Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hepatit C - mülayim qatil
Hepatit C - mülayim qatil
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 921
Səs ver:
Hepatit C kifayət qədər yayılmış infeksiyadır. İldən ilə bu virusa yoluxmuş insanların sayı artır.
Xroniki hepatit C qara ciyərin ağır xəstəliklərinə (sirroz, qara ciyər xərçəngi) səbəb ola bilər. İllər əzrində hepatit C özünü heç bir simptomla büruzə vermir, xəstəni "narahat etmir", lakin nəticədə qara ciyərin sirrozuna səbəb ola bilər. Məhz bu səbəbdən bu hepatiti "mülayim qatil" adlandırırlar.
Hepatit C çox hiyləgər infeksiyadır. Bu virus insan orqanizmində çox tez mutasiya edir (dəyişilir) ki, immun sistemi lazım olan anticismləri vaxtında istehsal etməyi çatdırmır və infeksiya əksər hallarda xroniki formaya keçir. Digər tərəfdən xroniki hepatit C uzun illər ərində özünü heç bir əlamətlə büruzə vermir. Xəstədə halsızlıq, yorğunluq, tez yorulma ola bilər. Lakin bu çox cüzi simptomlardır ki, xəstə bu simptomlara adətən fikir vermir. Əksər hallarda hepatit C digər problemlərlə bağlı olan müayinələr zamanı təsadüfən aşkar olunur.
10-20% hallarda insan bu virusdan özü özündən sağala bilər. Bəzən bu virusa yoluxmuş insan onun daşıyıcısı olur - insanın özünə virus zərər yetirmir (qara ciyər zədələnmir), lakin bu insan digərləri yoluxdura bilər.
Hepatit C bir insandan digərinə qanla keçir. Xəstə insanın qanı digər insanın qan sisteminə düşür və qan axını ilə qara ciyərə daxil olur. Burada hepatit C qara ciyərin hüceyrələrinə daxil olur və çoxalmağa başlayır. Nəticədə virus qara ciyərin hüceyrələrini (onlar "hepatositlər" adlandırılır) zədələnməyə başlayır. Digər tərəfdən insanın öz immun sistemi qara ciyərin virusa yoluxmuş hüceyrələrinə hücüm edir və onları məhv etməyə başlayır. Bu proses uzun illər ərzində gedə bilər və qara ciyərin məhv olmasına səbəb ola bilər.
 
Hepatit C bir insandan digərinə necə keçə bilər?
- qanköçürmə zamanı. Hal hazırda bütün qan köçürüldükdən əvvəl yoxlanılır və bu səbəbdən bu, demək olar, mümükün deyil.
- cərrahi əməliyyatlar, dişlərin müalicəsi zamanı. İnkişaf etmiş ölkələrdə bu çox nadir hallarda mümkündür.
- pirsinq və tatu döydürmə zamanı. Belə prosedurlar əksər hallarda tibbi müəssisələrdə deyil, müxtəlif salonlarda həyata keçirilir ki, burada lazım olan sterilliyə diqqət yetirilməyə bilər.
- narkotiklər qəbul edən insanlar arasında - hepatit C olan insanla eyni iynədən istifadə etdikdə. Hal hazırda bu yoluxmanın ən yayılmış səbəbidir.
- məişətdə xəstə insanın ülgücündən, manikür alətlərindən, hətta diş fırçasından istifadə etdikdə. Bu alətlərə qanın mkroskopik damcıları düşə bilər ki, bu yoluxma üçün kifayət edir.
Adi məişət kontaktlar zamanı (danışıq, öskürək, toxunuş və s.) yoluxma mümkün deyil.
Cinsi əlaqə zamanı virus adətən bir insandan digərinə nadir hallarda keçir (təmasda olan dəri örtüklərinin tamlığı pozulduqda). Anadan dölə virus yalnız doğuş zamanı keçə bilər. Əmizdirilmə zamanı da virus anadan uşağa adətən keçmir. Bu yalnız ananın gilələrində və uşağın ağız boşluğunda sıyrıntılar, yaralar, çatlar olduqda mümkündür.
Hal hazırda hepatit C çox uğurla müalicə olunur. Müalicə zamanı müasir antivirus preparatlarından istifadə olunur.
Əgər sizdə hepatit C aşkar olunubsa, dərhal hepatoloqa müraciət edin. Vaxtında başlanmış müalicə çox yaxşı nəticə verir.
Hepatit C adətən uzun müddət ərzində müalicə olunur (1 ilə qədər). Bu zaman xəstə həkimin bütün tövsiyələrinə dəqiqliklə əməl etməlidir. Xəstə spirtli içkilərdən imtina etməli, ağır fiziki yükləmələrdən uzaq olmalıdır.


Şərhlər:
Baxılıb: 921
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz