Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hansı rəngdən hansı xəstəliyin müalicəsində istifadə olunur?
Hansı rəngdən hansı xəstəliyin müalicəsində istifadə olunur?
Göndərən: Fialka
Şərhlər: 10
Baxılıb: 833
Səs ver:
Bədbəxt insanlar özünü mavi kimi soyuq hiss edir, əsəbi insanların diqqətini isə ancaq qırmızı çəkir. Bu dünyada qırmızıdan başqa hər hansı rəngin fərqinə varmırlar.

Rənglər nəinki xəstəliklərdən, insanın xüsusiyyətlərindən xəbər verir, xəstəlikləri sağalda da bilirlər. Bunu hələ qədim dövrlərdən aşkar ediblər. Məsələn, qədim Misirdə məbədlərdə xəstələri yaxşılaşdırmaq məqsədilə hər otağı başqa rəngə boyayıblar. Çinlilər də 2000 il əvvəl rəng müalicəsindən istifadə edib.

Döyüşçülər daha qəzəbli və sərt görünmək üçün bədənlərini qara, qəhvəyi və qırmızı; yerli qadınlar isə daha təsirli görünmək üçün açıq rənglərə boyayardı.

Şəfa mənbəyi
"Sadəcə rəngli geyinmək və ya evinizi müxtəlif rənglərlə bəzəmək rəng terapiyası etdiyinizi göstərmir. Rəng terapiyası orqanizmdə mövcud olan beş elementdən istifadə ilə həyata keçirilir: Od -qırmızı, torpaq -sarı, hava, su - yaşıl, mavi, səma - açıq mavi. Bu rənglərin kombinasiyası və onların enerjisi ilə bədəndəki xəstəliklər müalicə edilir. Bu beş element rənglərin enerjisini özünə doğru çəkir. BElementlərin bu xüsusiyyətindən istifadə edən rəng terapevtləri rəngli şüşələri xəstənin probleminə görə seçir. Ondan sonra şüşənin 4-də 3-nü su ilə və geri qalan hissəsini hava ilə doldurur. 72 saat ərzində şüşələr hava və su ilə birləşir ki, bunun nəticəsində enerji və rəngin vibrasiyalarını birləşdirərək xəstənin elementi ortaya çıxarılır. Xəstə müalicəsi üçün bu suyu içməlidir. Bundan sonra rəng terapevti  ehtiyacınız olan rənglərdən ibarət meyvə və tərəvəzləri müəyyən edir. Məsələn; Qırmızıdırsa, pomidor, yaşıldırsa, göyərti yeməyi məsləhət görür”.

Eyni zamanda terapevtiniz sizin dilinizə görə, gecə lampasının rəngini təklif edir. Rəng terapiyasında ancaq göy qurşağından ibarət olan rənglərdən istifadə olunmur, eyni zamanda işıq da vacibdir.

Həkim Qamze Şenbursa rənglərin sirrini isə belə izah edir:

Bənövşəyi emosional, aqressiv insanların müalicəsinə uyğundur.  Bundan başqa, həddindən artıq yemək istəyənləri sakitləşdirir və yemək istəyini nəzarət altında saxlayır.

Tünd mavi, lacivərd zəkanı hərəkətə keçirir, insana cəsarət, nüfuz və daxili rahatlıq verir. Göz, qulaq, burun və boğaz müalicəsində istifadə edilir. Damar problemleri (varis), sinir sistemi xəstəlikləri, çiban, yara, dəri problemlərində də istifadə olunur.

Şok keçirənlərə mavi yaxşı təsir edir. Mavinin soyuducu təsiri də var. Təlaşlı və qorxmuş insanlara kömək edir. Yuxudan əvvəl mavi rəngə baxmaq kabus görməyin qarşısını alır. Şok və ya infarkt keçirən insanlara tövsiyə edilir.

Hamilələr üçün yaşıl rəng uyğun gəlir. Yaşıl stressi azaldır. Ürək problemi olan insanlara köməkçi olar. Uşağın inkişafına təsir edir, sınıqların və sümüklərin tez sağalmasına kömək edər. Sakit  bir mühit yaratmaq üçün hamilə xanımlara yaşıllıqda gəzmək təklif edilir.

Sarı zəkanı hərəkətə keçirir, insanlarda xoşbəxtlik təsiri yaradır. Həzm sistemini yaxşılaşdıran bu rəng dəri problemlərini müalicə etməkdə faydalı hesab olunur. Tənha və depressiyada olanlara portağal rəngi – narıncı tövsiyə olunur.  Çünki bu rəng depressiyada olan insanların əhvalını yüksəldir. Portağal rəngi meyvəsi kimi, təbiətə enerji verir. Öd daşı, həzm sistemi problemləri, döş problemləri və artrit xəsətliyində təsirlidir.

Qan azlığında qırmızı rəngdən istifadə olunur. Qırmızı rəng qan azlığının qarşısını alır, adrenalin ifraz olunmasını təmin edir, hemoqlobinin çoxalmasına səbəb olur. İnsanın daha güclü olmasını təmin edir. Qırmızı rəng geymək qan azlığı və digər qan xəstəliklərindən şikayəti olan insanlar üçün yaxşıdır.


Şərhlər: 10
Baxılıb: 833
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
rengin sağıamlığa ne tesiriye?!
inanmadim
7 avqust 2015 16:31
# 10
Don't trust anyone ∆
WiRiN BaLaM
rənglərdə faydalıymış,, nəsə inandırıc gəlmədi mənə
7 avqust 2015 16:22
# 9
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Canavar sevgisi
Tund mavi♥♥♥♥♥♥♥♥

Lazimli xeberdi
6 avqust 2015 22:47
# 8
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Catwoman666
Rənglərin sağlamlığa az-çox təsiri olduğunu düşünürəm.

...666...
6 avqust 2015 20:15
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
ʚɞღ..Sultanım..ღʚɞ
Maraqli melumatdi 08
6 avqust 2015 17:43
# 6
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
vipbetul
bele seylere ınanmıram
6 avqust 2015 15:36
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Maraqlidir, ilk defe esitdim dogrusu, menim qanim azdir, qirmizi reng geyinim gerek.
6 avqust 2015 13:55
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Tomris Müslümova
Musiqinin xəstəliyə təsiri olduğunu bilirdim amma rənglərin yox bu maraqlı və dəyişik oldu
6 avqust 2015 13:35
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Ilk defedir renglerin bu qeder faydali oldugunu esitdim. Maraqli faktlardi
6 avqust 2015 12:41
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ayka
heqiqeten cox maraqli xeber idi maraq ve diqqetle oxudum sonuna qeder...
6 avqust 2015 12:39
# 1
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz