Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Prostat vəzi xərçəngi hər il 300 min can alır
Prostat vəzi xərçəngi hər il 300 min can alır
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1180
Səs ver:

 

Dünya üzrə hər il bir milyon yaxın kişiyə prostat vəzi xərçəngi diaqnozu qoyulur və onların hər üçündən biri ölür. Kişilərin "ikinci ürəyi” sayılan prostatın xərçəngi müxtəlif səbəblərdən meydana gəlir.

Ən dəhşətlisi odur ki, prostat vəzi xərçənginə mübtəla olan xəstələrin yarıdan çoxunun bu barədə məlumatı olmur. Bu halda isə xəstəlik sürətlə yayılır və sümüklərə metastaz verməyə başlayır.

Trend-ə danışan Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uroloq Araz Bayramov bildirir ki, prostat xərçənginin yaranma səbəbləri müxtəlifdir: "Yaş faktoru əsas amildir. Kişinin yaşı nə qədər çox olarsa, prostat vəzinin xərçənginin inkişaf etməsi təhlükəsi bir o qədər artmış olur. Digər səbəblər sırasında kişi cinsiyyət üzvlərinin uzun müddət ərzində mövcud olan müxtəlif iltihabi və digər xəstəlikləri, piylənmə, irsiyyət, zərərli istehsal sahələrində işləmək, zərərli adətlərin olması və s. üstünlük təşkil edir”.

Xəstəliyin klinikasından danışan A.Bayramovun sözlərinə görə, son illər bu xəstəliyin əhatə dairəsi genişlənir: "Prostat vəzi xərçəngi diaqnozu qoyulmuş kişi xəstələrin 80%-də prostat vəzinin biopsiyası məhz qanda PSA-nın yüksək olması səbəbindən aparılmış olur. Lakin prostat vəzi xərçənginin erkən diaqnostikasında barmaqla rektal müayinənin rolu mühümdür. Belə ki, 25 faiz hallarda prostat vəzidə düyünün müəyyən edilməsi və onun biopsiyasının aparılması məhz barmaqla rektal müayinə nəticəsində mümkün olur”.

"Prostat xərçəngindən necə qorunmaq olar” sualına cavabında dr. A.Bayramov bildirib ki, 40 yaşından yuxarı kişilər ildə bir dəfə müayinədən keçməlidir: "Çox təəssüf ki, adətən gecikmiş halda xəstələr bizə müraciət edirlər. Biz də məcbur qalıb, daha radikal üsullardan itifadə etməli oluruq. Prostat vəzinin müayinəsində patologiya aşkar edilən xəstələr prostat vəzinin biopsiyası məqsədilə uroloqa yönləndirilir. Biopsiya zamanı əldə edilmiş toxuma nümunəsinin histo-patoloji müayinəsi ilə histoloji diaqnostika aparılır. Prostat vəzinin biopsiyası həm barmaqla rektal müayinədə patoloji dəyişikliklər aşkar edildikdə, həm də skrininq zamanı xəstədə qanda PSA səviyyəsi yüksək olduqda təyin edilə bilər”.

Xəstəliyin müalicə üsullarından danışan uroloq qeyd edir ki, xəstəliyin dərəcəsindən asılı olaraq, müasir üsullarla qarşısı alınır: "Statistikaya görə, erkən aşkarlanan prostat xəstəlikləri, o cümlədən bədxassəli şişlər 90 faiz hallarda müalicəyə tabe olur. Hazırda tətbiq etdiyimiz üsul laporoskopik radikal prostatektomiya əməliyyatıdır. Biz prostat xərçənginə zəmin rolunu oynayan prostat adenomasını isə Avropa protokollarına uyğun ən müasir üsulla, XXI əsrin qızıl standartı olan - Plazma Kinetik TUR sistemi ilə müalicə edirik. Bu üsulla prostat adenoması və sidik kisəsi poliplərinin müalicəsi kəsiksiz, endoskopik üsulla həyata keçirilir. Bu üsul toxumalarla daha incə və az invaziv rəftar etməyə imkan verir. Bu da öz növbəsində, xəstənin əməliyyatdan sonra ən qısa zamanda iş qabiliyyətinin bərpa olunmasına şərait yaradır. Digər üstünlük isə həmin üsulla prostat adenomasının kəsiksiz üsulla çıxarılması, cinsi fəaliyyətə zərər dəymədən həyata keçirilməsidir".


Dr. Araz Bayramovla əlaqə saxlamaq istəyənlər:

 

050-234-55-60



Şərhlər:
Baxılıb: 1180
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz