Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xasiyyətiniz tutmur?
Xasiyyətiniz tutmur?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1374
Səs ver:

http://imgs.su/tmp/2012-02-17/1329454983-493.jpg
"Ekspress" qəzeti yazır ki, ailələr dağılarkən çox vaxt boşanan tərəflərdən biri "xasiyyətimz tutmur" deyə bəhanə gətirir. Doğrudanmı, boşanmalara səbəb elə xasiyyətin uyğun gəlməməyidir?

Sevdiyi xanımla ailə həyatı quran Amil Əliyev 4 aydır boşanıb. Amma indiyədək həyat yoldaşının ondan niyə ayrıldığını anlamır. "4 yaşında bir oğlumuz var. Bir gün işdən evə gəldim ki, yoldaşım evdə yoxdur. Zəng elədim, "hardasan" deyə soruşdum, "səninlə yaşamaq istəmirəm" deyib telefonu qapatdı. Nə qədər cəhd etdimsə, mənimlə danışmaq, görüşmək istəmədi" deyən həmsöhbətimin sözlərinə görə, bir müddət sonra həyat yoldaşı ilə məhkəmədə görüşüb. A.Əliyev deyir ki, həyat yoldaşı hakimə "xasiyyətimiz tutmur" deyərək boşanmaqda israrlı olub və beləcə, ailə dağılıb. Onun sözlərinə görə, o vaxtdan keçmiş həyat yoldaşı ona oğlunu görməyə belə imkan vermir. "Alimentini də ödəyirəm, uşağın əlavə xərclərini də, amma oğlumu görə bilmirəm".

5 illik ailə həyatında heç bir söz-söhbətin olmadığını deyən A.Əliyev həyat yoldaşının ondan ayrılmasında qayınanasını günahlandırır: "Bəlkə də qayınanam ailəmizə müdaxilə etməsəydi, ailəm dağılmazdı".

Sosioloqların fikrincə, bu gün boşanmaların əsas səbəbi sosial durum və ailə müdaxiləsidir. Sosioloq Nəzakət Səlimovanın sözlərinə görə, sosial problemlər olmayan ailələrdə boşanmalara müxtəlif səbəblər ola bilir. "Bəzən ailə müdaxiləsi, fikir ayrılıqları ailələrin dağılmasına səbəb olur. Əsasən də belə ailələrdə qayınana müdaxiləsi ailəni dağıdır. Çox zaman qızın və ya oğlanın anasının ailədə öz fikirlərini həyata keçirməyə çalışması nəticədə ailənin dağılmasına gətirib çıxarır".

Ailəni kənar şəxslərin müdaxiləsindən qorumaq çox çətindir. "Bunu hər kişi və ya qadın bacarmır. Çünki qadın və ya kişi rəsmi nikaha girdikdən sonra arxayınlaşır. Hər iki tərəf öz yaxınlarının düşüncələri ilə hərəkət etməyə başlayır və bunun sonu da boşanma ilə nəticələnir".

Kənar şəxslərin müdaxiləsindən ailəni qorumaq üçün nə etmək lazımdır? Psixoloq Günel Alıyevanın sözlərinə görə, ailənin təməli möhkəm qurulmalıdır. Fərdlərin düşüncələri üst-üstə düşmürsə, aradakı müvəqqəti hislərin adını "sevgi" qoyub evlənməyə dəyməz. "Çox zaman gənclər ailə həyatı qurarkən, qarşısındakını "dəyişmək" ümidi ilə evlənirlər. Qız və ya oğlan ailə qurana kimi müəyyən güzəştlərə gedirlər, ailə qurandan sonra isə xəyal qırıqlığı ilə qarşılaşıb, boşanırlar. İlk növbədə ailə həyatı qurarkən hər iki fərd düşüncələrinin, fikirlərinin bir-biri ilə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün psixoloqla məsləhətləşməlidir".

Psixoloqun fikrincə, ailəyə kənar şəxslərin müdaxilə etməsinin qarşısını almaq üçün ailə sirlərini qorumaq lazımdır. Ailə qurulduqdan sonra fərdlər anlamalıdırlar ki, bacı-qardaş, ana-ata artıq üçüncü şəxslərdir. Ailənin sirri qorunarsa, ailə daha uzunömürlü olar. "Amma bu gün istər xanımlarımız, istərsə də kişilərimiz ailədə bir balaca problem baş verən kimi bunu yaxınları ilə paylaşırlar. Başa düşmürlər ki, hər kəs öz ailəsinə və həyatına özü cavabdehdir. Hər bir fərd bilməlidir ki, boşanandan sonra nə ana-ata, nə bacı-qardaş sənə can yandırmır. Tənha qalacağını nəzərə almalıdır boşanan insanlar".

Həmsöhbətim hesab edir ki, bu gün xoşbəxt ailə sahibi olmaq üçün ilk növbədə düşünülmüş evliliklərə imza atılmalıdır. Əks halda, nəyin və ya kiminsə xatirinə qurulan ailənin sonu boşanma ilə nəticələnəcək. "Hər bir gənc evlənərkən nəzərə almalıdır ki, qarşısındakı heç bir zaman dəyişməyəcək. Onu mənfi və ya müsbət xüsusiyyətləri ilə qəbul edə biləcəksinizsə, ailə qurun. Başa düşün ki, sizin düşünülməmiş addımınızın əziyyətini uşaqlarınız çəkəcək".



Şərhlər:
Baxılıb: 1374
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz