Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hepatitlərin müalicəsi var!
Hepatitlərin müalicəsi var!
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 1339
Səs ver:
Düzgün diaqnoza necə əmin olmalı?

Hepatit C (HC) qaraciyər hüceyrələrini zədələyən virus mənşəli iltihabi xəstəlikdir. Virus (HCV) qaraciyər hüceyrələrini zədələyərək xroniki hepatitə, sirroza və ya hepatosellülar karsinomaya (xərcəngə) gətirib çıxarır. Virus yüksək dərəcədə mutasiya qabiliyyətinə, hüceyrə daxilinə keçərək onu dağıtmaq qabiliyyətinə malikdir. Bir sutka ərzində mutasiya nəticəsində 20-dən çox kvazi-virus (mutant) yaranır.

Hazırda Yer kürəsində 500 milyon insan bu xəstəliyə mübtəladır. Xəstəlik 80 faiz hallarda xroniki formaya keçir. Qan və onun komponentləri ilə yoluxur. Yoluxma yolları bunlardır:

HCV daşıyan donor qanının köçürülməsi;

cərrahi əməliyyat və prosedurlar zamanı sterilizə qaydalarının pozulması; 
qanı "təmizləmə” prosedurları - hemodializ, plazmoferez, hemosorbsiya;

stomatoloji, ginekoloji və kosmetoloji prosedurlar (pirsinq, tatu döyülməsi, manikür, pedikür) prosedurlar zamanı sterilizə qaydalarının pozulması;

venadaxili narkotik qəbulu zamanı (yoluxmuş qanla qarışmış narkotik məhluldan və ya yoluxmuş iynədən istifadə);

yoluxmuş vasitələrdən istifadə.

Xəstə anadan hamiləlik zamanı körpənin yoluxması ehtimalı 5 faizə qədərdir. Beynəlxalq statistikaya görə, 30 faiz hallarda yoluxma mənbəyi naməlum qalır. İnkubasiya (gizli) dövrü 1 aydan 6 aya qədərdir.

Xəstəliyin əlamətləri - ümumi zəiflik, halsızlıq, yuxunun pisləşməsi, əksərən əzələ və oynaqlarda ağrılar, bir sıra hallarda köpmə, ürəkbulanma, iştahanın itməsi, 30 faiz hallarda zəif sarılıq. Yoluxmadan 6 ay sonra proses xroniki hesab edilir. 

Bəs, düzgün müayinəyə necə əmin olmalı?

Qeyd edim ki, qara ciyərin fermentlərinin göstəriciləri müayinədə yardımçı ola bilər. Belə ki, HCV zamanı bəzən fermentlər norma hüdudunda, qeyri-virus mənşəli hepatit və hepatozlarda, autoimmun proseslərdə kəskin dəyişə bilər. Qanda HCV qarşı yoluxmadan 3 ay sonra əmələ gələn spesifik əkc-cisimlərin aşkar edilməsinə yönələn üsullar bunlardır:

Asan və tez yoxlanan immuno-xromatoqrafik test (kart-test); 
İmmunoferment analiz;

Bu üsulların həssaslıq, spesifiklik və dəqiqlik dərəcəsi yüksək deyil. Ona görə də belə üsullarla yoxlama zamanı test müsbət olarsa, bu siqnal sayılır və həmin şəxs sonrakı mərhələ üçün müayinə edilir. Digər tərəfdən, vaxtında müalicə olunub sağalmış Hepatit C xəstələrinin qanında əks-cisimlər uzun müddət qalır və onların həmin üsullarla yoxlama zamanı təkrar aşkarlanması mümkündür.

Bununla yanaşı, immuno-xromatoqrafik test (kart-test) zamanı kart testin düzgün saxlanmaması, istifadə müddətinin keçməsi, yoxlanan şəxsdə digər xəstəliklərin olması, immunoferment analiz zamanı isə reaktivlərin yararlılığı, aparatın düzgün kalibrə olunmaması və s. səhv nəticələrə gətirib çıxara bilər. Ona görə də bu zaman təşvişə düşməməli, sonrakı müayinə ilə nəticə dəqiqləşdirilməlidir.

Diaqnoz PZR (polimeraz zəncirvarı reaksiya) üsulu ilə dəqiqləşdirilir. Bu üsulun dəqiqliyi 95 faiz civarındadır. PZR vasitəsilə əvvəlcə titr - vurusla yüklənmə dərəcəsi yoxlanılır. Buna kəmiyyət analizi deyilir, 1 ml qanda müəyyən edilmiş HCV sayını göstərir və "copy/ml” və "ME/ml” işarələri ilə təsbit edilir. Sonra virusun genotipi yoxlanılır ki, buna keyfiyyət analizi deyilir. Genotip genin konkret əlamətlərə cavab verən mürəkkəb qarşılıqlı əlaqəyə malik ayrı-arı elementləri və sahəsidir. HCV-nun 6 genotipi və 10 subtitri mövcuddur: 1a, 1b, 1c, 2a, 2b, 2c, 3b, 4, 5, 6

1 və 4 genotiplər müalicəyə çətin tabe olan formalardır. 1b isə ən ağır forma hesab edilir. Virus yüklənmə və gnotipi müəyyən olunmaqla həkim müalicə taktikasını müəyyən edir. Müalicə meyarları bütün dünyada birdir. Onlar ABŞ Milli Sağlamlıq İnstitutunun 2002-ci ildə qəbul etdiyi "Hepatit C: Konsensus 2002" sənədində müəyyən edilib və bütün dünya üçün əsasdır: peqləşdirilmiş alfa-2 interferon + ribovirin + hepatotrop müalicə.

Beləliklə, immuno-xromatoqrafik və immunoferment üsullarla HCV aşkarlama testi müsbət olarsa, xəstəyə ”Səndə Hepatit C xəstəliyi var" deyilməsi kökündən yanlışdir. Bu zaman xəstəyə onun sonrakı dəqiqləşdirici müayinə - RZR olunmasının məqsədəuyğunluğu onun psixi-mənəvi durumu nəzərə alınmaqla izah edilməlidir. Bu cür hallarda həmişə tələb olunduğu kimi həkim diqqətli və vicdanla davranmalıdır.




Şərhlər: 6
Baxılıb: 1339
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Hepatit qorxulu və müalicəsi çətin olan xəstəlikdir. Lakin düzgün müalicə yolu ilə sağalmaq olar. Allah şəfa versin xəstələrə!

...666...
20 avqust 2015 01:02
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
Menim balam
Allah uzaq elesın ağır xestelıkdı.
19 avqust 2015 19:05
# 5
Həyatda heç bir haqqsızlığa səssiz qala bilmirəm ,bu məni belə özümdən çıxartmağa yetərlidir.
vipbetul
bir sozel her kes bir gun olegey ya hepatitnen yadaki saqlam olduqun halda yol qezasiyla
19 avqust 2015 16:02
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
xeyalperest
Allah sefa versin men bu xestelikden hems ecox qorxmusam
19 avqust 2015 10:09
# 3
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Fialka
Bu cür xəstəliklər zamanı həkimə vaxtında gecikdirmədən müraciət etmək lazımdır. Ən əsası isə bu ağır xəstəliyi daima müntəzəm şəkildə nəzarətdə saxlamaq lazımdır. Allah əziyyət çəkən xəstələrə şəfa versin.
19 avqust 2015 09:55
# 2
BARBI
Allah qorusun agir xesteliklerdendir. Xesteliyin bir defelik yox olma sansi cox azdir. Her ilde bir mualice edilmelidir.
19 avqust 2015 09:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz