet xestelikdi hec kimin bawina gelmesin
15 mart 2016 15:20
# 3
Qulaqcığı taxdıqdan sonra
-həyat offline
-xəyallar online
S.Heydarova
Çox şükür bele bir xəstəliyim yoxdur
15 mart 2016 13:44
# 2
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
BARBI
Cox ciddi xestelikdir. Uzde ciddi fesadlar toreddir
15 mart 2016 12:43
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz