Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Payız yorğunluğunu aradan qaldırıb dərini gözəlləşdirən ozonoterapiya müalicəsi
Payız yorğunluğunu aradan qaldırıb dərini gözəlləşdirən ozonoterapiya müalicəsi
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 773
Səs ver:
Payız mövsümündə çoxumuz daimi yorğunluq, həmçinin, allergiya və metabolizm problemləri ilə qarşılaşırıq. Mövsüm keçidlərində bu cür hallara çox rast gəlindiyi deyilsə də, xroniki yorğunluq səhhətimizdə ciddi xəstəliklərin də xəbərçisi ola bilər.

Türkiyəli həkim Mustafa Kamal Ataöndərin sözlərinə görə, gündəlik həyatda yaşadığımız stress, ətraf-mühitin çirklənməsi, siqaret və içki istifadəsi və digər pis vərdişlər orqanizmi yorur. Hazır qidaların tərkibindəki kimyəvi maddələr isə insanı ehtiyacı olan vitamin və minerallarla təmin etmir.

Ataöndər "Xəstəlik və infeksiyalara səhv qidalanma vərdişləri də əlavə olunarsa, bədənin əsl toksin anbarına çevrilməsi qaçılmaz olur. Sərbəst radikalları orqanizmdən xaric etmək üçün ozon terapiyası ən effektli üsuldur” – deyib.

Həkim sərbəst radikalların orqanizmdə hüceyrə toxumalarına yerləşərək hüceyrə pərdəsinə zərər verdiklərini qeyd edib.

O, "Məhz bu zədəyə oksidativ stress adı verilir. Qısaca, toplanan sərbəst radikallar üzündən yorğunluq yəni, oksidativ stress kimi hallar yaşanır. Bu zaman immunitet zəiflədiyindən orqanizm toksinlərlə mübarizə apara bilmir. Nəticədə anlaşılmaz ağrılar, allergiya problemlərinin artması və daimi yorğunluq halı müşahidə olunur.

Sümük xəstəlikləri, beyin-damar xəstəlikləri, emfizema (emfizema - tənəffüsün qısalması və fiziki aktivlik zamanı ağciyər ehtiyatlarının tükənməsi ilə müşayiət olunan ağciyər xəstəliyidir), bronxit, parkinson, alzheimer, qaraciyər, şəkər, kəskin böyrək çatışmazlığı xəstəlikləri, hamiləlik, əslində, oksidativ stressin ortaya çıxardığı bir sıra xəstəliklərdir. Ozon reabilitasiya ilə oksidativ stressi azaltmaq,  hətta yox etmək mümkündür. Bu yolla hüceyrələrə verilən zərərin da qarşısı alınır” - deyib.

Həkim həmçinin, onu da bildirib ki, ozon terapiyasından estetik məqsədlə də istifadə olunur. Məsələn, sellülit və dəri problemlərinin həllində ozon terapiyası çox effektli təsir göstərir

Bəs, ozonoterapiya nədir?
Ozonoterapiya 100 ildən çox yaşı olan qeyri-ənənəvi müalicə üsullarındandır. Bu üsul ozonun yüksək oksidləşdirici xüsusiyyətlərindən geniş istifadə etməyə imkan verir. Ozonoterapiya zamanı toxumaların oksigen təminatı artır, mikrosirkulyasiya yaxşılaşır, yeni damar və kapilyarlar qan dövranına qoşulur, qan dövranı sürətlənir, orqanizmin immun sistemi aktivləşir. Bütün bunlardan əlavə ozonun bakterisid, virusid və fungisid təsirləri var. Antiseptiklərdən fərqli olaraq, ozon toxumalara qıcıqlandırıcı və dağıdıcı təsir göstərmir. Bu da orqanizmin özünün antioksidant sistemlərə malik olması ilə əlaqədardır.

Ozon bakteriya, virus və göbələklərə, həmçinin, ibtidai orqanizmlərə öldürücü təsir göstərir.

Ozonoterapiyanın tətbiqinə bəzi əks göstərişlər olduğu üçün həkimlə məsləhətləşməyi unutmayın.


Şərhlər:
Baxılıb: 773
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz