Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Miqrenin aurası və ya onun başlanğıcı
Miqrenin aurası və ya onun başlanğıcı
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 810
Səs ver:
Miqrendən əziyyət çəkənlərin əksəriyyəti, həkimə müraciət etməyərək, saatlarla ağrıya dözməyə üstünlük verirlər. Bu böyük səhv hesab edilir! Çünki, nəbz vurğusu kimi pulsasiya edən baş ağrıları nəinki miqrenin, məsələn beyin şişinin də əlaməti ola bilər!
Bundan savayı müalicə olunmayan miqren çox ağır fəsadlara gətirib çıxara bilər! Onlardan biri – miqrenoz statusdur. Bu, bir-birinin ardınca davam edən bir sıra ağır miqren tutmaları və ya qeyri-adi dərəcədə güclü olan bir, lakin uzun sürən (72 saatdan artıq) miqren tutması şəklində baş verir. Baş ağrısı – başın bir yarısından "şişib daşaraq” bütün başa yayılır.Miqrenoz status zamanı çoxsaylı qusma baş verdiyi üçün, hətda bu, bədənin susuzlaşmasına və qıcolmaların yaranmasına da səbəb ola bilər. Bu vəziyyətdə olan xəstəyə müvafiq tibbi xidmət göstərmək üçün, onu təcili şəkildə xəstəxanaya çatdırmaq lazımdır.
Miqrenin nadir şəkildə təsadüf edilən mümkün fəsadlarından bir də, miqrenoz insultdur – baş beyinin qan dövranının kəskin şəkildə pozulmasıdır.  Miqrenoz insultun əlamətləri - qol və ayaqda zəiflik (bəzən isə iflicə qədər), yerişin və bədənin tarazlığının, nitqin (sözlərin deyilməsinin çətinləşməsi), görmənin (çəpgözlülük, görmədə ikiləşmə, görmənin zəifləməsi) pozulması, kəskin baş gicəllənməsi və s. bu kimi əlamətlər ola bilər. Bu halda tez bir zamanda "təcili yardım” çağırmaq lazımdır! Həkim xəstəyə müvafiq tibbi yardım göstərdikdən sonra, diaqnozu təstiqləmək və müalicə etmək üçün, tezliklə onu xəstəxanaya çatdırmalıdır!
Müasir müalicə üsullarının düzgün şəkildə tətbiq edilməsi miqren tutmalarının sayının azalmasına, müddətinin qısalmasına, ağrıların yüngülləşməsinə səbəb olur. Buna görə də miqrendən əziyyət çəkən xəstələr mütləq həkimə müraciət etməlidirlər və bu müraciət nə qədər tez olarsa, onlar üçün daha yaxşı olar. Hal hazırda, bu xəstəlik zamanı yaxşı təsirə malik olan müasir dərman preparatları hazırlanmışdır.
Miqren zamanı, xəstənin vəziyyətini yüngülləşdirmək üçün, tətbiq edilən dərman preparatlarından savayı aşağıdakı üsullardan da istifadə etmək olar:
- Miqrenin aurasını və ya onun başlanğıcını hiss edən kimi, gördüyünüz hər bir işi dayandıraraq özünüzə tam rahatlıq verin. Ən yaxşısı uzanaraq yatmağa çalışmaq lazımdır. Hətta siz sadəcə olaraq, tam sakit şəkildə kresloda otursanız, bu miqren tutmasını xeyli yüngülləşdirəcək.
- Əgər siz evdəsinizsə, sizi qıcıqlandırmamaq üçün otaqdakı pərdələri bağlayın və ya işığı söndürün.
- Otaqda sakitliyi təmin etmək də yaxşı olardı, çünki kəskin və yüksək səslər miqren tutmasının gedişini ağırlaşdıran faktorlarlardandır.
- Miqren tutması zamanı heç bir halda alkoqollu içki qəbul etməyin və siqaret də çəkməyin – onlar sizə ancaq ziyan vura bilər.
- Xalq təbabəti üsullarından miqren tutması zamanı bir neçə fincan tünd isti çay və ya kofe, ayaqlarını isti suya qoymaq, alın nahiyyəsinə soyuq kompress, limon dilimləri, kələm yarpağı, baldırlara xardal kağızı qoymaq, qicqahlara lavanda, evkalipt, rozmarin efir yağlarından bir neçə damcı yüngül sürtmək və s. kömək edə bilər.


Şərhlər: 10
Baxılıb: 810
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Angela7
Allah uzaq eləsin, miqrendən əziyyət çəkənlərə də şəfa versin.
26 noyabr 2015 04:54
# 10
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
vipbetul
sukurki ele prablemim yoxdu ki miqreni olan insanlarinda nege aqrilar cekdiyini bilirem
25 noyabr 2015 13:38
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Happy
Doğuşdan sonra miqren tutur məni. Dərman içmirəm amma ağrılar dözülməz olur
25 noyabr 2015 12:12
# 8
Leylas
Migren mende usagligdandi... Derman icmesem veziyetim cox pis olur .... Ne sakitlik nedeki baska bir sey tesir etmir....
25 noyabr 2015 11:30
# 7
SENSİZ
Miqrenim yoxdu ama tez tez bawim aqriyir sakitlik isteyirem dermandan istifade edirem birde tund cay xeyir edir kofe ice bilmirem
25 noyabr 2015 10:06
# 6
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Grsu
Allah iraq elesin 26
25 noyabr 2015 09:27
# 5
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
BARBI
Miqrenin dehsetli ve dozulmez agrilari olur. Sessizlik isteyirsen. Her ses insana tesir edir
25 noyabr 2015 09:22
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Bu miqrenden men neler cekirem bir Allah bilir dozulmez agrilardi iwiga bele baxmaq olmur
25 noyabr 2015 08:23
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
arzum-aysum
Menim işdə bir rəfiqəm var idi. Tez tez miqreni tuturdu ve cox pis hala düşürdü
25 noyabr 2015 07:51
# 2
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Dosta_inam
Çox doğrudur, alkaqollu içkidən sə qaynar çay ili kofe daha yaxşı olar.
25 noyabr 2015 07:14
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz