Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gərginlik baş ağrıları
Gərginlik baş ağrıları
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 760
Səs ver:
Baş ağrılarının ən çox yayılmış növlərindən biri – baş və boyun əzələlərinin gərginləşməsi ilə xarakterizə olunan gərginlik baş ağrılarıdır.
Baş ağrısı hiss edənlərin 90%-i həyatlarının müxtəlif anlarında bu ağrılardan əziyyət çəkirlər.
Əksər hallarda bu cür baş ağrıları – depressiya, stres, zehni yorğunluq, emosional gərginliklə əlaqədar olur. Baş ağrı tutması – imtahandan, dalaşmadan, güclü inciklikdən, şokdan, qəfil xəbərdən (bəzən hətta xoş xəbərdən), yəni insanı həyəcanlandıran hallardan sonra baş verir. Əzələ gərginliyi (gərilməsi) nəticəsində baş verən ağrı, əksər hallarda, uzun müddət diqqət tələb edən ixtisaslarda işləyənlərdə, uzun müddət yazı və ya iş stolu, kompüter, maşın sükanı arxasında işləyənlərdə və s. insanlarda daha çox rast gəlinir. Bundan başqa, insanlar öz işlərini vaxt çatışmazlığı şəraitində icra etdikdə də onlarda baş və boyun əzələlərinin gərginliyi baş verir.
Gərginlikdən yaranan ağrılar, adətən, başın hər iki tərəfində eyni dərəcədə olur, ancaq ənsə və boyun nahiyələrində isə daha çox hiss olunur. Ağrı küt, monoton, təzyiqedici, dartılmış və sızıldayan-fasiləsiz, ancaq pulsasiya etməyən olur. Ağrı tutması günün istənilən vaxtlarında, gecə saatlarında isə nadir hallarda baş verir. Xəstədə elə təəssürat yaranır ki, sanki onun başına çox sıx şəkildə sarğı bağlayaraq məngənədə sıxırlar.
Bu növ ağrının profilaktikası üçün aşağıdakılara əməl etmək lazımdır:
- Onurğanın vəziyyətinə diqqət və qayğı göstərmək, qamətin düzgün olmasını qoruyub saxlamaq. Yazı stolu və kompüter arxasında düzgün oturmaq.
- Yuxunun kifayət qədər olması. Yatarkən hündür olmayan yastıqdan istifadə etmək.
- Oturaq iş zamanı (hətta baş ağrısı olmasa da) müntəzəm olaraq çiyin qurşağı əzələlərini, boyunu və başı öz əllərinizlə massaj etmək.
- Streslərdən uzaq olmaq. Bu mümkün olmadıqda isə stres vəziyyətindən düzgün çıxmaq və bu zaman yaranan stres enerjisini orqanizmi dağıtmaq üçün "daxilə” deyil, onun təsirini neytrallaşdırmaq üçün "xaricə” istiqamətləndirmək lazımdır.
- Əzələlərin gərginləşməsi səbəbindən baş verən baş ağrılarının effektiv profilaktikası üçün bədən tərbiyəsi ilə, idmanla, üzgüçülüklə, qaçmaqla məşğul olmaq, açıq havada gəzmək məsləhət görülür.


Şərhlər: 4
Baxılıb: 760
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Antikvar
İki gündü başımda sanki iynə batırılmış kimi ağrılar hiss edirəm, ya bel ağrılarımdandı əsəb keçirirəm yada havasaddandı,məsləhətlər faydalıdır tşklər.
2 mart 2016 12:23
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
bas aqrilarim cox az halda ola biler
2 mart 2016 12:04
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Mende cox yasanan haldir. Oturaq isde oldugum ucun boyun ve basda agrilar bas verir. Tez tez elle masaj edirem.
2 mart 2016 09:26
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Baş ağrısı məndə iki səbəbdən yarana bilər ya qan təzyiqim düşəndə yada həddindən artıq mütailə ilə məşğul olduqda amma faydalı məsləhətlər qeyd edilib burdada əməl etmək olar, təşəkkür.
2 mart 2016 09:22
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz