Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Aqoniya vəziyyəti - Allahın vida şansı
Aqoniya vəziyyəti - Allahın vida şansı
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 1228
Səs ver:
Aqoniya – orqanizmin terminal vəziyyətlərinə aid olub, ölmənin dönən mərhələsidir. Aqoniyadan əvvəl preaqonal vəziyyət olur, bu vaxt qan təzyiqi çox düşür, xəstə huşunu getdikcə itirir, beyinin elektrik fəallığı azalır, üzv və toxumaların oksigen aclığı şiddətlənir. Preaqonal vəziyyətdən aqoniyaya keçid mərhələsi terminal pauza adlanır, bu vaxt tənəffüs birdən-birə dayanır, buynuz qişanın refleksləri sönür; bu vəziyyət bir neçə saniyədən 3 dəqiqəyə qədər davam edir. Bundan sonra ölmənin ikinci dövrü – aqoniya başlayır. Əvvəlcə ağrı hissiyyatı itir, bütün reflekslər sönür, xəstə huşunu itirir.

Xəstənin tənəffüsü zəif, seyrək ola bilər, yaxud əksinə, o maksimum nəfəs alıb tezliklə nəfəsini axıra qədər buraxıb qısa ola bilər; bu zaman tənəffüs amplitudası böyük ola bilər. Xəstə hər dəfə nəfəs alanda başı dala gedir, ağzı geniş açılır. Ürək yığılmaları tədricən yavaşıyıb, bir dəqiqədə sayı 40-20 olur, nəbz sapvarı olub əllədikdə çox çətin bilinir. Arterial təzyiq civə sütunu ilə 20-10 mm-ə düşür. Bəzən ənsə əzələlərinin rigidliyi və ümumi tonik qıcolmalar baş verə bilər. Xəstə qeyri-iradi siyir və yerini batırır. Bədənin temperaturu çox düşür.

Aqoniyanın müddəti ölümün səbəblərindən asılıdır. Travmatik şok və qanitirmə nəticəsində baş verən aqoniya dövründə dəri örtükləri mum kimi solğun olur, burun sivriləşir, buynuz qişa bulanıq olur, göz bəbəkləri genişlənir, taxikardiya baş verir. Ürək qəflətən dayandıqda xəstənin dodaqları, dəri örtükləri və bütün gövdəsi tez bir zamanda göyərir. Üzü şişir, qıcolmalar baş verir, nəbz ələ gəlmir və beyin qabığının funksiyaları itir.

Xəstə qan itirdikdə, şok və ya asfiksiya zamanı aqoniyanın klinik əlamətləri göründükdə dərhal kompleks reanimasiya tədbirləri keçirmək lazımdır, birinci növbədə süni tənəffüsə başlamaq, eyni zamanda ağızdan-ağıza, ağızdan buruna hava üfürüb ağ ciyərləri ventilyasiya etmək, həmçinin ürəyi dolayı masaj etmək lazımdır. Aqoniya travmatik şok nəticəsində baş veribsə, venaya qan və plazma əvəzediciləri vurmaqla yanaşı bunları arteriyaya da vururlar.

Aqoniya vəziyyətindən çıxarılmış xəstə üzərində uzun müddət ciddi müşahidə aparmaq, ona yaxşı qulluq etmək və intensiv müalicə aparmaq lazımdır. Çünki müxtəlif səbəblər üzündən terminal vəziyyət təkrar oluna bilər. Xəstənin bədəninin dörd bir tərəfinə isitqac qoymaq, yataq yarası əmələ gəlməməsi üçün tədbir görmək, dərini dezinfeksiyaedici məhlullardan biri ilə silmək, xəstəni çevirmək, yataq ağlarını və alt paltarı dəyişmək, xəstəni yedizdirmək və içizdirmək lazımdır.Aqoniya – orqanizmin terminal vəziyyətlərinə aid olub, ölmənin dönən mərhələsidir. Aqoniyadan əvvəl preaqonal vəziyyət olur, bu vaxt qan təzyiqi çox düşür, xəstə huşunu getdikcə itirir, beyinin elektrik fəallığı azalır, üzv və toxumaların oksigen aclığı şiddətlənir. Preaqonal vəziyyətdən aqoniyaya keçid mərhələsi terminal pauza adlanır, bu vaxt tənəffüs birdən-birə dayanır, buynuz qişanın refleksləri sönür; bu vəziyyət bir neçə saniyədən 3 dəqiqəyə qədər davam edir. Bundan sonra ölmənin ikinci dövrü – aqoniya başlayır. Əvvəlcə ağrı hissiyyatı itir, bütün reflekslər sönür, xəstə huşunu itirir.

Xəstənin tənəffüsü zəif, seyrək ola bilər, yaxud əksinə, o maksimum nəfəs alıb tezliklə nəfəsini axıra qədər buraxıb qısa ola bilər; bu zaman tənəffüs amplitudası böyük ola bilər. Xəstə hər dəfə nəfəs alanda başı dala gedir, ağzı geniş açılır. Ürək yığılmaları tədricən yavaşıyıb, bir dəqiqədə sayı 40-20 olur, nəbz sapvarı olub əllədikdə çox çətin bilinir. Arterial təzyiq civə sütunu ilə 20-10 mm-ə düşür. Bəzən ənsə əzələlərinin rigidliyi və ümumi tonik qıcolmalar baş verə bilər. Xəstə qeyri-iradi siyir və yerini batırır. Bədənin temperaturu çox düşür.

Aqoniyanın müddəti ölümün səbəblərindən asılıdır. Travmatik şok və qanitirmə nəticəsində baş verən aqoniya dövründə dəri örtükləri mum kimi solğun olur, burun sivriləşir, buynuz qişa bulanıq olur, göz bəbəkləri genişlənir, taxikardiya baş verir. Ürək qəflətən dayandıqda xəstənin dodaqları, dəri örtükləri və bütün gövdəsi tez bir zamanda göyərir. Üzü şişir, qıcolmalar baş verir, nəbz ələ gəlmir və beyin qabığının funksiyaları itir.

Xəstə qan itirdikdə, şok və ya asfiksiya zamanı aqoniyanın klinik əlamətləri göründükdə dərhal kompleks reanimasiya tədbirləri keçirmək lazımdır, birinci növbədə süni tənəffüsə başlamaq, eyni zamanda ağızdan-ağıza, ağızdan buruna hava üfürüb ağ ciyərləri ventilyasiya etmək, həmçinin ürəyi dolayı masaj etmək lazımdır. Aqoniya travmatik şok nəticəsində baş veribsə, venaya qan və plazma əvəzediciləri vurmaqla yanaşı bunları arteriyaya da vururlar.

Aqoniya vəziyyətindən çıxarılmış xəstə üzərində uzun müddət ciddi müşahidə aparmaq, ona yaxşı qulluq etmək və intensiv müalicə aparmaq lazımdır. Çünki müxtəlif səbəblər üzündən terminal vəziyyət təkrar oluna bilər. Xəstənin bədəninin dörd bir tərəfinə isitqac qoymaq, yataq yarası əmələ gəlməməsi üçün tədbir görmək, dərini dezinfeksiyaedici məhlullardan biri ilə silmək, xəstəni çevirmək, yataq ağlarını və alt paltarı dəyişmək, xəstəni yedizdirmək və içizdirmək lazımdır.


Şərhlər:
Baxılıb: 1228
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz