Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Heyvanlardan keçən xəstəliklər
Heyvanlardan keçən xəstəliklər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 949
Səs ver:
Mal çiçəyi xəstəliyi: Xəstəlik ilk əvvəl mal-qaraya təsir edir. Ancaq insanlarla yanaşı bütün məməli heyvanlar üçün də yoluxucudur.
Bu xəstəlik əvvəllər əsasən heyvanlar əllə sağılarkən əllərə keçirdi.
 
Dang humması (dang qızdırması): Günümüzdə, bir qitədən digərinə səyahətin çətin olmadığı bir dövrdə səyahət yalnız insanlar üçün deyil, heyvanlar üçün də məqbuldur. Məsələn, Asiya pələng ağcaqanadı. Bir çox ekzotik heyvan kimi o da ticarət və ya gəmi səyahəti zamanı Avropaya daşınır və bu ağcaqanad Dang humması xəstəliyini yoluxdurur.
 
Tutuquşu xəstəliyi: Zoonoz xəstəlik (heyvanlardan insana keçə bilən xəstəliklər) olan tutuquşu xəstəliyi xüsusilə uşaqlar və zəif immunitetə sahib olan yetkin insanlar üçün təhlükəli ola bilər. Bakteriyaların səbəb olduğu bu xəstəliyin daşıyıcıları adətən tutuquşular və göyərçinlərdir. Əsasən heyvanın quru nəcisindən insana keçir. Mikrob tozla birlikdə havaya da yayılır.
 
Quduzluq: Quduzluq xəstəliyi öldürücü ola bilər. Beyində ölümcül zərərlərə yol açan kəskin xəstəlik yırtıcılar və yarasalardan olan xəstə heyvanın dişləməsi və tənəffüs yolu ilə yoluxa bilər. Tülkü kimi heyvanlardan da insana keçə bilən bu xəstəliyə günümüzdə daha çox rast gəlinir.
 
Pişik cırmağı xəstəliyi: Xüsusilə uşaqlar üçün təhlükəlidir. Xəstə pişiyin dişləməsi və ya cırmaqlaması ilə keçir. Bu heyvan özü xəstələnmədən qanında virusu illər boyu parazit şəklində daşıya bilər. Bu xəstəlik zamanı insanda yüksək hərarət və yaranın ətrafındakı limfa vəzlərində şişmə halları özünü büruzə verir.
 
Sibir yarası (qarayara): Çox rastlanan xəstəlikdir. İstiqanlı heyvanların yoluxdurduğu bu xəstəlik insana dəri, tənəffüs yolu və ya qidalar vasitəsilə keçə bilər. Xəstəlik insanın ağciyərlərində iltihaba, dəridə ləkələrin yaranmasına, daxili orqanlarda qanama, ifrat yorğunluğa səbəb ola bilər.
 
Laym xəstəliyi: Heyvandan insana yoluxa bilən bu xəstəlik maral, it və siçandan gənə dişləməsi yolu ilə keçir. Xəstəlik fərqli şəkildə özünü büruzə verə bilər. İlk əlamətləri dəridə gənənin dişlədiyi bölgədə qızartının əmələ gəlməsidir.
 
Salmonella xəstəliyi: Olduqca təhlükəli bir xəstəlikdir. Qanadlı heyvanlar, donuz, mal-qara, at, it, pişik, vəhşi heyvanlar və quşların nəcisi ilə çirklənmiş, bişməmiş qidaların qəbulu zamanı yoluxur.  Əsasən insanın dərisində və selikli qişada yaraların əmələ gəlməsi ilə özünü büruzə verir.


Şərhlər:
Baxılıb: 949
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz