Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qızıl yel xəstəliyi
Qızıl yel xəstəliyi
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 3714
Səs ver:
Qızıl yel – ciddi yoluxucu xəstəlikdir. Onun əsas təzahürü – dəri örtülərinin proqressivləşən zədələnməsidir (iltihabı).

Qızıl yel xəstəliyinin əsl adı, fransız dilində "rouge” sözündən əmələ gəlib, və tərcümədə "qırmızı” deməkdir. Müasir infeksiya patologiyasının strukturunda yayılmasına görə, qızıl yel, kəskin respirator və bağırsaq infeksiyalarından və viruslu hepatitlərdən sonra, 4-cü yer tutur. Daha çox yaşlı insanlarda rast gəlir. 20-30 yaşlı insanlar arasında qızıl yeldən əksərən kişilər əziyyət çəkir, hansıların ki, peşəkar fəaliyyəti, tez-tez baş verən mikrotravmalarla və dərinin çirklənməsiylə, həmçinin kəskin hərarət dəyişiklikləriylə bağlıdır. Bu, sürücülər, fəhlələr, inşaat işçiləri, hərbiçilər və s. ola bilər. Qızıl yel adətən ayaqlarda və qollarda əmələ gəlir, daha az üzdə, və çox nadir hallarda bədəndə, aralıqda və cinsiyyət orqanlarında olur. Bu iltihaba ətrafdakı adamlar fikir verirlər, və xəstədə kəskin psixoloji diskomfort hissi yaranır.

Xəstəliyin səbəbləri
Xəstəliyin səbəbi – cızıqlarla, sıyrıntılarla, sürtülmələr və bişməcələrlə zədələnmiş dəriyə streptokokkun keçməsi olur.

İnsanların təxminən 15% bu bakteriyanın daşıyıcısı ola bilər, lakin xəstə olmurlar. Çünki xəstəliyin inkişafı üçün, xəstənin həyatında həmçinin müəyyən risk amilləri və meyllik yaradan xəstəliklər olmalıdır.

Törədici amillər:
˗ dəri bütövlüyünün pozulması (sıyrıntılar, cırmaqlar, iynə yeri, sürtülmələr, qaşıntılar, bişməcələr, çatlaqlar);

˗ hərarətin kəskin dəyişməsi (həm həddindən artıq soyuma, həm də çox qızma);

˗ stresslər;

˗ insolyasiya (gün altında qaralma);

˗ əzilmələr, travmalar.

Əksər hallarda qızıl yel, meyllik yaradan xəstəliklərin fonunda əmələ gəlir: pəncə göbələyi, şəkərli diabet, alkoqolizm, piylənmə, damarların varikoz xəstəliyi, limfostaz (limfa damarları problemləri), xroniki streptokokk infeksiyasının ocaqları (qızı yel üzdə olduqda, onu tonzillit, otit, sinusit, kariyes, parodontit törədir; əl-ayağın qızıl yelini isə tromboflebit, trofik xoralar törədir), ümumi immuniteti aşağı salan xroniki somatik xəstəliklər (əksərən yaşlılarda).

Streptokokklar təbiətdə geniş yayılıb, ətraf mühitin şərtlərinə nisbətən dayanıqlıdırlar. Xəstələnmənin sporadik artması yay-payız vaxtı baş verir. Bu halda infeksiyanın mənbəyi həm xəstələr, həm də sağlam daşıyıcılar olur.

Qızıl yelin məxsusi əlamətləri
Qızıl yelin kliniki təsnifatı, yerli dəyişikliklərin xarakterinə (eritematoz, eritematoz-bullyoz, eritematoz-hemorraqik, bullyoz-hemorraqik), əlamətlərin ağırlığına (yüngül, orta ağır və ağır), xəstəliyin əmələ gəlmə sayına (ilkin, residivləşən və təkrar) və orqanizmin yerli zədələnmələrinin yayılmasına (yerli, məhdud, yayılmış) əsaslanır.

Xəstəlik kəskin olaraq başlayır: titrəmə, ümumi zəyiflik, baş ağrıları, əzələ ağrıları, bir sıra hallarda – ürək bulanması və qusma, ürək döyüntülərinin artması, həmçinin bədən hərarətinin 39-40°C qədər yüksəlməsi, ağır hallarda qıcolmalar, sayıqlama, beyin qişalarının qıcıqlanması ola bilər. Xəstəliyin başlamasından 12-24 saat sonra, xəstəliyin yerli əlamətləri əmələ gəlir – dərinin zədələnmiş yerində ağrı, qızarma, şişmə, yandırma və gərginlik hissi. Qızıl yel zamanı yerli proses üz, bədən, əl-ayaq dərisində, bəzi hallarda isə selikli qişalarda ola bilər.

Qızıl yelin eritematoz formasında dərinin zədələnmiş sahəsində qızarma (eritema), ödem (şişkinlik) və ağrılıq olur. Eritemanın hər tərəfi parlaq rəngli və dəqiq hüdudludur, periferik yayılmaya meyllidir və dəri üzərində yüksəlir. Onun kənarları əyri formada olur (dişək, "od dilləri” və ya digər konfiqurasiyada). Sonra, eritemanın yerində dəri qabıqlaya bilər.

Eritematoz-bullyoz forma, eritematoz kimi başlayır. Lakin xəstəlik başladıqdan 1-3 gün sonra eritemanın yerində dərinin üst qatı laylanır və müxtəlif ölçülü, içi şəffaf maye ilə dolu suluqlar əmələ gəlir. Sonra suluqlar partlayır və onların yerində qəhvəyi rəngdə qabıqlar yaranır. Onlar qoparıldıqdan sonra cavan zərif dəri görünür. Ayrı-ayrı hallarda suluqalrın yerində eroziyalar əmələ gəlir, hansı ki, trofik yaralara çevrilə bilər.

Qızıl yelin eritematoz-hemorragik forması eritematoz formanın əlamətləriylə keçir. Lakin bu halda eritemanın fonunda, dərinin zədələnmiş sahələrinə qan sızır.

Qızıl yelin bullyoz-hemorragik formasının əlamətləri, demək olar ki, eritematoz-bullyoz formaya bənzəyir. Fərqlər təkcə ondadır ki, xəstəlik zamanı eritemanın yerində əmələ gələn suluqlar şəffaf deyil, qanlı maye ilə dolu olur.

Qızıl yelin yüngül forması qısa müddətli (1-3 gün), nisbətən aşağı (39°C qədər) bədən hərarətiylə, orta səviyyəli intoksikasiyayla (zəyiflik, süstlük) və dərinin yalnız bir sahəsinin zədələnməsiylə keçir. Orta ağır forma nisbətən uzun müddətli (4-5 gün) və yüksək (40°C qədər) bədən hərarətiylə, güclü intoksikasiyayla (kəskin ümumi zəyiflik, güclü baş ağrıları, anoreksiya, ürək bulanması, qusma və s.), dərinin böyük sahələrinin geniş eritematoz, eritematoz-bullyoz, eritematoz-hemorragik zədələnməsiylə keçir. Qızıl yelin ağır forması uzun müddətli (5 gündən çox), çox yüksək (40°C və daha yüksək) hərarətlə, xəstələrin ruhi statusunun pozulmasıyla kəskin intoksikasiya ilə (şüurun dolaşıqlığı, deliriy vəziyyəti – hallyusinasiyalar), dərinin çox geniş sahələrinin eritematoz-bullyoz, bullyoz-hemorragik zədələnmələriylə keçir. Bu zədələnmələr əksər hallarda geniş yoluxucu xəstəliklərlə müşaiyət olunur (sepsis, pnevmoniya, infeksion-toksik şok və s.).

Residivləşən qızıl yel – xəstəliyin, daha əvvəl əmələ gəldiyi yerdə, 2 il ərzində yenidən inkişaf etməsidir. Təkrarən qızıl yel əvvəlki xəstəlikdən 2 il və daha çox müddət keçdikdə əmələ gəlir.

Residivləşən qızıl yel, daha öncə keçirilmiş birincili xəstəlikdən sonra əmələ gəlir. Bu, natamam müalicə nəticəsində baş verir. Həmçinin immun çatışmazlıq və müşaiyət edən xəstəliklər də buna səbəb ola bilər (damarların varikoz xəstəliyi, mikozlar, şəkərli diabet, xroniki tonzillitlər, sinusitlər və s.).

Ağırlaşmalar
Bu xəstəlik vaxtında müalicə olunmazsa, böyrək və ürək-damar sistemi tərəfindən ağırlaşmalar əmələ gələ bilər (revmatizm, nefrit, miokardit). Eynən, qızıl yel üçün də məxsusi olan fəsadlar törənə bilər: dərinin yaraları və nekrozları, abses və fleqmonaları, limfa dövranının pozulması, hansı ki, fil azarına çevrilir.

Proqnoz
Proqnoz yaxşıdır. Tez-tez təkrarən əmələ gələn qızıl yel zamanı fil azarı kimi xəstəlik inkişaf edə bilər və nəticədə əmək qabiliyyəti pozulur.

Qızıl yel iltihabının profilaktikası
Profilaktika, ayaqda travma və sürtülmələrin qarşısının alınmasından, streptokokkun törətdiyi xəstəliklərin müalicə olunmasından ibarətdir.

Əgər xəstəlik ildə 3 dəfədən çox təkrar əmələ gəlirsə, bu o deməkdir ki, yanaşı xəstəlik var. Buna görə qızıl yelin ikinci və sonrakı təkrarlarının ən yaxşı profilaktikası – əsas xəstəliyin müalicəsidir.

Lakin bu xəstəliyin dərmanla profilaktikası da mümkündür. Əgər insana qızıl yel daima əziyyət verirsə, xüsusi antibiotiklər qəbul etmək lazımdır. Bu antibiotiklər uzun müddətli təsirə malikdir ki, streptokokkun orqanizmdə çoxalmasının qarşısını alır. Bu dərmanları uzun müddət qəbul etmək lazımdır – 1 aydan 1 ilə qədər. Lakin bu qərarı yalnız həkim verə bilər.

Həkiminiz nə edə bilər?
Qızıl yel, digər yoluxucu xəstəliklər kimi, antibiotiklərlə müalicə olunur. Yüngül formanı ambulator (ev) şəraitində müalicə etmək olar. Orta ağır və ağır formalar isə yalnız stasionarda müalicə olunmalıdır. Bu halda, dərmanlardan başqa, fizioterapiya da istifadə olunur: UBŞ (yerli ultrabənövşəyi şüalanma), UYT (yüksək tezlikli cərəyan), infraqırmızı işıq diapazonunda işləyən lazerlə terapiya, zəyif dərəcəli elektrocərəyan təsiri.

Müalicənin həcmini yalnız həkim müəyyən edir.


Şərhlər:
Baxılıb: 3714
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz