Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəfa axtararkən sağlamlığınızdan olmayın
Şəfa axtararkən sağlamlığınızdan olmayın
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 736
Səs ver:
Fəsil dəyişməsi ilə əlaqədar olaraq soyuqdəymə və qripdən əziyyət çəkənlərin sayı artıb.
Həkimlər orqanizmin müqavimətini gücləndirmək, immuniteti artırmaq, soyuqdəymə və qribin qarşısını almaq üçün sağlam qidalanmağın və mayedən çoxlu istifadə etməyin önəmli olduğu qeyd edirlər.

Fəsil dəyişkənliyi ilə əlaqədər yaranmış müxtəlif xəstəliklərin qarşısını almaq üçün mövsümə uyğun, hər növ tərəvəzdən istifadə etmək lazımdır. Məsələn, kök, ispanaq, kəvər soğanı, kələm, gül kələmi, qırmızı bibər, pomidor, balqabaq, kahı, tərə, cəfəri, limon, portağal, mandalin, kivi kimi maddələr mübadiləsini gücləndirən, tərkibində "A" və "C" vitamini olan qidalardan mütləq istifadə etmək lazımdır. Təzə sıxılmış meyvə şirələri müqaviməti artırır. Lakin meyvə şirələri sıxıldıqdan dərhal sonra içmək lazımdır ki, tərkibindəki "C" vitamini itməsin.
Bundan əlavə soğan və sarımsağın tərkibindəki sink, selenium və kükürdlü birləşmələr insanları müxtəlif infeksiyalardan və xərçəng xəstəliyindən qoruyur.
İmmunitet sistemini gücləndirən digər vitamin isə "E" vitaminidir. Yaşıl yarpaqlı tərəvəzlərdə, qoz, fındıq kimi bitki yağlarında, paxlakimilərdə yüksək miqdarda "E" vitamini var. Bu meyvə və tərəvəzlərdən doğru şəkildə istifadə etdikdə orqanizmin müqavimətini artırır.
Tərəvəz və meyvələrlə yanaşı tərkibində bol miqdarda omega 3 və "D" vitamini olan balıq müqaviməti artırır. Yumurtada, günəbaxan tumunda, yulafda, hinduşka ətində və qırmızı ətdə orqanizmin toxumalarına zərər verən maddələr var. Zeytun yağı, fındıq yağı kimi duru yağlarda olan "omega 9" yağ turşuları da həmçinin immuniteti gücləndirir. Tərəvəz, ət və yumurtanı müvafiq qaydada bişirməklə və sadaladığımız qidalardan düzgün istifadə etməklə orqanizmaya lazım olan vitamin və maddələri təmin etmiş olarıq.
Xüsusilə, payız və qış aylarında bitki çaylarından çox istifadə olunur. Bir çox faydalı bitkinin və ədviyyatın qarışığı ilə hazırlanan qış çayı xəstəliklərə, boğaz ağrısına, yorğunluğa, qarın ağrısına faydalıdır. Bu növ çaylar sakitləşdirici və rahatlaşdırıcı təsirə də malikdir. Bu çaylar xüsusilə zəncəfil, darçın, çobanyastığı, itburnu, cökə, ada çayı, nanə kimi bitkilərdən hazırlanır.

Lakin hər bitkinin faydası olduğu kimi əks təsirləri də var. Buna görə onlardan diqqətli şəkildə istifadə etmək lazımdır. Misal üçün zəncəfil öskürəyə, boğaz və qarın ağrısına xərçəngə qarşı qoruyucu və qanı durulducu təsirə malik olduğu məlumdur. Yüksək təzyiqi olan xəstələr kəklik otundan müəyyən miqdarda istifadə etməlidir. Müxtəlif dərmanlardan istifadə edən insanlar bitki çaylarından istifadə edərkən həkim məsləhəti almalıdır. Çünki bir çox bitki dərmanlarla birlikdə istifadə edildikdə əks təsir göstərə bilər.
Bitki çaylarının keyfiyyəti də tərkibi qədər önəmlidir. Buna görə bitkiləri sərin və quru yerlərdə saxlamaq və mütləq son istifadə tarixinə fikir vermək lazımdır. Bitki çayını hazırlamaq üçün fincana bir qaşıq bitki qatışığı qoyulduqdan sonra isti su əlavə edərək, təxminən 3-4 dəqiqə gözlətmək sonra içmək lazımdır. Çünki, uzun müddət dəmləmək əks göstərici yarada və bitkinin tərkibindəki vitaminlər itə bilir. Çayla birgə qənd istifadə etmək yerinə bala üstünlük versəniz öskürək probleminiz aradan qalxar.Sağlam bir orqanizmə malik olmaq üçün gündə ən az 7 saat qaranlıq otaqda yatmaq lazımdır. Bundan əlavə stresdən uzaq, aktiv həyat tərzi sürmək ən vacib amillərdəndir. İdman da bədənin müqavimətini artıran ən önəmli fəaliyyət növüdür.


Şərhlər:
Baxılıb: 736
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz