Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dəbdə olan... qurdlar
Dəbdə olan... qurdlar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2577
Səs ver:
Digər yoluxucu xəstəliklər kimi, qurd xəstəlikləri də artmaqdadır.
Əvvələr də uşaqlarda qurd xəstəliklərinə rast gəlinirdi və hər kəs bir dəfə müalicə olunmaqla canını qurtarırdı. İndi isə əksinə nedənsə ildə bir neçə dəfə müalicə almaq lazım gəlir.
Qurdların sevdiyi qidalar və sevdiyi şərait var. Ona görə də onların sevdikləri  şərait özümüzdə  yaratmamalıyıq. Hətta bu barədə məşhur alim Bauman da deyib: "Əsas qurd deyil, qurd üçün yaradılan şəraitdir”. İndi elmi-texniki tərəqqi nəticəsində daha rahat müalicə üsulları var, amma qurd xəstəlikləri artır, qurdlar üçün şərait də yaradılır. İş o yerə gəlib çatıb ki, bəzən əlaməti qurd olmayan xəstəliyi belə qurdun yaratdığını iddia edirlər. Birinin dərisi avazıyır, rəngi qaçır, narahat olur, saçı tökülür, öskürür və s. Aidiyyəti olmayan həmin əlamətləri qurd xəstəliklərinin boynuna yıxırlar.
Azərbaycan qurd xəstəliklərinin geniş yayıldığı məkan deyil. Qurdun əlamətlərinə gəldikdə;  kiminsə hansısa üzvündə problem varsa, qurd bir parazit olaraq şərikli fəaliyyət göstərdiyi üçün həmin problemi sürətləndirir - saç tökülürdüsə onu artırır, bağırsaq problemi vardısa sürətləndirir, əlavə olaraq arıqladır, ağızdan qoxu gəlir, qəbizlik və ya ishal olur, qanı aşağı olur, halsızlıq, iştahsızlıq və yorğunluq baş verir.
Bəzən həmin əlamətlərə rast gəlinməsə də, qurd olur, çünki xroniki vəziyyətə keçəndən sonra, yəni orqanizmlə neçə ay ərzində "dost" olduqdan sonra da əlamətini büruzə vermir. Bəs onu nə vaxt və necə bilmək olar? Orqanizmdə başqa xəstəlik varsa, xəstəlik gec sağalır və ya düzəlmirsə, həmin xroniki prosesi yaradan qurd xəstəliyi, infeksion xəstəlik və ya göbələk olduğunu üzə çıxarmaq lazımdır.
Ən çox rast gəlinən parazitlər - askarid, bizquyruq, tükbaş qurd, giardia lyambliya (ibtidai parazitdir), it askaridi, blastosistlər, enli lentcə, öküz soliteri, bəzən ona el arasında "kəpənək qurdu” da deyilir, exinokkok və s. İxtisasca  parazitoloq olan bir həkimin dediyi kimi, Afrika və Asiya qitəsinin bir çox ölkələrində həmin parazitlərin 10 qatı var, amma o ərazilərdə heç bu qədər həyəcan yaradacaq şüarlar səslənmir və dəbə düşmür.
Qurd xəstəliklərini düzgün müalicə edəndən sonra xəstə sağalır. Müalicə zamanı gərək  xəstə də xəstəliyin nə olduğunu anlasın. Parazit qurdların əksəriyyəti bağırsaqda yaşadığına görə ilk növbədə nəcisi müayinə etmək lazımdır. Nəcis ilk növbədə qısa zamanda laboratoriyaya təhvil verilməlidir. Əksər infeksion xəstəliklər kimi, qurd xəstəliklərini keçirənlərdə xroniki formada immun yaddaşında qalır. Bunun üçün qanda İgG yoxlanılır.
Əslində qanın ümumi analizində eozinofillərin miqdarının yüksək olması da qurd xəstəliyinin tədqiqinə kömək edir. Lakin kəskin mərhələ üçün nəcis və qanda İgM analizləri əsasdır.
Bizquyruq qurdda isə sellofan bant metodu ilə bütün laboratoriyalarda baxılması mümkün olan müayinə metodurur. Bəzən bir orqanizmdə bir neçə qurd yaşaya bilər və bu zaman onların hamısının təmizlənməsinə uyğun istiqamət seçmək lazımdır.
 
Müalicə zamanı əvvəlcə orqanizmi hazırlamaq lazımdır, yoxsa  5-6 dərmanı birdən başlayıb orqanizmi zəiflətmək olmaz. Qədim təbabətdə qurdlarla mübarizə üçün müxtəlif təbii vasitələrdən istifadə edilirdi və xəstə sağalırdı. Belə xalq təbabəti vasitələri arasında:
- 10 qr adi dağ tərxunu, 5 qr acı yovşan, 5 qr qozağacı tumurcuğu, 5 qr pişikotu, 5 qr işlədici murdarça meyvəsi, 300 ml də dəmlənib 100 ml 3 dəfə yeməkdən sonra qəbul edilir.
- 300 qr təmizlənmiş balqabaq tumları əzilir, alınan sıyıq bankaya tökülür, üzərinə 1\4 stəkan su və 100 qr bal əlavə edilərək qarışdırılır, səhərlər 1 saat ərzində az-az yeyilir, 3 saat sonra işlədici dərman qəbul edilir.
- 50 qr çörəkotu toxumu 50, 80 qr andız, 100 qr balqabaq toxum, 10 qr mixək toz halına salınıb 500 qr bala qarışdırılır və yaşından asılı olaraq 1 çay qaşığı və ya xörək qaşığı  yeyilir.
Bu sıranı uzatmaq olar, amma əsas nəyi müalicə etməmiz önəmlidir.

Müəllif: Elnur Rəhimov


Şərhlər:
Baxılıb: 2577
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz