Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çəkimizin 3-4 kq mikroblardı
Çəkimizin 3-4 kq mikroblardı
Göndərən: emis
Şərhlər:
Baxılıb: 869
Səs ver:
Həkimlərdən biz tez-tez belə bir ifadə eşidirik: bağırsağın mikroflorası pozulub. Bu nə deməkdir? Ümumillikdə "bağırsağın mikroflorası" nədir?

İnsan bağırsağında milyonlarla mikroorqanizmlər yaşayır. Məhz bu mikroorqanizmlər bağırsağın mikroflorasını yaradır. Alimlər sübut edir ki, həzm sistemində yaşayan mikrobların ümumi çəkisi orta hesabla 3-4 kq təşkil edir. Mədə-bağırsaq sistemində 450-dən artıq müxtəlif mikroorqanizmlər yaşayır.

Bağırsağın mikroflorası çox vacib funksiyaları yerinə yetirir:

- Sağlam mikroflora ilk növbədə müdafiə funksiyanı yerinə yetirir. Faydalı mikroorqanizmlər (ilk növbədə bakteroidlər, bifido- və laktobakterilər) xüsusi maddələr (süd turşusu, lizosim və s.) ifraz edir ki, bu maddələr bağırsaqda yaşayan ziyanlı bakterilərin (stafilokokk, müxtəlif göbələklər vəs.) inkişafını tormozlayır. Həmçinin sağlam mikroflora mexaniki olaraq bağırsağı ziyanlı mikrobların daxil olmasından qoruyur, müxtəlif allergen və toksinləri zərərsizləşdirir.

- Mikroflora həzm proselərində iştirak edir - bir çox fermentləri sintez edir.

- Digər tərəfdən sağlam mikroflora mübadilə proseslərdə böyük rol oynayır. Belə ki, bu mikroflora aminturşuların, zülalların, vitaminlərin sintezində iştirak edir,  kalsium, dəmir və bəzi digər mineralların  qana sovrulmasına kömək edir.

- Sağlam mikroflora bağırsağı onkoloji xəstəliklərin inkiaşafından qoruyur.

Bağırsağın mikroflorası çox incə bir strukturdur. Bir çox faktorlar normal mikrofloranın pozulmasına gətirib çıxarda bilər:

- kəskin və xroniki streslər,

- düzgün olmayan qidalanma (qidalanmada meyvə-tərəvəzlərin, göyərtilərin, süd məhsulların az, şirin, yağlı, konservləşdirilmiş, qızardılmış qidaların çox olması),

- mədə-bağırsaq sistemi xəstəlikləri, cərrahi əməliyyatlar, immun sisteminin kəskin zəiflənməsi,

- bəzi dərman preparatların  uzun müddət ərzində qəbulu (antibiotiklər, sulfanilamid preparatları, hormonlar, kimyəvi terapiya və s.). Nəzərinizə çatdıraq ki, antibiotiklərin qısa kursları disbakterioza səbəb olmur. Müalicə qurtardıqdan sonra normal mikroflora tez bir zamanda bərpa olunur. Bu səbəbdən belə qısa müalicə kurslardan sonra probiotiklərin (mikrofloranı bərpa edən preparatlar) qəbuluna ehtiyac yoxdur.

Lakin uzun müddət ərzində güclü antibiotiklərin qəbulu bağırsağın normal mikrofloranı kəskin şəkildə pozur.

- arıqlamaq məqsədi ilə tutulan pəhrizlər (söhbət ilk növbədə düzgün olmayan pəhrizlərdən gedir - uzun müddət ərzində 1-2 məhsulla qidalanma), ac qalma.

Bağırsağın normal mikroflaranın pozulması (sağlam mikrobloranın azalması, zərərli mikrofloranın çoxalması) disbakterioz adlandırılır. Bu pozulmanın nəticəsində orqanizm tam şəkildə bura daxil olan qidanı mənimsənilə bilmir və qidanın qalıqları burada çürüməyə başlayır. Çürümə məhsulları qana sovrulur və orqanizmin xroniki intoksikasiyasına səbəb olur. Disbakteriozun fonunda bir çox hallarda allergiya, anemiya, astma, depressiya, xroniki yorğunluq inkişaf edir.


Şərhlər:
Baxılıb: 869
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz