Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allergik xəstəliklər
Allergik xəstəliklər
Göndərən: Angela7
Şərhlər:
Baxılıb: 818
Səs ver:
Allergik xestelikler
Allergiya termini (yunanca allas-fərqli, erqon-təsir sözlərindən ibarətdir) ilk dəfə avstraliya pediatrı Klemens Fon Pirke tərəfindən təklif edilmişdir.
Allergiya  orqanizmin əvvəllər təmasda olduğu və sensibilizasiyaya səbəb olmuş müxtəlif maddələrə qarşı yüksək həssaslıqla xarakterizə olunan dəyişmiş reaktivliyidir. Allergiyanın əsasında orqanizmin antigen rolu oynayan hər hansı bir maddəyə immun cavabı  iltihab durur.
Əsasında toxumaların ekzogen allergenlərə qarşı immun cavabı nəticəsində zədələnməsi duran xəstəliklər allergik xəstəliklər qrupuna daxildir.
Allergik xəstəliklərin bir sıra növləri mövcuddur:
- respirator allerqozlar,
- dermatoallerqozlar,
- həzm traktı allerqozları,
- gözün allergik xəstəlikləri,
- generalizasiya olunmuş allergik sindromlar (anafilaktik şok, Layyel və Stivens-Cons sindromları, zərdab xəstəliyi və.s.)

Respirator allerqozlar  tənəffüs sisteminin müxtəlif şöbələrinin allergik zədələnməsi ilə xarakterizə olunan xəstəliklər qrupudur. Klinik formaları:
1. Yuxarı tənəffüs yolları allerqozları allergik rinitlər, sinusitlər, tonzillit, faringit və laringitlər, traxit və bronxitlər.
2. Bronxial astma.
3. Allergik pnevmaniya və alveolit.

Respirator allerqozların müalicəsi xəstənin allergen mənbəyindən uzaqlaşdırılıması ilə başlanır. Antilustamin preparatları təyin olunur (peros, parenterol və ya yerli). Damardaraldıcılar, bəlğəmgətiricilər, göstəriş olarsa, qlükokortikoidlər təyin olunur. 
Fizioterapevtik prosseduraların müsbət effekti olur. Allergeni təyin etmək mümkün olursa, spesifik desensibilizasiyaedici müalicə aparılır.
Allergeni təyin etmək mümükün olmadıqda qeyri-spesifik desensibilizasiyaedici müalicə (histqlobulin, histamin) təyin olunur.
Qida allergiyası müxtəlif qida maddələrinə qarşı allergik reaksiyanın yaranmasıdır. Qida allergiyası dəri-respirator və dəri-instenstinol sindromlarla təzahür edə bilir.

Müalicəsi: allergiyaya səbəb olmuş və ola bilən qidaların qəbulunun dayandırılması, mədə turşuluğunu artıran və ödqovucu preparatların təyini, işlədicilərin təyini, mədənin yuyulması, təmizləyici imalə. Antihistamin preparataların təyini. Ağır hallarda  qlükokortikoidlərin təyini. Qeyri-spesifik desensibilizasiyaedici terapiya(histoqlobulin).

Dərinin allergik xəstəliklərinə dermatit, ekzema, neyrodermit aiddir. Dermatoallerqozların müalicəsi digər allergik xəstəliklərin müalicə taktikasındakı prinsiplər əsasında aparılır.


Şərhlər:
Baxılıb: 818
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz