Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fotodermatit - günə qarşı allergiya
Fotodermatit - günə qarşı allergiya
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 766
Səs ver:
Bəzi insanlarda gün şüalarının təsirindən dəridə səpgilər, qızartı əmələ gəlir, dəri qaşının, qabıq verir.
Əksər hallarda belə səpgilər və s. üzdə, bəzən bədəndə (əsasən sinədə, qollarda) əmələ gəlir. Bu hal "fotodermatit" və ya "fotodermatoz" adlandırılır. Belə hesab olunur ki, fotodermatit insanların 20%-ndə bu və ya digər formada özünü büruzə verir.
Baxmayaraq ki, fotodermatit allergik reaksiyasına bənzəyir, bu allergiya deyil - gün şüalarında allergik komponent yoxdur. Bəs belə reaksiyanın səbəbi nədir? Əksər hallarda bunun səbəbi insanın dərisinin üzərində olan hər hansı maddə ilə gün şüalarının qarşılıqlı əlaqəsidir. Bunu izah edək.
- Çiçəklənmə zamanı çəmən bitkiləri xüsusi maddələr ifraz edir. Bu maddələr dəriyə oturur və sonra ultrabənövşəyi şüalarının və bu maddələrin qarışılıqlı təsirindən dəri qızarır, səpir və qaşınır.
- Əgər insan günə çıxdıqdan əvvəl dərisinə krem və ya məlhəm çəkibsə, ətir və ya dezodorant istifadə edibsə, bu da fotodermatitin inkişafına səbəb ola bilər. Kremlərin, ətirlərin, dezodorantların, kosmetikanın tərkibində olan bəzi maddələr ultrabənövşəyi şüaları ilə reaksiyaya girərək allergiyaya səbəb olur.
- Bəzi dərman preparatların qəbulu fotodermatitin inkişafına təkan verə bilər. İlk növbədə bu tərkibində çoxlu miqdarda estrogen hormonları olan hamiləlik əleyhinə preparatlarına aiddir. Sulfanilamid preparatları (biseptol), bəzi antibiotiklər, ürək preparatları, ibuprofen, aspirin və s. kimi preparatlar insanda gün şüalarına olan həssaslığı artırır.
- Fotodermatit daha tez-tez dərisi ağ olan insanlarda və kiçik yaşlı uşaqlarda inkişaf edir.
- Pilinq, tatuaj və bəzi digər kosmetik prosedurlar dərinin gün şüalarına olan həssaslığını  artırır.
- İnsanda olan immun sistemi xəstəlikləri, bəzi qara ciyər və böyrəküstü vəziləri xəstəlikləri də fotodermatitin inkişafına təkan verə bilər.
Əgər siz özünüzdə fotodermatitin simptomlarını müşahidə edirsinizsə, mütləq dermatoloqa və ya allerqoloqa müraciət edin. Müayinədən sonra həkim yerli və ümumi müalicə təyin edir.
Fotodermatit mütləq müalicə olunmalıdır. Əks halda bu gələcəkdə ağır dəri xəstəliyi olan ekzemanın inkişafına  səbəb ola bilər.
Müalicədən əlavə fotodermatitdən əziyyət çəkən insanlar gün şüaları altında mümkün qədər az olmalı, qaralmamalı, solyariuma getməməli, çölə şıxdıqda kosmetikadan, ətirdən, dezodorantdan, kremlərdən istifadə etməməli, bağlı paltar geyinməli və şlyapa taxmalıdır.


Şərhlər:
Baxılıb: 766
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz