Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qan azlığı - Anemiya
Qan azlığı - Anemiya
Göndərən: Little girl
Şərhlər:
Baxılıb: 1056
Səs ver:
Anemiya xəstəliyi necə yaranır ?
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada milyonlarla insan anemiya xəstəliyindənəziyyət cəkir. İrəli sürülən fərziyyələrə görə, anemiya ilk vaxtlar Ərəbistanda mövcud olub. ABŞ-da insanların 40 faizində bu xəstəlik mövcuddur. Xəstəliyin tarixi orta əsrlərə gedib cıxsa da, alimlər anemiyanı 1888-ci ildə aşkarlayıblar. Paula Erlix adlı professor anemiyanı ilk dəfə 21 yaşlı qadında tapıb. Bəs anemiya necə yaranır,necə inkişaf edir ?

Bildiyimiz kimi insan qanı plazmadan və formalı elementlərdən ( yəni qan hüceyrələrindən) ibarətdir. 3 cür qan hüceyrələri mövcuddur:
1. Leykositlər - bu formalı elementlər iltihabda, immunitet reaksiyalarında iştirak edirlər.

2. Eritrositlər - bu formalı elementlərin tərkibində dəmir daşıyıcısı olan hemoqlobin (Hb) mövcuddur və onların funksiyası ağciyərdən toxumalara oksigeni daşımaqdır.

3. Trombositlər - laxtalanmada iştirak edir. Anemiya (qanazlığı) dedikdə məhz eritrositlər və hemoqlobin çatışmazlığına aid xəstəliklər nəzərdə tutulur.

Əmələ gəlmək mexanizminə görə anemiyalar bölünür:

1. Qanaxma nəticəsində yaranan anemiyalar(posthemorragik anemiyalar): • Kəskin • Xroniki

2. Qanyaranmanın pozulması nəticəsində yaranan anemiyalar: • Defisit anemiyalar ( dəmir defisitli, B12 defisitli və s.) • Porfirin mübadiləsinin pozulması nəticəsində yaranan anemiyalar (anadangəlmə, aplastik və s.)

3. Qanın parçalanmasının artması nəticəsində yaranan anemiyalar (hemolitik anemiyalar): • Anadangəlmə (irsi) • Qazanılmış

Dəmir defisitli anemiyalar:

Dəmir defisitli anemiyalar orqanizmdə dəmirin çatışmazlığı nəticəsində əmələ gəlir və bütün anemiyaların 80%-ni təşkil edir. Səbəbləri: Mədə-bağırsaq sistemin xəstəlikləri(qastrit, mədə və ya yoğun bağırsağın şişləri, qurd xəstəlikləri və s.), hamiləlik, qidada dəmirin çatışmazlığı və s. Bundan başqa orqanizmdə baş verən xroniki qanaxmalar (uzun müddət davam edən gur aybaşı, uşaqlıq qanaxmaları, babasil,mədə xorasının gizli qanaması və s.) dəmir defisitli anemiyaya səbəb ola bilər.

Əlamətləri: Dəmir defisitli anemiyada xəstənin dəri və selikli qişaları solğun olur, başgicəllənmə, öz önündə qaraltı, qulaqlarda küydən əziyyət çəkir. Nəbzi tezləşir(taxikardiya), təngnəfəs olur, arterial təzyiq aşağıya meylli olur. Xəstənin dırnaqları tez sınır, dırnağın üzəri köndələn xətli, qaşığabənzər formada olur, saçları ucları haçalanır, tökülür. Dəri quru olur, çətin qaralır. Bərk, kobud qidaları udmaq çətinləşir, anqulyar stomatit(ağızın kənarlarında yara) əmələ gələ bilər. Bu zaman dil hamarlaşır, parlaq olur. İştahanın dəyişməsi baş verir - xəstə tabaşir, torpaq, kömür yeməyə cəhd edir, aseton, süni boya iyindən xoşu gəlməyə başlayır. Mədə bağırsaq sistemində distrofik, atrofik proseslər gedir. Hemoqrammada qanda hemoqlobinin miqdarı(Hb), rəng göstəricisi azalmış olur. Eritrositlərin sayı azalmışvə ya dəyişilməmiş ola bilər. Mikrositoz və poykilositoz olur.Qan plazmasında dəmirin miqdarı azalır, serumun ümumi dəmirbağlama qabiliyyəti artır, serum ferritini aşağı düşür. Diaqnoz sümük iliyində depo dəmirin miqdarının azalmasına əsaslanaraq qoyulur.

Müalicəsi: 6 ay müddətində oral olaraq gün ərzində 180 mg dəmir (2-valentli dəmir, dəmir-sulfat) qəbul edilir. Əgər mədə-bağırsaq sistemi ilə əlaqədar problem varsa o zaman parenteral( əzələ daxilinə inyeksiya şəklində) dəmir qəbul edilir. Eyni zamanda Akorbin turşusu(Vitamin C), Vitamin B6, Fol turşusu qəbul edildikdə müalicəni effektivliyi artır.Müalicə təsir etməzsə xroniki qan itkisinin ola bilmə ehtimalı düşünülməlidir. Bu cür səbəb aşkar olunub aradan götürülmədiyi müddətdə müalicə effektsiz olacaq.Bundan başqa xəstənin qidasında alma, çiy çuğundur, badam, bal, ət və s. tərkibində dəmir çox olan qida məhsulları artırılır. Xalq təbabətində anemiyalar zamanı bal və güləm(və ya çiçək tozu) qarışığı, jenşen bitkisinin kökü və bal, arı südü və s geniş tətbiq edilir. Otlardan aşağıdakı qarışıqdan istifadə edilə bilər: 20 İtburnu meyvəsi,20 Qara qarağat yarpaqları,20 Gicitkən yarpaqları,20 Dərman zəncirotu gövdəsi.Bu qarışığı xırdalayıb 2 x. qaşığı 0.5 l qaynar su əlavə edilib dəmlənilir. Qida qəbulundan 15-20 dəqiqə əvvəl, gündə 3 dəfə olmaqla hər dəfə yarım stəkan qəbul edilir. Eyni zamanda ½, 1/3 çay qaşığı çiçək tozu qəbul edilir. Müalicə kursu 1 aydır. Sonradan 10-15 gün fasilə verilib təkrarlana bilər.Anemiya xəstəliyinə uşaq qəflətən tutulmur .
Bu xəstəlik başqa xəstəliklərdən fərqli olaraq uzunmüddət gizli keçir . Uşaq hələ solğunluqdan xeyli əvvəl əsəb keçirir , yuxusu pozulur , ağlağan olur , yeməkdən imtina edir , nəticədə arıqlayıb inkişafdan qalır . Böyük yaşlı uşaqlar baş ağrısından , tezyorulmadan , ürək döyüntüsündən şikayət edirlər. Hemolitik xarakterli anemiyada bu əlamətlərlə bərabər , uşağın dərisində,gözlərində sarılıq müşahidə olunur .Bu proses kəskinləşdikdə ağır formalı anemiyaya çevrilir.Bu zaman uşaqda kəskin ürək,qan-damar və tənəfüs sistemi çatışmazlığı yaranır . Bu halda tibbi yardım göstərilməzsəvəziyyət getdikcə ağırlaşır .Əgər hemolitik qan azlığı uşağın ilk aylarında baş verərsə ciddi fəsadlarla - görmənin , eşitmənin , əqlin zəifləməsinə gətirib çıxarar .Məlumdur ki , xəstəliyin qarşısını almaq onun müalicəsindən xeyli asandır . Anemiya xəstəliklərinin profilaktikası uşaq anadan olmamışdan aparılmalıdır.Bütün analar hamiləlik dövrü müayinədən keçməli ,qanlarını yoxlatmalıdırlar .Bilməlidirlər ki , onların sağlamlıqları uşağın sağlamlığı deməkdir .Bütün bunlarla yanaşı uşağın düzgün qidalanmasının da böyük əhəmiyyəti vardır . Uşağa süd məhsullarından başqa vaxtında əlavə qida - vitaminlər ,mineral duzlar , ət , meyvə və tərəvəz şirələri vermək lazımdı .Əgər uşağın həyatının birinci aylarında onun dərisinə uzun sürən sarılıq müşahidə olunarsa , belə uşaqların vaxtaşırı qanı yoxlanılmalıdır . İrsi qanazlığı xəstəliyi keçirən uşaqlar isə bir sıra dərman maddələrinə qarşı yüksək hissiyatlı olub bəzən kəskin hemolizə uğrayırlar,ona görə belə uşaqlara həkim məsləhəti olmadan dərman vermək məsləhət deyildir.


Şərhlər:
Baxılıb: 1056
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz