Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Lyambliozun diaqnostikası və müalicəsi
Lyambliozun diaqnostikası və müalicəsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1068
Səs ver:
Lyamblia (Giardia lamblia) mikroskopik birhüceyrəli parazitdir. Bu parazit insanın bağırsaqlarına düşəndə bağırsaqların selikli qişasını qıcıqlandırır və burada iltihaba səbəb olur.
Nəticədə lyamblioz xəstəliyi inkişaf edir. Lyamblioz kifayət qədər yayılmış patologiyadır. Uşaqlarda lyamblioza daha tez-tez təsadüf edilir.
Lyamblialar yoluxmuş insanın bağırsaqlarında müəyyən müddətdən sonra böyüyür,  sərt qişa ilə (sista) örütülür və nəcislə xaricə ifraz olunur. Belə sistalar milyonlarla ifraz olunur və xarici mühitin təsirlərinə çox davamlı olur (uzun müddət ərzində sağ qalır). Lyamblialar insan orqanizminə çirkli su, yuyulmamış meyvə, tərəvəz, giləmeyvələrdən, çirkli qablardan, oyuncaqlardan və s. düşə bilər. Həmçinin milçək və tarakanlar da  lyambliaları daşıya bilər. İnsan orqanizminə düşdükdən sonra lyamblialar sürətlə çoxalmağa başlayır.
Bir çox hallarda lyamblia ilə yoluxma özünü heç bir əlamətlə büruzə verməyə bilər və özü özündən müalicəsiz keçə bilər. İnsanın immun sistemi lyambliaları məhv edir.
Digər hallarda yoluxmuş insanda lyamblioz inkişaf edə bilər. Əksər hallarda bu immun sistemi zəif olan insanlarda baş verir. Uşaqların immun sistemi hələ ki tam formalaşmamış olur ki, bu səbəbdən onlarda lyamblioz daha tez-tez aşkar olunur. Digər tərəfdən uşaqlar tez-tez barmaqlarını, müxtəlif kiçik əşyaları, oyuncaqları ağzına salır ki, bu da yoluxmanın riskini daha da artırır.
Lambliozun simptomları 1-2 həftədən sonra üzə çıxmağa başlayır. Lyamblia əsasən nazik bağırsağı zədələyir. Nazık bağırsaqda qidanın sovrulması prosesi baş varir. Lyamblioz zamanı yağların, karbohidratların, zülalların, vitaminlərin sovrulması pozulur. Həmçinin lyamblialar öd kisəsinə, öd yolların və qara ciyərə düşə bilər və burada müxtəlif pozulmalara səbəb ola bilər.
 
Lyambliozun simptomları:
- Uzunsürən ishal (nəcis üfunətli, köpüklü olur). İshal bir neçə həftə ərzində davam edə bilər. İshal qəbizliklə növbələşə bilər.
- Göbək nahiyəsində kəskin ağrılar.
- Qarında köp və qazların yığılması.
- Ürəkbulanması, bəzən qusma.
- İştahanın azalması.
- Qıcqırma, gəyirmə.
- Dəridə qırmızı qaşınan səpgilərin əmələ gəlməsi, dərinin quru olması, rənginin pisləşməsi.
- Baş ağrıları, əsəbilik, yorğunluq, yuxusuzluq.
- Arıqlama (ağır formalarda).
 
Lyambliozun ilk simptomlarında qastroenteroloqa və ya infeksionist həkiminə müraciət etmək lazımdır. Vaxtında başlanmış müalicə tam sağalma ilə nəticələnir.
Lyamblioz diaqnozunu təsdiqləndirmək üçün həkim xüsusi qan analizləri təyin edir. Həmçinin koproqramma (nəcisin analizi) təyin olunur.
Lyambliozun müalicəsində xüsusi dərman preparatları və pəhriz istifadə olunur.
Uzun müddət ərzində mövcud olan lyamblioz çox ciddi ağırlaşmalara səbəb ola bilər. Bu səbəbdən lyambliozu vaxtında müalicə etmək lazımdır.


Şərhlər:
Baxılıb: 1068
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz