Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yoluxucu xəstəliklərin immunoprofilaktikası
Yoluxucu xəstəliklərin immunoprofilaktikası
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 748
Səs ver:
İmmunoprofilaktika – yoluxucu xəstəliklərə qarşı müdafiə metodudur, əhalinin sağlamlığı və sanitariya-epidemioloji salamatlığının qorunması məqsədilə həyata keçirilir.
 Dövlət tibb müəssisələrində peyvəndlər pulsuzdur.
Yoluxucu xəstəliklərə qarşı immunitetin yaradılması üçün müxtəlif immunobioloji preparatlardan (vaksinlər, anatoksinlər və s) istifadə olunur.
Ölkədə istifadə edilən bütün peyvənd materialları Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində müayinədən keçirilir, tam təhlükəsizdirlər.
 Peyvəndlərin aparılması nəticəsində Respublikada poliomielit xəstəliyi ləğv edilmiş, difteriya , tetanus, göyöskürək, məxmərək xəstəlikləri azalmış, demək olar ki yox dərəcəsinə enmişdir.
Peyvəndlərin aparılması Səhiyyə Nazirliyinin müvafiq əmr və təlimatları ilə tənzimlənir, Milli peyvənd təqviminə əsasən aparılır – bu sənəd profilaktiki peyvəndlərin aparılması müddətini və ardıcıllığını təyin edir.
Xəstəliklərdən qorunmanın ən effektiv yolu vaksinasiyadır.
 Hal-hazırda Azərbaycanda Hepatit B, vərəm,difteriya, göyöskürək, tetanus, poliomielit, B tipli hemofil infeksiya, qızılca, parotit, məxmərək xəstəliklərinə qarşı peyvəndlər aparılır.
Profilaktiki peyvəndlər peyvənd kabineti olan uşaq poliklinikalarında həyata keçirilir.
Peyvədlərin təqvimə uyğun vaxtında aparılması vacibdir.
- Hepatit B əleyhinə vaksin yenidoğulmuşlara, doğuşdan sonra 12 saat ərzində vurulmalıdır;
- yenidoğulmuşlara 4-7 günlüyündə vərəm əleyhinə peyvənd edilməli və poliomielitə qarşı OPV vaksini verilməlidir;
- daha sonra uşaqlar difteriya, göyöskürək, tetanus, Hib infeksiyası və hepatit B qarşı beşkomponentli vaksini 1 yaşına qədər 3 dəfə (təqvimə uyğun - 2 aylıqda, 3 aylıqda, 4 aylıqda) və eyni günlərdə poliomielit əleyhinə OPV vaksini ilə peyvənd olunmalıdırlar;
- 12 aylıqda uşaqlar – qızılca, parotit, məxmərəyə qarşı kombinə olunmuş QPM vaksini ilə vaksinasiya olunmalıdırlar;
- 2 yaşına qədər müddətdə (təqvimə uyğun -18 aylıqda) uşaqlar difteriya, göyöskürək, tetanus əleyhinə GDT vaksini ilə və eyni gündə poliomielit əleyhinə OPV vaksini ilə 1 dəfə revaksinasiya edilməlidirlər;
- 6 yaşda uşaqlar qızılca, parotit, məxmərəyə qarşı kombinə olunmuş QPM vaksini ilə və difteriya, tetanus xəstəliklərinə qarşı DT vaksini ilə revaksinasiya olunmalıdırlar;
 Qeyd olunduğu kimi son illər kombinə olunmuş çoxkomponentli vaksinlərdən (QPM – qızılca, parotit, məxmərəyə qarşı üçkomponentli vaksin, GDTHibHepB – difteriya, göyöskürək, tetanus, B tipli hemofil infeksiya, hepatit B xəstəliklərinə qarşı beşkomponentli vaksin) istifadə olunur, bu vaksinlərin üstünlüyü bir neçə xəstəliyə qarşı vaksinlərin bir inyeksiyada vurulmasıdır.


Şərhlər: 5
Baxılıb: 748
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
tebiiki bunlar cox vacibdi
13 dekabr 2015 15:32
# 5
vipbetul
Allah her kesi xesdeliklerden qorusun insallah
27 noyabr 2015 19:55
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Happy
Mende balacamin butun peyvendlerin vaxti - vaxtinda vururam
27 noyabr 2015 15:20
# 3
BARBI
Usaqlara korpelikden butun peyvendler vurulmalidir. Usaqcun bu mutleqdir. Peyvend olunmayan usaqlar daha tez bu xesteliye yoluxur
27 noyabr 2015 09:28
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Grsu
Men boyuk oglumun butun peyvendlerini vaxtinda vurdurmusam,bidene 6 yasinda qalib,insallah onu da vurduracam,balacaya da eynile vaxtinda vurduracam,bu menim usaqlarimin saglam boyumesi ucun onlarin qarsisinda olan vezzifelerimden biridir...Allah herkesin,menimkiler daxil,ovladlarina saglam boyumeyi nesib etsin insallah,Amin

Men boyuk oglumun butun peyvendlerini vaxtinda vurdurmusam,bidene 6 yasinda qalib,insallah onu da vurduracam,balacaya da eynile vaxtinda vurduracam,bu menim usaqlarimin saglam boyumesi ucun onlarin qarsisinda olan vezzifelerimden biridir...Allah herkesin,menimkiler daxil,ovladlarina saglam boyumeyi nesib etsin insallah,Amin
27 noyabr 2015 04:33
# 1
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz