Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Böyrək xəstəliklərindən necə şübhələnmək olar?
Böyrək xəstəliklərindən necə şübhələnmək olar?
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 1115
Səs ver:
Böyrək xəstəliklərinin simptomları bir çox digər xəstəliklərin sismptomlarına bənzəyir və bu səbəbdən bəzi hallarda xəstə uzun müddət ərzində tamam başqa xəstəliklərdən (ürək xəstəlikləri, onurğa xəstəlikləri) müalicə olunur və yalnız müalicə uğursuz olduqda, nəhayət ki, lazım olan mütəxəssisin müayinəsinə düşür.

Beləliklə, hansı simptomlar böyrək xəstəliklərinə işarə edə bilər:
- Ödemlər. Bu simptom həmçinin ürək xəstəlikləri üçün də xasdır. Lakin burada müəyyən fəqlər var. Böyrək xəstəlikləri nəticəsində əmələ gələn ödemlər bir çox hallarda üzdə, gözlərin altında, göz qapaqlarında olur. Həmçinin ödemlər əllərdə, beldə, cinsiyyət orqanları nahiyəsində müşahidə oluna bilər.

Ürək xəstəlikləri ilə bağlı olan ödemlər ayaqlarda əmələ gəlir.

Digər fərq - böyrək xəstəlikləri ilə bağlı ödemlər səhər saatlarında, ürək xəstəlikləri ilə  bağlı ödemlər axşam əmələ gəlir.

- Ağrılar. Böyrək xəstəlikləri zamanı xəstədə bel nahiyəsində ağrılar olur. Ağrılar tutmaşəkilli, güclü (böyrək daşı xəstəliyi zamanı), sızıldayan və ya sıxıcı, bir və ya ikitərəfli ola bilər. Ağrı xəstəni daim və ya vaxtaşırı narahat edə bilər. Nəzərinizə çatdıraq ki, bel nahiyəsində olan istənilən ağrılar hər hansı böyrək xəstəliklərinin əlaməti ola bilər.

- Arterial təzyiqinin artması. Böyrək xəstəlikləri zamanı arterial təzyiqinin artması tez-tez müşahidə olunur. Xəstələr bunu hipertoniya xəstəliyi ilə əlaqələndirir və hipertoniyadan müalicə olunurlar. Lakin hipertoniyanın standart müalicəsi böyrəklər patologiyaları zamanı lazım olan effekt vermir.

Xəstə həm də bu kimi simptoma fikir verməlidir: böyrək patologiyaları zamanı "aşağı" təzyiq essensial hipertoniya (ilkin hipertoniya) ilə müqayisədə daha yüksək rəqəmlərə artır (100 mm c.st artıq).

Hər iki simptomun (hipertoniyanın uğursuz müalicəsi və "aşağı" təzyiqin 100 mm c.st-dan yuxarı olması) olması insanda böyrək patologiyalarına işarə edir.

- Sidik ifrazının pozulmaları. Bütün sidik ifrazı pozulmaları (tezləşmiş, azalmış, həddən artıq çoxalmış sidik ifrazı, sidikdə selik və qan və s.) böyrək xəstəliklərinə işarə edə bilər.

- Səbəbsiz halsızlıq, yorğunluq, baş ağrıları, hərarətin səbəbsiz qalxması da böyrək xəstəliklərinin əlaməti ola bilər.

Beləliklə, özünüzdə yuxarıda sadalanan simptomları müşahidə etdikdə, mütləq nefroloqun (böyrək xəstəliklərinin müalicəsində ixtisaslaşdırılmış mütəxəssis) müayinəsindən keçin.


Şərhlər:
Baxılıb: 1115
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz