Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Plevrit xəstəliyi haqqında
Plevrit xəstəliyi haqqında
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 2818
Səs ver:
Plevranın iltihabi xəstəliyidir. Səthində və boşluqlarında fibroz təbəqənin əmələ gəlməsi ilə xarakterikdir. Hər zaman II-li xəstəlikdir. Digər xəstəliklərin ağırlaşması kimi ortaya çıxır. Lakin əsas xəstəliyi maskalayaraq klinik şəklini ön plana çıxarır.

Etiologiyası. Patogenezi. İnfeksion plevritin spesifik törədici ilə (mikobakteriya turberkulyoz, solğun treponema ), qeyri spesifik (pnevmokokk , streptokokk, bağırsaq çöpü, viruslar, göbələklər ) meydana çıxır. Törədici plevraya kontakt yolu ilə, limfogen, hematogen, plevranın zədələnməsi zamanı daxil olur. Digər etioloji faktorlar birləşdirici toxuma xəstəlikləri (revmatizm , qırmızı qurd eşənəyi), yeni törəmələr, ağciyər arteriyasının trombozu, trombemboliyasıdır. Plevritlərin böyük qismi allergikdir. Blastamatoz plevritin inkişafında şişlərin limfa düyünlərinə, limfatik və vena damarlarına metastazı böyük rol oynayır.

Simptomlar.Klinik gedişi. Xəstəliyin gedişi ocağının lokalizasiyasından, yayılma dərəcəsindən, iltihabın xarakterindən, qonşu üzvlərin funksiyaların dəyişilməsindən asılıdır. Plevritlər quru – fibrinoz və eksudativ olur. Eksudativ plevrit də öz növbəsində seroz, seroz-fibrinoz, irinli, hemoragik, xilyoz, qarışıq olur. Quru- seroz, seroz-fibrinoz plevrit çox zaman tuperkulyoz, pnevmoniya, revmatizma və digər birləşdirici toxuma xəstəlikləri zamanı müşahidə olunur. Hemorragik plevrit yenitörəmələr, ağciyər damarlarının tromboz, trombemboliyaları, hemorragik diatez, qrip, az hallarda tuperkulyoz, revmatizm müşahidə olunur. Eksudatın lokalizasiyasına görə p kostal, diafraqmal, paramediastinal, payarası formaları var.

Quru – fibroz plevrit. Əsas simptom nəfəsalma və öskürək zamanı ağrının meydana gəlməsidir. Xəstə zədələnmiş böyrü üstə uzandıqda ağrı sakitləşir. Tənəffüs zamanı həmin tərəfdə döş qəfəsinin hərəkəti də məhdudlaşır. Temperatur çox zaman subfebrildir. Titrəmə, gecə tərləməsi , halsızlıq müşahidə olunur. Quru diafraqmal plevritin diaqnozu çətindir. Onun üçün döş qəfəsində, qabırğa altı nahiyədə ağrı , hıçqırıq , qarında ağrılar , meteorizm, qarın əzələlərinin gərginliyi, udqunma zamanı ağrı müşahidə olunur. Tənəffüs döş tiplidir. Dərin nəfəsalma zamanı döş qəfəsinin yuxarısında ağrı qeyd edilir. Ağrı nöqtələri meyana gəlir – döş- körpücük-məməyəbənzər əzələ, I qabırğaarasə nahiyədə , boyun fəqərəsi nahiyəsində ağrı baş qaldırır. Diafraqmal plevritin aşkar olunmasına rentgenoloji tədqiqatlar kömək edir. Diafraqma yüksəkdir, zədələnmiş tərəfdə hərəkət məhdudlaşıb (Vilyams simptomu). Gedişi ağır deyil, 10-14 gün davam edir. Residiv mümkündür.

Eksudativ plevrit. Öncə böyürdə ağrılar ,zədələnmiş tərəfdə tənəffüs zamanı döş qəfəsinin hərəkəti məhdudlaşır .Plevranın sürtünmə küyü qeyd olunur.Tez-tez quru, əzabverici öskürək olur.Eksudatın yığılmasından sonra böyürdəki ağrılar itir, ağırlıq hissi əmələ gəlir.Təngnəfəslik formalaşır.Mülayim sianoz, qabırğa arası sahənin hamarlaşması müşahidə olunur.Eksudatın üzərinə perkusiya zamanı küt səs eşidilir.Səs titrəməsi və bronxofoniya zəifləyir.Timpanik küylər artır, kiçik qabarcıqlı yaş xırıltılar təyin edilir.Perkusiya , rentgenoloji müayinə eksudatın sərhədi təyin edir.Eksudatın çox miqdarı divararalığının sağlam tərəfə sıxılması , tənəffüs funksiyasının nəzərə çarpacaq dərəcədə pozulmasına səbəb olur.Tənəffüzün dərinliyi azalır,tezliyi çoxalır. Böyük miqdarda eksudat ürəyi və damarları sıxır,və nəticədə ürəyin dəqiqəlik və vurğu həcminin azalmasına gətirib çıxarır.Kompensator taxikardiya inkişaf edir.Arterial təzyiq azalmağa meyillidir.Eksudativ plevrit febril temperatur,neytrofil leykositoz EÇS yüksəlməsi ilə təzahür edir.Plevral mayenin xüsusi çəkisi 1016-1018,hüceyrə elementləri ilə zəngindir. Rivalt reaksiyası müsbətdir.Gedişi etiologiyasında asılıdır. İnfeksion allergik plevrit zamanı eksudat 2-4 hətəyə ” əriyir ", bitişmə , plevranın qalınlaşması plevropnevmo sirroz və tənəffus çatışmazlığı inkişaf edə bilər.

Müalicə: Antibakterial müalicə təyin olunur. Eksudat xaric edilir,ehtiyac varsa yeri antiseptik məhlulla yuyulur. Medikamentoz terapiya immun müdafiəni gücləndirən preparatlar vitaminlər müalicəvi idman təyin olunur.


Şərhlər:
Baxılıb: 2818
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz