Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Duodenit nədir?
Duodenit nədir?
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 1293
Səs ver:
Onikibarmaq  bağırsağın  iltihabi  xəstəliyidir. Çox  zaman  kişilərdə  rast  gəlinir. Kəskin  və xroniki, yayılmış və məhdud  ( əsasən soğanağın  iltihabı – bulbit )   formaları ayırd  edilir.

Kəskin  duodenit  mədənin  və bağırsağın  xəstəliyi  ilə  birgə – kəskin   qastroenterit,  qastroenterokolit   şəklində  müşahidə  olunur, kataral, eroziv- xoral, fleqmonoz  olur.

Etiologiya. Patonogenezi:  Qida toksikoinfeksiyaları , həzm  traktının  selikli qişasını qıcıqlandıran   maddələrlə  zəhərlənmə, kəskin  qidaların alkoqolla  birgə qəbulu, 12  barmaq bağırsağın  selikli qişasını yad  cisimlə qıcıqlanması  əsas faktorlardır.

Simptomlar. Klinik  gedişi: Epiqastral  nahiyədə  ağrı bulantı, qusma, ümumi  zəiflik epiqastral nahiyəyə  palpasiya  zamanı ağrı hissi  xarakterikdir. Nadir  müşahidə  olunan  fleqmanoz  duodentdə  xəstənin ümumi vəziyyəti  kəskin  pisləşir, epiqastral  nahiyyədə və qarın  divarında  əzələlərin  gərginliyi  müşahidə  olunur. Şotkin -Blümberq  simptomu  "+” olur, qızdırma, neytrofil  leykositoz, EÇS yüksəlməsi   təyin olunur.  Dudenal  zondlama və  duedonofibroskopiya  əks  göstərişdir. Kəskin  kataral  və  eroziv – xora  duedenit  adətən  öz-özünə  sağalma ilə  bitir. Təkrarı duodenit  xroniki  hala  keçir. Fleqmonoz  duodenitdə  proqnoz  ciddidir.  Ağırlaşmalar – bağırsaq qanaxmaları, bağırsaq  divarının  perforasiyası  kəskin pankreatit  mümkündür.

Müalicə: Pəhriz, yataq rejimi, mədənin  yuyulması  ,spazmolik,xolinolitik   preperatlar, fleqmanoz  duodenitdə  antibektarial və  operativ  terapiya birgə  aparılır.

Xroniki duodenit - səthi, atrofik, intersitsial, hiperplastik  və ya  eroziv xoralı olur.

Etiologiyası. Patogenezi: Qeyri müntəzəm  qidalanma, tez-tez qıcıqlandırıcı, qaynar  qidalar, alkoqol  qəbul  etmək  xroniki  duodentə  gətirib  çıxaran amillərdir. I-li xroniki  duodenit, xroniki qastritdə  mədə  və  12 barmaq bağırsağın  xora  xəstəliyində, xroniki pankreatitdə, lyamblioz, qida  allergiyası, uremiyada  müşahidə  olunur. Qıcıqlandırıcı  agentin  bilavasitə  təsiri  ilə  yanaşı  xroniki  duodenitdə  aktiv  mədə  şirəsinin  12 barmaq bağırsağın   selikli qişasına təsiridə  əhəmiyyətə   malikdir.

Simptomlar. Klinik gedişi:  Epiqastral   nahiyyədə  daimi, küt xarakterli, xora  ağrılarına bənzər ağrılar, qidadan sonra   qarının  yuxarı hissəsində dolma hissiyatı, iştahın  azalması, bulantı, bəzən  qusma xarakterikdir. Palpasiyada  epiqastral   nahiyədə dəridə  ağrılar  təyin  olunur.

Diaqnoz  duodeno-fibroskopiya ilə  qoyulur. Lazım  olduqda selikli  qişadan bioptat  götürülür. Rentgenoloji  əlamət az   xarakterikdir. Gedişi uzunmüddətlidir. Kəskinləşmə dövrləri  ilə  müşahidə  olunur. Müalicəyə tabe  olur. Ağırlaşması – bağırsaq  qanaxması ( eroziv  xoralı formasında)

Müalicə:  Pəhriz  təyin  olunur. Antasit, spazmolik, qanqliobliktorlar, xolinolitiklər  təyin  olunur. Regenerasiya  proseslərin  yaxşılaşdırmaq  üçün vitaminlər  təyin  olunur.  Xroniki  duodenitli  xəstələr  dispanser  nəzarətində  olmalıdır.  Profilatika  üçün  müntəzəm  düzgün  qidalanma, alkoqoldan   imtina   və  xroniki duodenitlə  gətirib  çıxaran  xəstəlikləri  müalicə etmək  lazımdır.


Şərhlər:
Baxılıb: 1293
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz