Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qışda xəstəliklərdən qorunmağın yolları
Qışda xəstəliklərdən qorunmağın yolları
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 796
Səs ver:
Qış aylarında qeyri-kafi qidalanma, vitamin və mineral əskikliyi immunitet sisteminin zəifləməsinə və bədənimizin xəstəliklərə qarşı zəifləməsinə səbəb olur.

İmmunitet sistemini gücləndirmək üçün qış tərəvəzlərinin istehlak edilməsini təklif edirik.

Günlərin qısaldığı, soyuq  günlərin başlandığı günlərdə bədənimizin xəstəliklərə qarşı müqaviməti azalır. Buna görə xüsusilə qış aylarında immunitet sisteminin gücləndirilməsi lazımdır:

Qış xəstəliklərindən qorunmaq üçün A və C vitaminlərini kifayət qədər istehlak etməyimiz lazımdır. Qış tərəvəzləri və meyvələri də bu vitaminlər baxımından olduqca zəngindir. Portağal, naringi, kök, kivi, gül kələmi, kələm, brokoli, cəfəri, kərə, ispanaq kimi tərəvəzlər və bitkilər A və C vitamini baxımından zəngin qidalardır. Gündə 2 boşqab mövsüm meyvələrindən istehlak etməyə diqqət göstərməliyik.
Tərəvəzləri süfrəmizdə yemək və salat olaraq istifadə etsək gündəlik vitamin ehtiyacımızın qarşılanmasına köməkçi olarıq. Gündəlik olaraq nizamlı istehlak bağırsaq fəaliyyətinin nizamlı olmasını təmin etdiyi kimi, qanda  yağların da aşağı düşməsinə köməkçi olur. Xüsusilə vitamin qaynağı meyvələri də nizamlı olaraq istehlak etməmiz lazımdır. Meyvələrin suyunu sıxıb içmək yerinə bərk olaraq istehlak etmək C vitaminindən daha çox faydalanmamızı təmin edər.

Payız tərəvəzlərinin qida dəyərləri
Kələm: Çiy kələm çox yaxşı C vitamini və karotin qaynağıdır. Kükürdlü mürəkkəblərlə zəngindir və histid aminoasidini təşkil etməkdədir. Histidin bədənimiz üçün mütləq xaricdən qəbul etməyimiz lazım olan bir amin turşusudur. Histidin, hemoglobinin quruluşuna daxildir və folik turşunun funksiyalarını görməsinə köməkçi olur. Yeməyini bişirdiyimiz ağ kələmin enerjisi çox aşağı olduğu üçün arıqlamaq istəyənlər çəkinmədən istifadə edə bilərlər. Yaxşı şiş azaldıcıdır və ağ kələm suyunun xora meydana gəlməsinin qarşısının alındığı bildirilir.
Brokoli: C vitaminindən və beta karotin baxımından zəngindir. Kalsium və dəmir qaynağıdır. Bundan başqa brokolinin içində olan sülforafan adlı maddənin antikanserogen bir xüsusiyyət daşıdığı sübut edilmişdir.
Brüksel Kələmi: Xüsusiyyətləri brokoliylə eynidir.
Gül kələmi: C vitamini qaynağıdır, tərkibində E və B qrupu vitaminləri də təşkil edir. Kükürdlü komponentlərlə zəngindir. Kükürdlü komponentlərin digər faydalarının yanında antioksidan fəaliyyətləri də yüksəkdir.
Kərəviz: Tərkibində yüksək nisbətdə duz var, buna görə bişirərkən mümkün olduğunca az duzda bişirməkdə fayda vardır. Sidik qovucu xüsusiyyət göstərir. Enerjisi aşağıdır, 100 qram kərəviz 40 kalori təşkil edir, buna görə kilo vermə və qoruma diyetlərində rahatlıqla istifadə edilə bilər.
İspanaq: Dəmir tərkibi yüksək olan ispanağın, okzalat məzmunu üzündən içindəki dəmirdən insan bədəninin faydalanma nisbəti aşağıdır. Karotin, C vitamini baxımından zəngindir. Yod məzmununun yüksək olunduğu tam məlum deyil, amma xüsusilə böyümə çağındakı uşaqlar və hamilələrdə qəbulu çox əhəmiyyətli olan yod baxımından qiymətli bir qidadır.

Qışın D vitamini ehtiyacını balıqla qarşılayın
Günəşin özünü daha az hiss etdirdiyi qış aylarında D vitamini ehtiyacını da qarşılamağımız  lazımdır. Günəşli saatlarda 20-25 dəqiqə qədər açıq havada günəşin enerjisini alarkən D vitamini ehtiyacımızı qarşılamamıza köməkçi olacaq. Balıq, omeqa-3 yağ turşularını qəbul etməyimizi  təmin edərkən, D vitamini kimi istehlakı lazım olan əhəmiyyətli bir qidadır. Həftədə 2 dəfə balıq yemək ürək sağlamlığınızı qorumağa köməkçi olarkən, sümüklərimizin də günəşin əskikliyini (D vitamini qeyri-kafiliyi) daha az hiss etməsini təmin edəcək.


Şərhlər:
Baxılıb: 796
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz