Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Difteriya haqqında
Difteriya haqqında
Göndərən: Catwoman666
Şərhlər: 12
Baxılıb: 2679
Səs ver:
Difteriya – təhlükəli yoluxucu xəstəlikdir, hansı ki, Corynebacterium diphtheriae bakteriyası tərəfindən törədilir. Xəstəlik hava-damcı yoluyla yayılır; burun-udlaq və ağız-udlağın selikli qişasının iltihabıyla, ümumi intoksikasiyayla müşahidə olunur. Difteriya zamanı ürək-damar, sinir və ifrazedici sistemlər zədələnir.

Törədici, əsnəkdə iltihab yaradır.

Xəstəlik naxoşluq, yüksək bədən hərarəti, boğaz ağrısıyla müşahidə olunur; toksinin təsiri altında sinir sonluqları zədələnir.

Difteriyanın səbəbləri
Difteriyanın səbəbi - Corynebacterium diphtheriae bakteriyasıdır. Bakteriyanın toksigen ştammları tərəfindən ifraz olunan patogen difteriya ekzotoksini, ən güclü bakterial zəhərlərə aiddir.

İnfeksiya orqanizmə burun- və ağız-udlağın selikli qişalarından, konyunktivadan, cinsi orqanlardan, dəri və ya qulaqdan keçir. İltihab ocağı, infeksiyanın orqanizmə daxil olduğu yerdə yaranır.

İnfeksiyanın ocağı – xəstə adam yaxud difteriya çöpünün daşıyıcısı ola bilər.

Əksər hallarda xəstəlik hava-damcı yoluyla ötürülür, lakin həmçinin çirkli əllər və əşyalardan (qab-qacaq, oyuncaqlar, məişət əşyalarından) keçərək, dəri, göz və cinsi orqanların difteriyasına yoluxmaq olar. Bəzən törədici süd və süd məhsullarında çoxalır, və nəticədə xəstəliyin qidayla yoluxma halları baş verir.

İnsanlarda difteriyaya qarşı yüksək həssaslıq var; onları, xəstəlikdən və ya peyvənddən sonra əmələ gələn antitoksik immunitet qoruyur.

Difteriyanın simptomları
Difteriyanın simptomlarına aiddir: ümumi halsızlıq, bədən hərarətinin 38°С qədər yüksəlməsi, boğaz ağrısı. Əksər hallarda difteriyanı ilkin mərhələdə sadə KRX ilə səhv salmaq olar, lakin bir müddət sonra (1-2 gün) badamcıqlarda xüsusi ərp yaranır. Əvvəlcə bu ərp ağımtıl və nazik olur, lakin tədricən qalınlaşaraq boz rəngli olur. Xəstənin vəziyyəti yavaş-yavaş pisləşir, səsi dəyişir; bədən hərarətinin yüksəlməsi cüzi olur, zökəm və KRX-nın digər əlamətləri olmur.

Difteriya ərpi, boğaz ağrısı və iltihabı bir müddət sonra yox olur, lakin difteriya ekzotoksini ciddi təhlükə kəsb edir. Toksin yüksək sürətlə qana keçərək böyrəkləri, sinir sonluqlarını, ürəyi zədələyir. Məhz o, xəstəliyin təhlükəli ağırlaşmalarını törədir: miokardit (ürək əzələsinin zədələnməsi), nefroz (böyrəklərin iltihabi və distrofik zədələnməsi), sinirlərin çoxsaylı zədələnmələri. Xəstəliyin ağırlığı məhz ölümlə nəticələnə bilən fəsadlarla ölçülür.

Difteriyanın növləri
Ağız-udlaq difteriyası. Ağız-udlağın difteriyası, böyük və uşaqlarda bu xəstəliyin ən geniş yayılmış növüdür (90-95%). Xəstəliyin əvvəli KRX-nı xatırladır və orta intoksikasiyayla keçir: xəstə naxoşluq hiss edir, baş ağrıları, iştahasızlıq; dəri avazımış olur, taxikardiya əmələ gəlir, damaq və badamcıqlar şişir. Badamcıqlarda, hörümçək torunu xatırladan şəffaf pərdə əmələ gəlir (fibrozlu ərp), lakin xəstəlik inkişaf etdikcə (ikinci gün) ərp bozarır, qalınlaşır; ərpi kənar etmək çox çətindir, çünki selikli qişa qanaya bilər. 3-5 gün sonra difteriya pərdəsi yumşalır, onu götürmək asanlaşır; limfa düyünləri böyüyür, palpasiya zamanı xəstədə ağrı hissi olur.

Difteriya krupu. Difteriya krupunun 2 növü olur: qırtlağın difteriyası və qırtlaq, traxeya və bronx difteriyası. Son növü əksər hallarda böyüklərdə aşkar edirlər. Simptomlar arasında ən önəmlisi – güclü, hürüyən öskürək, səsin dəyişilməsi (boğuqluğu), solğunluq, tənəffüs çətinliyi, ürək döyünməsinin çətinləşməsi, sianoz. Xəstənin nəbzi zəyifləyir, arterial təzyiq çox aşağı düşür, şüur pozulması baş verir. Qıcolmalar zamanı insan asfiksiyadan ölə bilər.

Burun difteriyası. Burnun difteriyasını cüzi intoksikasiya müşahidə edir. Tənəffüs çətinləşir, irin və ya qanlı irin ifraz olunur. Burnun selikli qişasının ödemi, yara, eroziya və pərdələrin əmələ gəlməsi qeyd olunur. Əksər hallarda xəstəliyi gözlərin, qırtlaq və ağız-udlağın zədələnməsi müşahidə edir.

Gözlərin difteriyası. Xəstəliyin bu növü zəyif ifrazatla, konyunktivanın iltihabıyla, hərarətin mühüm olmayan yüksəlməsiylə xarakterizə olunur. Göz qapaqları şişir, qanlı-irinli maye ifraz olunur. Göz ətrafındakı dəri qıcıqlanmış olur. Xəstəliyin simptomları sürətlə inkişaf edir, gözün digər hissələrinin də zədələnməsi baş verərək növbəti xəstəliklər əmələ gəlir: gözün bütün toxuma və qişalarının kəskin irinli iltihabı, limfadenit.

Qulaq, cinsi orqanlar və dərinin difteriyası. Xəstəliyin bu növləri çox nadir hallarda rast gəlir və burun və ya əsnəyin difteriyasıyla birlikdə inkişaf edir. Zədələnmiş sahə şişir, üzərində difteriya ərpi əmələ gəlir, limfa düyünləri bərkiyir.

Cinsi orqanların difteriyası qanlı-irinli ifrazatla, sidik ifrazı zamanı ağrılarla müşahidə olunur. Dərinin difteriyası yara sahələrində, ekzema zamanı, dəridə çatlar olduqda əmələ gələ bilər. Zədələnmə yerində boz rəngli fibroz ərp yaranır.

Difteriyanın fəsadları
Difteriyanın ciddiyyəti, xəstəlik nəticəsində əmələ gələn təhlükəli ağırlaşmalarla ölçülür. Toksin, infeksion-toksik şok (orqanizmin bütün həyati vacib sistemlərinin kompleksli patoloji dönüşü) törədə bilər, həmçinin miokardit (ürək əzələsinin iltihabı), sinir sütünlarının çoxsaylı zədələnmələrini, böyrək kanallarının iltihabı və distrofiyasını törədə bilər və s.

Əsnək difteriyasının yerli növündə ağırlaşmalar 5-20% hallarda əmələ gəlir; xəstəliyin daha ağır formalarında, ağırlaşmaların əmələ gəlmə faizi xeyli artır. Difteriyanın kliniki forması nə qədər mürəkkəbdirsə, xəstədə o qədər də tez fəsadlar baş verir.

Ən çox ürək zərər çəkir: xəstəlikdən 2-3 həftə sonra miokardit baş verir. Böyrəklərin iltihabı, xəstəliyin ən kəskin mərhələsində baş verir. Sinir sistemi, difteriyanın kliniki formalarında zədələnir, həmçinin sağaldıqdan 2-3 ay sonra.

Difteriyanın profilaktikası
Xəstəliyin ən güclü profilaktika üsulu – vaksinasiyadır. AGDT (göy öskürək, difteriya və tetanusa qarşı vaksin) tərkibinə difteriya anatoksini daxildir. Təəsüf ki, vaksin panaseya deyil, lakin insanı xəstəliyin ağır formalarının inkişafından qoruya bilər.

Bu ciddi xəstəliyin yayılmasının qarşısını həmçinin xəstələrin vaxtında aşkar edilməsiylə, onların izolyasiyası və müalicəsiylə almaq olar. Məhz bunun üçün təhsil ocaqları və iş kollektivlərində illik müayinələr keçirilir.

Anginanın və badamcıq iltihabının xroniki formalarına düçar olan insanlar ciddi nəzarət altında olmalıdırlar, çünki ilk növbədə məhz onlar difteriya xəstəliyinin risk qrupuna daxildirlər.


Şərhlər: 12
Baxılıb: 2679
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
pis xestelikdi amma deyesen buna qarsi peyvend usaqliqda olunur
21 dekabr 2015 15:27
# 12
vipbetul
Rebbim butun xesdelere komey olub sefa nesib etsun insallah
24 noyabr 2015 20:49
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nergizz
cox dehwetli xestelikdi,,hardasa 10-12 il bundan qabag men xestexanada iwleyende hekimimiz bir niwanli qiz bu xesteliye tutulmuwdu,qurbaga ile sagaltdi,,,belked oxuyanlara,gulmeli geler,,ama heqiqeten sagaldi hemin xeste,,twkkur xeber ucun,,
24 noyabr 2015 20:18
# 10
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Happy
Cox qorxulu ve ciddi xestelikdi. Allah uzaq elesin
24 noyabr 2015 16:41
# 9
evli.mutlu.cocuklu
ALLAH UZAQ ETSIN
24 noyabr 2015 15:26
# 8
Dj_Vampir
Ciddi xestelikdir,Allah komek olsun,butun xesdelere
24 noyabr 2015 14:47
# 7
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
arzum-aysum
Allah uzaq elesin. Atamin bir dayisi nece iller bundan əvvəl bu xəstəlikdən dünyasını dəyişib.
24 noyabr 2015 14:43
# 6
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Grsu
Ciddi seydi....Allah qorusun...
24 noyabr 2015 14:41
# 5
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
Dosta_inam
Allah uzaq etsin, Allah bütün xəstələrə şəfa versin.
24 noyabr 2015 14:40
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
SonSuz SeVGi
Allah qorusun bizi bele pis xesteliklerden
24 noyabr 2015 14:01
# 3
Roza
Ay aman qorxuludur. Sukur mende yoxdur

Ay aman qorxuludur. Sukur mende yoxdur
24 noyabr 2015 12:58
# 2
....
BARBI
Ciddi xesteliklerdendir. Sukur bele problem yasamamisam. Bu problemler varsa ciddiye almaq ve hekime getmek lazimdir
24 noyabr 2015 12:55
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz