Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Miopiya xəstəliyi
Miopiya xəstəliyi
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 1224
Səs ver:
Yaxından görmə (miopiya) – elə bir göz xəstəliyidir ki, təsvirin, tor qişada deyil,  onun önündə fokuslaşması nəticəsində uzaqda yerləşən əşyalar yaxılmış və qarışıq görünür. Yaxında yerləşən əşyalara baxanda isə, heç bir problem olmur: miopiyalı insan yaxında daha yaxşı görür, elə buradan da xəstəliyin adı yaranıb – yaxından görmə. Xəstəlik, göz almasının forma və ölçüsü dəyişdikdə əmələ gəlir – göz, öz normal (sferik) formasını dəyişərək uzanır, ovallaşır.

Getdikcə miopiyalı insanların sayı artır, hazırda orta məktəblərdə uşaqların 20% bu xəstəliyə düçardır, tələblərə arasında isə ikiqa artıq olaraq 40% təşkil edir.

Səbəblər
Yaxından görmənin səbəbləri müxtəlif ola bilər. İndiki zaman bir neçə əsas amil ayırırlar:
1) İrsi səbəblər: valideynlər və onların uşaqlarındakı miopiya arasında da əlaqə müəyyən edilib. Əgər hər iki valideyndə bu xəstəlik varsa, o zaman 18 yaşa çatmamış uşaqlarda xəstəliyin 50% əmələ gəlmə riski var. Əgər əksinə hər iki valideyn yaxşı görürsə, onların uşaqlarında miopiya ən çox 10% hallarda ola bilər.

2) Yaxın məsafəli intensiv görmə yükləmələri: miopiyanın inkişafı ən çox məktəb və tələbə illərində baş verir, çünki məhz bu vaxt gözlər gərgin işləyir.

3) Yanlış korreksiya: eynək və ya kontakt linza seçərək korreksiya qaydalarına riayət etmək və yalançı miopiyanı istisna etmək lazımdır. Miopiyanın artmasının qarşısını almaq üçün eynək (və ya linza) istifadəsi qaydalarına riayət etmək, həmçinin müntəzəm olaraq görməni yoxlatmaq lazımdır.

4) Damar amilləri: bəzən miopiya gözün qan təminatı pozulduqda, müxtəlif xəstəliklər fonunda əmələ gəlir.

5) Keyfiyyətsiz qidalanma: rasionda vitaminlər və mikroelementlər olmadıqda, göz qişasının (skleranın) toxumalarının sintezi və işıq qəbulu düzgün baş vermir.

Yaxından görmənin simptomları
Yaxından görmənin əsas simptomu – uzaq görməsinin zəyifləməsidir: uzaqdakı əşyalar yayılmış görünürlər, dəqiq olmurlar. Bununla belə, təsvirin dəqiqliyini artırmaq üçün insan gözünü qıymağa başlayır (bundan da xəstəliyin yunan dilində adı əmələ gəlib "miopia” – "gözlərini qıyan”). Belə insanlar yaxın məsafədə yaxşı görürlər. Bundan başqa, yaxından görmənin simptomlarına yüksək görmə yorulmasını və uzun müddət gərgin işlədikdə baş ağrılarını aid etmək olar.

Yaxından görmənin diaqnostikası
Miopiyanın diaqnostikasını həkim-oftalmoloq edir. Bununçün ətraflı müayinə aparılır, korreksiyayla və korreksiyasız (vizometriya) görmə itiliyi müəyyən edilir və digər xüsusi müayinələr keçirilir (biomikroskopiya, oftalmoskopiya, göz dibinin baxışı və s.).

Əgər özünüzdə yaxından görmə simptomlarını aşkar etsəniz, məhz həkim-oftalmoloqa müraciət edin, optikaya deyil, çünki optikalarda məsləhət verən insanlr əksər hallarda ali təhsilli həkim (oftalmoloq, okulist) olmur və səbəbi aşkar edə bilədiyi üçün Sizə görmənizi bəlkə də qaytaracaq müalicə təyin edə bilmir. Optometristin (eynək seçimi kursları keçmiş orta tibb təhsilli insan) işlədiyi optikaya müraciət edərək, hansının ki, işi eynək seçməkdən ibarətdir, öz gözlərinizə zərər verə bilərsiniz.

Miopiyanın dərcələri (növləri)
Pzoulmaları korreksiya etmək üçün lazım olan linzaların gücündən asılı olaraq, xəstəliyin növbəti dərəcələri olur:

˗ Zəyif dərəcəli miopiya (3 dioptriyaya qədər)
˗ Orta dərəcəli miopiya (3-6 dioptriya)
˗ Ağır dərəcəli miopiya (6 və daha çox dioptriya)

Bundan başqa, proqressivləşən miopiya var – göz zəyifləməsi sürətlə baş verərək hər il bir dioptriyadan çox miqdarda zəyifləyir. Bu hal ciddi pozulmalara səbəb ola bilər və bəzən cərrahi müdaxilə tələb edir.

Ağırlaşmalar
Yaxından görmənin ağırlaşmalarına bir sıra halları aid etmək olar, hansı ki, göz almasının uzanması nəticəsində baş verir. Bu halda göz toxumalarının qidalanması pozulur, tor qişada distrofik dəyişikliklər, onun dağılması və laylanması baş verə bilər. Tor qişanın laylanması korluğa səbəb ola bilər.

Miopiyanın müalicəsi
Miopiyanın müalicəsini iki böyük hissəyə bölmək olar: korreksiya və birbaşa müalicə.

Miopiyanın korreksiyasını eynəklərlə, (yumşaq, bərk və gecə) kontakt linzalarıyla və lazer üsullarla (Lasik) həyata keçirilər. Buraya həmçinin intraokulyar linzalarla (linzanı göz daxilinə yerləşdirilər) və keratotomiya ilə korreksiyanı aid etmək olar.

Hər üsulun öz müsbət və mənfi cəhətləri, göstəriş və əks göstərişləri, fəsadları var. Lakin hamısının prinsipi eynidir – gözün optik sistemi elə dəyişilməlidir ki, əşyanın təsviri tor qişaya düşsün.

Miopiyanın müalicəsi medikamentoz terapiyanı da daxil edir: həb və damcı şəklində vitaminlər, qan dövranını yaxşılaşdıran vasitələr, fizioterapevtik üsullar, göz gimnastikası.

Akkomodasiya spazmını aradan qaldırmaq üçün göz bəbəyini genişləndirən damcılardan istifadə edirlər.

Miopiyanın profilaktikası
Miopiyanın profilaktikası kompleksi olmalıdır. Oftalmoloqlar növbəti tədbirlər görməyi məsləhət görür:

˗ Görmənin düzgün korreksiyası
˗ Vitaminoterapiya (göz üçün lüteinli vitaminlər)
˗ Görmə rejiminə riayət edilməsi
˗ Göz əzələlərinin məşqi
˗ Yanaşı xəstəliklərin aradan qaldırılması
˗ Ümumi möhkəmləndirən prosedurlar
˗ Pəhriz (karotinoidlə zəngin tərəvəzli (məsələn, kök) pəhriz)
˗ Göz toxumalarında qan dövranının stimulyasiyası (dərman və fizioterapiyayla)
˗ Skleranı möhkəmləndirən əməliyyatlar (skleroplastika)


Şərhlər:
Baxılıb: 1224
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz