Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hansı xəstəliklər kişilər və qadınlar arasında daha çox yayılıb. MARAQLI FAKTLAR
Hansı xəstəliklər kişilər və qadınlar arasında daha çox yayılıb. MARAQLI FAKTLAR
Göndərən: emis
Şərhlər:
Baxılıb: 1038
Səs ver:
Həkimlərin araşdırılmalarına görə, dünya ölkələrin əksər hissəsində qadınlar kişilərdən daha az xəstələnir və daha çox yaşayır.

Bunun səbəbləri arasında: qadınların öz səhhətinə, qidalanmasına qarşı daha diqqətli olması, qadınlar arasında siqaret çəkmək, alkoqolizm kimi pis vərdişlərin daha az yayılması və s.

Həkimlərin müşahidələrinə görə, bəzi xəstəliklər qadınlarda, digərləri isə kişilərdə daha tez-tez təsadüf edilir.

- Belə ki, ürək-damar sistemi xəstəlikləri kişilərdə daha tez-tez inkişaf edir. Bunun fizioloji səbəbi var. Qadın hormonları olan estrogenlər qadının ürək-damar sistemini pozulmalardan qoruyur. Klimaksdan sonra qadınlarda bu hormonların səviyyəsi aşağı düşür ki, nəticədə qadınlarda da bu xəstəliklər yayılmağa başlayır.

İnfarkt və insult kimi ağır pozulmalara kişilərdə daha tez-tez təsadüf edilir. Həmçinin bu pozulmalar kişilərdə qadınlarla müqayisədə daha erkən yaşlarda inkişaf edə bilər.

- Qalxanvari vəzi xəstəlikləri, öd daşı xəstəliyi, revmatizm, oynaq xəstəlikləri qadınlar arasında daha yayılmış xəstəliklərdir.

- Mədə və 12 barmaq bağırsağı xorasına kişilərdə daha tez-tez təsadüf edilir. Bunun səbəbi yenə də hormonlardır. Qadın hormonları (estrogenlər) mədə və 12 barmaq bağırsağının selikli qişasına sağaldıcı təsir edir, kişi hormonları (androgenlər) ilə əksinə əmələ gəlmiş iltihabı daha da dərinləşdirir. Bundan əlavə qadınlar daha az hallarda spirtli içkiləri qəbul edir və öz qidalanmasına daha çox fikir verir.

- Qara ciyər xəstəliklərinə (hepatit, sirroz, qara ciyər xərçəngi) kişilərdə daha tez-tez təsadüf edilir və kişilər bu xəstəliklərdən daha tez-tez ölür.

- Varikoz xəstəliyinə qadınlarda daha tez-tez təsadüf edilir. Bunun əsas səbəbi qadınların orqanizmində hormonal fonun dəyişilməsidir (hamiləlik və klimak zamanı).

- Hipotoniya (aşağı arterial təzyiq) əsasən qadınlarda olur.

- Bronxial astma xəstəliyi daha çox qadınlar arasında, ağ ciyər emfizeması, ağ ciyər xəsrçəngi daha çox kişilər arasında yayılmış xəstəliklərdir.

- Qadınların uretrası (sidik kanalı) kişilərin uretrası ilə müqayisədə daha qısadır, həmçinin qadınların uretrası "çirkli" yerə aşılır (düz bağırsaq və uşaqlıq yolunun yanında) ki, nəticədə qadınlardaböyrəklər, sidik kisəsi və sidik yolları xəstəliklərinə (piyelonefrit, sistit və s.) daha tez-tez təsadüf edilir.

Nefroptoz (böyrəyin enməsi, sallanması) qadınlar arasında daha çox yayılmış pozulmadır. Bu da qadının fiziologiyası ilə bağlıdır.

Lakin böyrək daşı xəstəliyinə kişilərdə qadınlarla müqayisədə 3 dəfə tez-tez təsadüf edilir.

- Psixiki pozulmalar qadınlar arasında tez-tez müşahidə olunur.

- Parkinson xəstəliyi kişilərdə, Alsheymer xəstəliyi isə qadınlarda daha tez-tez inkişaf edir.

- Qadınlar kişilərlə müqayisədə depressiyalar daha tez-tez düşür.

- Miqren "qadın xəstəliyi" sayılır.

- Şizofreniya xəstəliyinə kişilərdə daha tez-tez təsadüf edilir.

- Əzələ zəifliyi ilə müşayiət olunan miasteniya xəstəliyinə qadınlarda daha tez-tez təsadüf edilir.

- Podaqra xəstəliyi kişilər arasında daha çox yayılmış xəstəlikdir.

- Müxtəlif allergik və dəri xəstəliklərinə qadınlarda daha tez-tez təsadüf edilir.

- Qadınlar arasında sonsuzluğa daha tez-tez təsadüf edilir. Lakin kişi sonsuzluğu daha çətinliklə müalicə olunur.


Şərhlər:
Baxılıb: 1038
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz