Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Limfostaz - fil xəstəliyi
Limfostaz - fil xəstəliyi
Göndərən: emis
Şərhlər: 9
Baxılıb: 1476
Səs ver:
Qandan əlavə insan orqanizmində digər çox vacib maye - limfa dövr edir.

Limfa sistemi qan sisteminin hissəsi sayılır. Limfa sistemi kapilyarlar, damarlar, limfa düyünləri və limfa axarlarından ibarətdir. Limfa sistemi drenaj funksiyasını yerinə yetirir - orqanizmdə toplanan artıq mayenin qan sisteminə düşməsini təmin edir.  Limfa sistemi immun sisteminə də aiddir - limfa düyünlərində orqanizmə düşən ziyanlı mikroblar və s. yad cisimlər saxlanılır və zərərsizləşdirilir. Limfa sistemi həmçinin orqanizm tərəfindən yağların mənimsənilməsinə kömək edir. Müasir tibdə limfa sisteminin funksiyaları sona kimi öyrənilməyib.

Limfanın normal dövr etməsi orqanizm üçün çox vacibdir. Lakin müxtəlif səbəblərə görə bu prosess pozula bilər ki, nəticədə insanda limfostaz xəstəliyi inkişaf edir. El arasında bu xəstəlik "fil xəstəliyi" adlandırılır. Əksər hallarda limfostaz ayaq və qollarda, bəzən cinsiyyət orqanlarında, süd vəzilərdə, üz nahiyəsində inkişaf edə bilər.

Limfostaz anadangəlmə və qazanılmış ola bilər.

Qazanılmış limfostaz adətən birtərəfli olur - məsələn, bir qolda və ya bir ayaqda inkişaf edir. Ödem gizli inkişaf edir - zədələnmiş ətrafın dərisi solur, dəri tədricən qalınlaşmağa başlayır, dərialtı damarlar daha az görünən olur, şişkinlik yavaş-yavaş artır.

Xəstəliyin əvvəlində şişkinlik insan uzanıb dincəldikdən sonra yox olur (zədələnmiş ayaq və ya qol bir qədər yuxarıda olmalıdır - yastıqların üstünə qoymaq olar). Lakin xəstəlik inkişaf etdikcə bu kömək etmir - şişkinlik qalır və vaxt keçdikcə daha da çox gözə çarpmağa başlayır, xəstəni ağrılar narahat edir. Xəstəliyin ilkin mərhələlərində mütləq həkimə müraciət etmək lazımdır.

Qazanılmış limfostazın səbəbi limfa damarlarının zədələnməsi və nəticədə limfanın normal axması prosesinin pozulmasıdır. Bunun nəticəsində maye toxumalarda yığılmağa başlayır və ödem (şişkinlik) yaranır.

Limfostaz bu kimi hallarda inkişaf edə bilər:

- limfa düyünlərinin və limfa damarlarının şişləri və zədələmələri nəticəsində,

- cərrahi əməliyyatlardan sonra (limfa düyünləri və limfa damarları xaric olunduqda - məsələn, qadınlarda süd vəzi xərçənginə görə keçirilmiş əməliyyatdan sonra inkişaf edə bilər),

- varikoz xəstəliyi nəticəsində,

- travmalardan (sınıq, çıxıq, yanıqlar və s.) sonra (bunların nəticəsində limfa axarları zədələnir),

- bəzi infeksiyaların nəticəsində (adətən bu stafilokokk və qurd infeksiyaları olur).

Limfostazın müalicəsi uzunmüddətlidir. Müalicə zamanı massaj (həm əl, həm də apparat masajı), xüsusi pəhriz, müalicəvi bədən tərbiyəsi, lazerlə müalicə və s. istifadə olunur. Ən əsası isə limfostazın inkişafına səbəb olan əsas xəstəlik müalicə olunmalıdır (əgər bu mümkündürsə).

Bəzi hallarda limfostazın müalicəsi cərrahi yolu ilə aparılır.


Şərhlər: 9
Baxılıb: 1476
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aynur2002
Allah qorusun
21 noyabr 2015 13:13
# 9
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
BARBI
Allah qorusun cox agir ve agrili xestelikdir. Mualiceside cox cetindir.
14 avqust 2015 01:13
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Allah uzaq etsin.
13 avqust 2015 20:12
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Catwoman666
Limfa anlayışı ilə Anatomiya dərsindən tanışam. Limoftaz xəstəliyi haqda isə məlumatm yox idi.

...666...
13 avqust 2015 19:55
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
lale.veliyeva19
Allah uzaq eləsin bilirəm bu xəstəlik haqqında çox pis bir şeydi Allah qorusun
13 avqust 2015 15:43
# 5
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

amaril
Allah gostermesin
13 avqust 2015 14:51
# 4
vipbetul
Allah uzaq elesin
13 avqust 2015 13:01
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Limfa ağrıları hiss edən zaman gecikdirmədən mütləq həkimə müraciət etmək lazımdır çünki şişkinlik zamanı digər orqanlarda zədələnə bilər . Allah əziyyət çəkən xəstələrə şəfa versin.
13 avqust 2015 12:57
# 2
sadecə mən
Fil xəstəliyi çox ağır xəstəlikdi.Daha çox infeksya yolu ilə yayılır.Bu ağır xəstəliyə Afrika ölkələrində daha çox rast gəlinir.
13 avqust 2015 12:36
# 1
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz