Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Limfadenit - limfa düyünlərinin iltihabı
Limfadenit - limfa düyünlərinin iltihabı
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 2140
Səs ver:
Limfa düyünləri orqanizmin immun sisteminə aiddir.

Limfa düyünləri orqanizmdə çox mühüm müdafiə funksiyanı yerinə yetirir, filtr kimi işləyir - mikrobları, infeksiyaları və xərçəng hüceyrələri tutur və zərərsizləşdirir.

Orqanizmdə bir neçə limfa düyünləri qrupları mövcuddur. Belə ki, limfa düyünləri boyun nahiyəsində, dirsək büküşündə, qoltuq altında, diz büküşündə, qasıq nahiyəsində yerləşir. Qarın və döş boşluqlarında çoxlu sayda limfa düyünləri var.

Limfa düyünlərinin iltihabı "limfadenit" adlandırılır. Limfadenit əksər hallarda qoltuqaltı, qasıq, boyun və çənəaltı limfa düyünlərində inkişaf edir.

Orqanizmin istənilən yerində olan infeksiya ocağı (dəridə irinli yara, tromboflebit, çiban,  trofik xora və s.) limfadenitin inkişafına səbəb ola bilər. Bu ocaqdan mikroblar (əsasən stafilokokk, streptokokk, pnevmokokk və s.) limfa və ya qan axını ilə limfa düyünlərinə düşür ki, burada iltihab yaranır. İltihab həmçinin bilavasitə limfa düyünün zədələnməsi (travma və s.) nəticəsində inkişaf edə bilər.

Limfadenit kəskin və xroniki ola bilər.

Kəskin limfadenit limfa düyünün böyüməsinə və kəskin ağrılara səbəb olur. Düyünün yanında yerləşən bədən hissəsinin (boyun, ayaq) hərəkətliliyi azalır. İnsanı ümumi zəiflik, baş ağrısı narahat edir, bədən hərarəti qalxır.

Xəstəlik inkişaf etdikçə limfa düyünün toxumasında irinlı prosess başlaya bilər. İrinli limfadenit zamanı ağrı çox kəskin olur, dəri bu yerdə al-qırmızı rəng alır, hərarət yüksək qalxır, düyünlər bərkiyir, toxunduqda ağrı verir. Limfa düyünləri biri biri ilə və ətrafdakı toxumalarla birləşir, hərəkətsiz olur.

İrinli limfadenit çox təhlükəlidir. Patoloji mikroorqanizmlər buradan qan və limfa axını ilə orqanizmin istənilən nahiyələrinə yayıla bilər ki, nəticədə xəstədə osteomielit (sümük toxumasının iltihabı), ensefalit (beyinin iltihabı), meningit (beyin qişalarının iltihabı), hətta sepsis inkişaf edə bilər. Nəticədə insan əlil qala bilər və ya hətta həlak ola bilər.

Bu səbəbdən limfadenitin ilk simptomlarında (limfa düyünün böyüməsi, ödem, hərarətin qalxması) dərhal həkimə müraciət etmək lazımdır.

Xroniki limfadenitin səbəbi əksər hallarda orqanizmdə olan xroniki infeksiya ocaqlarıdır - xroniki tozillit, kariesli dişlər və s. Xroniki limfadenit zamanı simptomlar daha zəif olur - hərarət 37 C kimi qalxır, zədələnmiş limfa düyünləri nahiyəsində yüngül şişkinlik olur. Xroniki limfadenit adətən irinli formaya keçmir.

Nəzərinizə çatdıraq ki, bəzən vərəm xəstəliyi, şiş proseslərinin simptomları limfadenitin simptomlarına bənzəyir. Bu səbəbdən limfadenitin ilk simptomlarında həkimə müraciət etmək çox vacibdir.

Kəskin limfadenitin müalicəsi onun mərhələsindən asılıdır. Xəstəliyin əvvəlində fizoterapiya, antibiotiklər istifadə olunur. Xəstəliyin daha gecikmiş mərhələlərində, irinli proses inkişaf etdikdə, irinlik yarılmalı, irin xaric olunmalıdır.

Xroniki limfadenit zamanı müalicə xroniki iltihab ocaqlarının müalicəsinə yönəldilir.

Həkimdə şiş prosesinə şübhə yarandıqda, zədələnmiş düyünün punksiyası aparılır (nazik iynə ilə düyünun mikroskopik hissəsi götürülür və analiz aparılır). Həkim vərəmdən şübhələnərsə, xəstəni rentgen müayinəsinə göndərəcək.


Şərhlər:
Baxılıb: 2140
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz