Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əllərin əsməsi təhlükəli xəstəliklərin əlaməti ola bilər
Əllərin əsməsi təhlükəli xəstəliklərin əlaməti ola bilər
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 818
Səs ver:
Həyatımızda bəzən sevinc, bəzən üzüntü, bəzən də əsəb və gərginlik o həddə çatır ki,  özümüzdən asılı olmayaraq əllərimiz əsir.
Bunu keçici bir hal kimi qəbul edərək o qədər də əhəmiyyət vermir, üstündən ötüb keçirik. Əllər həmişə əsirsə, bunun səbəbi nədir?
Fizioloji tremor və onun səbəbləri
Çox emosional adamların əlləri daim əsə bilər, lakin əsəblərin sakitləşməsi ilə titrəmə də keçib gedir. Əllərdə əsmənin səbəblərindən biri də depressiyadır. Depressiv halın inkişafı hərəkətlərdə kəskinlik və sərtliyin yaranmasına, nəzarətin itməsinə səbəb olur.
Bəzi dərman preparatları, məsələn, psixostimulyator, antidepressant, neyroleptik və litium preparatlarının qəbul edilməsi də əllərdə tremoru artıra bilər.
Çay, qəhvə və alkoqollu içkilərin artıq miqdarda qəbulu da əlləri əsdirə bilər, çünki spirtli içkilər sinir hüceyrələrinin susuzlaşmasına və erkən məhvinə səbəb olur.
Osteoxondroz zamanı beyin qan dövranının zəifləməsi də əllərin bərk əsməsinə gətirib çıxarır. Bəzən güclü fiziki gərginlik provokasiyaedici faktor olur. Belə tremor uzunmüddətli ağır işdən və ya fiziki məşqlərdən sonra artır.
Əllərdə qısamüddətli əsmənin əmələ gəlməsinə səbəb olan amillərdən biri də soyuq hava şəraitidir.
Həmin xəstəliklər müalicə tələb etməsə də, onlara səbəb olan faktoru aradan qaldırmaqla əllərin əsməsinin qarşısını almaq olur. Lakin iki həftədən artıq davam edən və getdikcə artan tremor həkimə müraciəti və ərtaflı müayinəni zəruri edir.
Bəzi xəstəliklər və patoloji hallar da fizioloji əsməni artıra bilər. Məsələn, ağır metallar, dəm qazı və ya başqa toksiki maddələrlə zəhərlənmə, alkoqol abstinensiyası, qanda şəkər səviyyəsinin düşməsi və toksik zob zamanı tremor güclənir.
Patoloji tremor
Beyin kötüyü, qabıqaltı strukturlar və beyinciyin zədələnməsi səbəbi ilə yaranan əl əsməsi daimi olması ilə fərqlənir. Həmin xəstələrin həkim nəzarətində olması və vaxtında müalicə edilməsi olduqca vacib şərtdir.
Ailəvi tremor
Dəqiq səbəbi məlum olmasa da, genetik yolla ötürüldüyü məlumdur. İrsən keçir, əsasən orta yaşlardan sonra özünü büruzə verir, lakin uşaq yaşlarından da başlaya bilər.
Parkinson xəstəliyi
Xəstəliyin səbəbi beyinin qabıqaltı strukturlarının zədələnməsi və dofamin hormonun sintezinin azalmasıdır. Parkinsonizm zamanı müşahidə olunan əl əsməsi sakit vəziyyətdə olur. Xəstə əlləri ilə sanki pul sayır və ya kürə yuvarlayır. Hər hansı bir hərəkətə başladıqda isə titrəmə zəifləyir və ya tamamilə itir. Xəstəlik adətən 50 yaşdan sonra inkişaf edir.
İntension tremor
Beyincik və beyin kötüyünün zədələnməsi zamanı yaranan hərəkətlər böyük amplitudlu və geniş olur. İntension əsmənin səbəbi beyin kötüyü və ya beyinciyin şişi, Vilson xəstəliyi, baş beyinin travmaları, damar xəstəlikləri, həmçinin dağınıq skleroz ola bilər. Həmin xəstəliklərdən bəziləri – tireotoksikoz, beyincik zədələnməsi, alkoqolizm, narkotik maddələrinin qəbulu, dərmanların qeyri-düzgün istifadəsi, parkinson və əsəb sistemi xəstəlikləri mütləq müalicə olunmalıdır.
Patoloji əsməni müalicə etmək üçün ilk növbədə buna səbəb olan bütün amilləri aradan qaldırmaq lazımdır. Qəhvə, şokolad və tünd çay içilməsi azaldılmalı, siqaret və alkoqol qəbulu tamamilə dayandırılmalıdır.
Əsəb gərginliyi ilə əlaqədar yaranan əsmənin qarşısını almaq üçün üç hissə damotu, hərəsindən bir hissə nanə yarpağı, bataqlıq qurucası və aptek çobanyastığı çiçəkləri, hərəsindən iki hissə pişikotu kökü və yemişan meyvəsi qarışdırılır. Qarışıqdan 2 xörək qaşığının üzərinə 2 stəkan su tökülür, 15 dəqiqə vam odda, sonra 1 saat ocaqdan kənarda dəmlənir, süzüldükdən sonra gündə 3 dəfə yeməkdən əvvəl yarım stəkan içilir. Müalicə 1 ay aparıldıqdan sonra 10 gün fasilə verilir.
Əl əsməsini azaltmaq, bəzən tamamilə kəsmək üçün 9 xörək qaşığı vələmirin üzərinə 3 litr su əlavə olunur və 1 saat vam ocaqda qaynadılır, ocaqdan götürüləndən sonra üstü dəsmalla bürünür və bir gecə saxlanır. Səhər süzülür və gün ərzində istənilən qaydada içilir. Müalicə bir ay müddətində aparılır.
Bərabər miqdarda itburnu kökləri, göyümçiçək otu, damotu, dazıotu, ballı nanə, istiotlu nanə, rozmarin və mayaotu qozası xırdalanır və qarışdırılır. Qarışıqdan 5 xörək qaşığının üzərinə 0,5 litr 40 faizli spirt məhlulu əlavə edilir, arabir çalxalanaraq 3 həftə isti və qaranlıq yerdə saxlanır. Hazır cövhərdən 10 damcı az miqdarda suya əlavə olunaraq gündə 3 dəfə yeməkdən əvvəl içilir. Qəbul müddəti 1,5 aydır. 1 ay fasilə verdikdən sonra müalicə kursu yenidən təkrar olunur. Müalicə 1 il müddətində aparılır.
Yaxşı yatmaq, sağlam qidalanmaq, kontrast duş qəbul etmək, eləcə də əsmənin amplitudunu azaltmaq üçün xüsusi hərəkətlər metodikası da faydalıdır. Məsələn, gün ərzində dəfələrlə əlləri yumruq şəklində sıxıb-açmaq titrəməni azaldır və iş qabiliyyətini yaxşılaşdırır. Həmçinin incə motorikanı inkişaf etdirmək faydalıdır. Xırda muncuqlarla işləmək, ağac oyması sənəti ilə məşğul olmaq və şəkil çəkmək də əllərdə əsməni azaldır.


Şərhlər: 8
Baxılıb: 818
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fi-Ra
Çox şülür əllərim əsmir
8 mart 2016 19:22
# 8
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
ɢüмüş
Men heyecanlandigim zaman ellerim esir.
8 mart 2016 18:36
# 7
Totu
Qabaq ellerim esirdi indi wukur duzelibdi
8 mart 2016 17:27
# 6
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
Allah elemesin ele insanlar varki eseblesdikde heyecanlandiqa elleri esir
8 mart 2016 16:12
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Tek ellerim yox bedenim esir esebden oldugunu bilirem
8 mart 2016 14:33
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fidan ALYEVA
Menimde ellerim esir heyecanlananda
8 mart 2016 14:02
# 3
.O.F.S.
BARBI
Mende barmaqlarim esir. Cox pisdir. Bu ciddi xesteliklerin xebercisidir
8 mart 2016 12:46
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
_damla_
Bilmirem niye amma durdugum yerde ayaqlarim ve elerim esir.Stekan tuta bilmirem onun derdinden 08
8 mart 2016 12:40
# 1
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz