loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xora xəstəliyinin ağırlaşmaları - xoranın deşilməsi və daxili qanaxma
Xora xəstəliyinin ağırlaşmaları - xoranın deşilməsi və daxili qanaxma
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 1089
Səs ver:
Xora xəstəliyi olan insan öz sağlamlığına qarşı çox diqqətli olmalıdır - müəyyən pəhriz saxlamalı, ağır fiziki və emosional gərginliklərdən uzaq olmalı, həkimin nəzarətində olmalı, xəstəliyin kəskinləşməsi zamanı müalicə almalıdır və s.

Bu qaydalara əməl etməklə xora xəstəliyini tam kontrol etmək mümkündür ki, xəstədə fəsadlar və ağırlaşmalar inkişaf etməsin.

Lakin bəzi xəstələr bu xəstəliyin ciddiliyini dərk etmir və həkimlərin tövsiyələrinə əməl etmirlər - pəhriz saxlamırlar və s. Bu isə onlarda bir çox ağır fəsadların inkişafına yol açır.

Nəzərinizə çatdıraq ki, xora xəstəliyinin fəsadları insanın həyatı üçün olduqca təhlükəlidir və təcili cərrahi müdaxilənin tətbiqini tələb edir.

Xoranın deşilməsi
Mədə və 12 barmaq bağırsağının divarı bir neçə qatdan ibarətdir. Xora daxili qatı zədələyir. Lakin bəzən xora deşilə bilər ki, nəticədə mədənin və ya 12 barmaq bağırsağının möhtəviyyatı qarın boşluğuna düşür. Bu isə peritonit kimi ağır pozulmaya səbəb olur. Vaxtında müalicə olunmadıqda peritonit tez bir zamanda insanın həlak olmasına səbəb ola bilər.

Xoranın deşilməsi qarın nahiyəsində güclü ağrı ilə müşayiət olunur. Xəstə ayaq üstə dura bilmir, böyrü üstə, dizlərini qarnına sıxılmış vəziyyətdə ("embrion pozası") uzanır, alnında tər əmələ gəlir, hərarət artır. Xəstənin dili quru olur, qarın çox gərgin ("daş" kimi) və yastı. Peritonin inkişaf etdikcə xəstənin vəziyyəti daha da pisləşir.

Xoranın deşilməsinə şübhə yarandıda dərhal "təcili yardım" çağırmaq lazımdır. Xəstəyə hər hansı dərman, qida və s. vermək, qarın nahiyəsinə "qrelka" qoymaq olmaz.

Xoranın deşilməsi yalnız cərrahi üsulla müalicə olunur. Diaqnoz dəqiqləşdirdikdən sonra əməliyyat dərhal həyata keçirilir. Xoranın divarı bərpa olunur (tikilir), bəzən mədənin bir hissəsi xaric olunur.

Qanaxma
Bu da xora xəstəliyinin ağır fəsadlarından biridir. Xora xəstəliyi zamanı mədənin divarı tədricən "yeyilir" və nəticədə burada yerləşən damar partlaya bilər. Bu isə qaxili qanaxmaya səbəb olur.

Qanaxmanın simptomları:
- ani halsızlıq
- bayılma
- arterial təzyiqinin kəskin düşməsi
- qusma (al qan və ya qəhvəyi kütlə - laxtalanmış qan)
- duru qara nəcis ("melena" adlandırılır).

Bu simptomlar meydana çıxdıqda xəstə dərhal xəstəxanaya çatdırılmalıdır. Qastroskopiya müayinəsi tətbiq edilir və qanaxma mənbəsi təyin olunur. Müayinə zamanı qanaxma xüsusi üsullarla dayandırılır. Xəstə stasionar şəraitində bir neçə gün ərzində müalicə alır, həkimlər onun vəziyyətinə nəzarət edirlər. Əgər qanaxma davam edərsə, cərrahi əməlyyat aparılır.

Şərhlər:
Baxılıb: 1089
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz