Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ekzemanın səbəbləri və müalicəsi
Ekzemanın səbəbləri və müalicəsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1417
Səs ver:
Ekzema - xroniki residivləşən dəri xəstəliyidir. Bu kifayət qədər yayılmış xəstəlikdir.

Statistikaya görə, dəri xəstəliklərinin 30-40%-i ekzema təşkil edir. Xəstəlik bütün yaş qruplarında inkişaf edir. Bir çox hallarda ilk dəfə ekzema insanda uşaq yaşlarında inkişaf edir.

Ekzemanın həqiqi əmələ gəlmə səbəbləri tibdə hələ ki məlum deyil. Lakin bəzi amillər bu xəstəliyin inkişafına təkan verə bilər.

Bu amillərin arasında:

- irsiyyət. İnsanın yaxın qohumları (ana, ata, nənə, baba və s.) arasında bu xəstəlikdən əziyyət çəkənlər varsa, bu insanda ekzemanın inkişafı riski artmış olur.

- psixiki travmalar. Ağır streslər, psixiki travmalar insanda müxtəlif xəstəliklərin, o cümlədən, dəri xəstəliklərin inkişafına təkan verir.

- şəkərli diabet. Şəkərli diabet zamanı kiçik kapilyarlar zədələnir, dərinin qanla təchiz olunması pozulur ki, nəticədə ekzema inkişaf edə bilər.

- qalxanvari vəzi xəstəlikləri (hipertireoz)

- həzm sistemi xəstəlikləri (disbakterioz, qastrit, kolit, qara ciyər və öd kisəsi xəstəlikləri və s.)

- varikoz xəstəliyi. Varikoz zamanı ayaqlarda qan dövranı pisləşir ki, nəticədə ayaqlar dərisində tez-tez ekzema əmələ gəlir.

- allergiyalar (qidaya, bitki tozcuqlarına, heyvan tükünə və s.)

- bəzi kimyəvi maddələrlə (xrom, nikel, boyaq maddələri, yuyucu vasitələr və s.) uzun müddət ərzində təmasda olmaq.

- mikroblar, göbələklər. Əgər insanın dərisində uzun müddət ərzində iltihab prosesi  varsa, bu prosesin fonunda dəridə ekzema inkişaf edə bilər.

Xəstəliyin simptomları xəstəliyin növündən və mərhələsindən asılı olaraq fərqlənir, lakin ümumiyyətlə bu simptomlar oxşardır. Simptomlar arasında:

- dərinin bir hissəsində qızartı əmələ gəlir, dəri bu yerdə qalınlaşır,

- iltihablaşmış yerdə səpgilər əmələ gəlir (səpgilər ekzemanın növündən asılı olaraq müxtəlif şəkildə ola bilər),

- qaşınma əmələ gəlir. Qaşınma o dərəcədə güclü olur ki, insanın normal yuxusu və normal həyat ritmi pozulur.

- səpgilərin qabarcıqları deşilir və yerində kiçik ağrılı yaralar, çatlar əmələ gəlir.

- dərinin üzərində pulcuqlar əmələ gəlir.

- iltihab azaldıqda zədələnmiş yerdə dəri quru, nahamar olur, çatlayır.

Əksər hallarda ekzema üzdə, əllərdə və ayaq pəncələrində əmələ gəlir, lakin iltihab digər yerlərdə də inkişaf edə bilər. Nadir hallarda olsa da ekzema insanın bütün dərisinə yayıla bilər - bu çox təhlükəli ağırlaşmadır.

Xəstəliyin diaqnostikası və müalicəsi ilə dermatoloq məşğul olur. Müalicə zamanı allergiya və iltihabəleyhinə preparatlar, xüsusi məlhəmlər və antiseptik məhlullar, fizioterapiya istifadə  olunur. Xəstəliyin daha ağır formalarında xəstəyə hormonlar təyin olunur.

Həmçinin xəstə öz həyat tərzində də müəyyən dəyişikliklər etməlidir - yaxşı qidalanmalı, allergiyaya səbəb olan maddələrlə, kimyəvi maddələrlə təmasda olmamalı, kifayət qədər dincəlməli və yatmalıdır, streslərdən uzaq olmalıdır.


Şərhlər:
Baxılıb: 1417
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz