Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Klaster baş ağrısı
Klaster baş ağrısı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 731
Səs ver:
Klaster (ingilis sözü olub "cluster” – "dəstə”sözündəndir) baş ağrıları – yalnız kişilərin "imtiyazıdır” və buna görə də onu bəzən "kişi miqreni” də adlandırırlar.
Klaster baş ağrıları, adətən, 20-30 yaşında olan kişilərdə baş verir. 60-65 yaşlarında isə, adətən,  keçib gedərək, bir daha təkrarlanmayır. Mütəxəssislər hesab edirlər ki, klaster baş ağrılarından işləyən kişilərin böyük əksəriyyəti əziyyət çəkir.
 
Klaster baş ağrılarının səbəbi sona qədər aydınlaşdırılmamışdır. Ancaq məlumdur ki, belə baş ağrıları streslə, siqaret çəkilməsi, qaydasız şəkildə qida qəbul edilməsi, yuxusuzluqla bilavasitə əlaqəlidir. Klaster baş ağrısı tutmaları istilik, soyuq, iqlim dəyişikliyi, kifayət qədər yatmamaq, sublinqval (dilin altına qoyulmaqla) şəkildə nitroqliserin qəbul edilməsi və s. səbəblər nəticəsində də baş verə bilər.
Klaster tipli baş ağrıları əksər hallarda gecə saatlarında başlayır. Ağrılar hədsiz dərəcədə güclü, üzücü, sanki deşici, yandırıcı, pulsasiyaedici olması ilə xarakterizə olunaraq başın və sifətin bir yarısına iztirab verir. Bir çox hallarda ağrı göz, qaşüstü, gicgah, alın və təpənin bir hissəsini əhatə edərək, bəzi hallarda qulağa və aşağı çənəyə də yayılır. Bu zaman göz yaşarır və qızarır, yuxarı göz qapağı bir qədər aşağı enir, dəri xırda tər damcıları ilə örtülür, burun yolu tutulur.
Bu halda, ağrılar davam etmə müddətinə görə nisbətən qısa olsalar da, ağrı bir neçə gün və ya həftə ərzində müəyyən fasilələrlə müntəzəm olaraq təkrar olunur. Ağrı iztirabı 30 dəqiqədən 2 saata qədər davam edərək, gün ərzində 2-3 dəfə təkrar oluna bilər. Sonra ağrılar tam şəkildə yox olaraq, 6 aydan 2-3 ilədək olan müddət ərzində xəstəni narahat etməyə bilərlər.
Klaster baş ağrısı insult və ya damarlarda olan digər fəsadların baş verməsi ilə təhlükəli deyil.Ancaq bu ağrılar insana xeyli dərəcədə əzab-əziyyət verir. Ona görə də bu ağrılara düçar olanlar hər vasitə ilə onları provakasiya edən faktorların təsirindən özlərini qorumalıdırlar.


Şərhlər:
Baxılıb: 731
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz