Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qızılyel - yayılmış infeksion xəstəlik
Qızılyel - yayılmış infeksion xəstəlik
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1117
Səs ver:
Qızılyel streptokokk mikrobun törətdiyi ağır infeksion xəstəlikdir.
Qızılyel zamanı dəri zədələnir, dəridə xarakterli al-qırmızı ləkələr əmələ gəlir. Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər.
Qızılyel əsasən yay və payız aylarında qeydə alınır. Qadınlar bu xəstəliyə daha tez-tez tutulur.
 
Xəstəliyin simptomları:
- yüksək hərarət (39-400 C kimi). Hərarət qəflətən qalxır.
- intoksikasiya simptomları (baş ağrıları, əzələ ağrıları, halsızlıq, ürəkbulanması, qusma)
- zədələnmiş sahəyə yaxın yerləşən limfatik düyünlərin böyüməsi
- zədələnmiş dəridə əvvəl qaşınma, yanma hissi yaranır, daha sonra ağrı, qızartı, ödem  əmələ gəlir, yerli hərarət artır (dəri isti olur). Bir neçə saatdan sonra bu sahə al-qırmızı rəng alır, sahənin kənarları aydın və nahamar ("dişlər" formasında) olur. Dəridə qanlı və irinli qabarlar əmələ gələ bilər.
Streptokokk çox yayılmış mikrobdur. Bir çox insanlar bu mikrobun daşıyıcısıdırlar. Lakin qızılyel xəstəliyi hamıda inkişaf etmir. Bunun üçün "əlverişli" şərait lazımdır - insanın immun sisteminin zəifləməsi. Xəstəlik yalnız immun sistemi zəif olan insanlarda inkişaf edir. Güclü immun sistemi streptokokkla mübarizə aparır və xəstəlik inkişaf etmir. Bu səbəbdən xəstəlik əksər hallarda yaşlı insanlarda, kiçik yaşlı uşaqlarda, hamilə qadınlarda və uzun müddət ərzində hər hansı xroniki xəstəlikdən əziyyət çəkən insanlarda inkişaf edir.
 
Xəstəliyin risk faktorları:
- dərinin tamlığının pozulması (göbələk xəstəliyi, travma (hətta mikrotravma), sürtünmə və s. nəticəsində)
- xroniki venoz çatışmazlığı
- şəkərli diabet (bu xəstəlik zamanı toxumaların qidalanması pozulur).
Qızılyel əsasən ayaqlar, qollar, üz, baş dərisində, nadir hallarda süd vəziləri, aralıq  nahiyəsində inkişaf edir. Vaxtında başlanmış müalicə xəstənin tam sağalması ilə nəticələnir. Lakin bunun üçün xəstəliyi düzgün və vaxtında müalicə etmək lazımdır. Xəstəlikdən sonra immunitet yaranmır və xəstəlik yenə də qayıda bilər.
Xəstəliyin ilk simptomlarında infeksionist həkiminə müraciət etmək lazımdır. Əks halda xəstəlik ağır fəsadlar verə bilər (dərinin irinli iltihabları, yaralar, imfatik damarların iltihabları, "fil xəstəliyi" və s.). İmmun sistemi çox zəif olan insanlarda, yaşlı insanlarda, kiçik yaşlı uşaqlarda qızılyel fonunda hətta sepsis, toksiki şok və s. ağır fəsadlar inkişaf edə bilər.
Müalicə zamanı antibiotiklərdən (eritromisin, doksisiklin, azitromisin, penisillin törəmələri və s.) istifadə olunur. Xəstəlik əksər hallarda ev şəraitində müalicə olunur, ağır vəziyyətlərdə xəstə stasionarda müalicə alır. Dəridə olan ləkələr təxminən 15 gün ərzində yox olur. Ləkələrin yerində piqment ləkələr qalır və sonra bu ləkələr də tədricən yox olur.


Şərhlər:
Baxılıb: 1117
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz