Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Oliqofren uşaq - əlamətləri
Oliqofren uşaq - əlamətləri
Göndərən: Qlamurr
Şərhlər: 6
Baxılıb: 814
Səs ver:
Dövrümüzün demək olar geniş yayılmış narahatlıqlarından biri oliqofren şəxslərlə reabilitasiya işidir. Son zamanlar xüsusilə oliqofreniya diaqnozlu uşaqlar artıq yetəri saydadır. Bəs nədir bu qədər ciddi narahatlıqların artma səbəbi? Niyə görəsən son dövrdə doğulan uşaqlarda bu narahatlıqlara xüsusilə rast gəlirik?

Səbəbləri: Oliqofreniya narahatlığı adı altında mərkəzi sinir sisteminin üzvi və zədələnməsi nəticəsində fərdin dərketmə fəaliyyətinin pozulması nəzərdə tutulur. Oliqofreniya üç mərhələdə -- prednatal (bətndaxili), natal (doğuş zamanı), postnatal (doğulduqdan sonra) müəyyən səbəblər nəticəsində mərkəzi sinir sisteminin, ilk növbədə baş beyin qabığının zədələnməsilə fərdin əqli və psixi inkişafının ləngiməsidir. Oliqofreniyanın yaranmasına aşağıdakılar səbəb ola bilər:

Ananın hamiləlik dönəmində yoluxduğu yoluxucu xəstəliklər (qızılca, məxmərək və.s. ) , toksiplazmoz, düzgün qidalanmama, irsi faktorların olması, rezus-faktor uyğunsuzluğu, valideynlərin alkoqolik yaxud narkotik vasitələrdən istifadə etməsi, doğuş zamanı alınan travmalar və s...

Dərəcələri: Oliqofreniyanın üç dərəcəsi ayrılmışıdır:

1. Ağır dərəcə (idiotluq) — Bu diaqnoz ona görə ən ağır dərəcə hesab olunur ki, bu zaman baş beyin qabığının bir neçə mərkəzi (nitq, görmə, eşitmə və s.) zədələnir. Belə fərdlər ətraf aləmi alqılaya bilmirlər, emosional sferaları, idrak prosesləri, və .s. ciddi formada aşağı olur. Eyni zamanda, öyrənmə prosesi çox ləng gedir, akademik inkişaf demək olar ki, yox səviyyəsində olur. Onlara ancaq sadə özünəxidmət bacarıqları verilir.

2. Orta dərəcə (imbesillik) — İmbesil fərdlər sadə əmək vərdişlərinə, nitqə ilkin ən sadə biliklərə yiyələn bilərlər.

3. Yüngül dərəcə (debillik) — Belə fərdlərə ən sadə akademik biliklər vermək, fikrini ifadə edə bilmək, sosial bacarıqlar və s. bu kimi bilgiləri aşılamaq mümkündür.

İdrak proseslərinin göstəriciləri:

Nitq: Oliqofrenlərdə nitq ləng inkişaf edir. Nitq prosesi ləng başlamaqla paralel, onlarda passiv və aktiv lüğətin zəifliyi müşahidə olunur. Sözlər mövcud olsa da ,onlardan istifadə çox zəifdir. Onların nitqi qrammatik cəhətdən düzgün olmur, belə ki, əvəzliklərdən düzgün istifadə edilmir, mürəkkəb və uzun cümlələr qura bilmir, fikirlərini izah etməyə cümlə seçimi zəif olur və s...

Təfəkkür: Ümumiləşdirmə, qruplaşdırma, fərqləndirmə, uyğunlaşdırma və s. təfəkkür prosesləri hesab olunur. Ona görə oliqofren hesab olunan fərdlərlə təfəkkürün inkişafı üçün əsasən bu tip tapşırıqlarla işlənilir. Bu proseslərdən birinin pozulması təfəkkürün  pozulması hesab oluna bilər. Eyni zamanda, oliqofren fərdlə təfəkkürün inkişafı üçün, sözlü ünsiyyətin inkişafına xüsusilə diqqət yetirmək lazımdır.

Hafizə: Müşahidələr göstərir ki, oliqofren fərdlər hər bir yeniliyi çətinliklə mənimsəyir, verilən materialı tez-tez yaddan çıxarırlar. Buna səbəb isə, oliqofren fərdin sinir proseslərinin xüsusiyyətlərindəndir. Əsasən isə bu "yaddaşsızlıq” təfəkkürün inkişafı ilə bağlı olur. Eyni zamanda, bu diaqnozlu fərdin məqsədli öyrənmə və yadasalması mümkün olmur. Bu isə onun narahatlığı ilə birbaşa bağlıdır.

Diqqət: Oliqofren fərdlərin hər birinə rast gəlinən əsas narahatlıq diqqətin qeyri-sabit, dağınıq, davamlılığının az olmasıdır. Bu bir qayda olaraq, bütün oliqofren fərdlərdə rast gəlinir.Ən sadə diqqət tapşırıqlarının aparılması bunun üçün əsas vasitədir. Eyni zamanda, bunlara əməl etmək lazımdır:

1) əyani vəsait sadə olmalıdır
2) fərdin edə biləcəyi tapşırıqdan başlamaq lazımdır
3) masada əlavə heç nə olmamalıdır
4) ən xırda müvəffəqiyyət belə qiymətləndirilməlidir.....

Son olaraq, Freydin sözlərini unutmayın: "İnsanın əsas müqayisə obyekti onun özü olmalıdır”.

Narınc Uşaq Psixologiya Mərkəzinin inkişaf geriliyi üzrə mütəxəssisi Fəridə Həsənova


Şərhlər: 6
Baxılıb: 814
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Psixi inkişafdan geri qalan uşaqların sayı çoxalır. əsasən lap uşaqlıqda alınan travmalar nəticəsində belə olur. Ona görə də ilk hamiləlik dövründən başlayaraq uşaqların sağlamlığını qorumaq lazımdır.

...666...
20 avqust 2015 00:47
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
VIP
Allah dərd verməsin,dərdi verəndə dərmanında versin.
20 avqust 2015 00:01
# 5
Başımın üstündə Allah,yanımda ailəm olsun.
efsane..
Allah uzaq elesin bele xestelerede Rebbim sefa versin
19 avqust 2015 22:48
# 4
vipbetul
Alah uzaq elesin
19 avqust 2015 15:39
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Bele xesteliye tutulmus bir yaxinimiz var. yungul derecede xestedir, lakin usaq cox qabilieytlidir biliklidir bacariqlidir. Hamilelikde mutleq qorunmalidir ki bele xestelikler yaranmasin
19 avqust 2015 08:51
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Allah uzaq etsin, hamile xanimlar calisdialari qeder xeste insanlardan uzaq durmali ki, bezi yoluxucu xesteliklere yoluxmasin, en esasi betninde olan korpeye gore bezi seylerden uzaq durmalidirlar.
19 avqust 2015 05:59
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz