Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müalicə olunmayan 10 xəstəlik
Müalicə olunmayan 10 xəstəlik
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2831
Səs ver:

alt

 

Elm və texnologiya insan həyatının digər sahələrində olduğu kimi tibb sahəsində də böyük irəliləyişə nail olmuşdur. Lakin buna baxmayaraq tibb elmi heç də bütün xəstəlikləri müalicə edə bilmir. Bu xəstəliklər zamanı xəstənin vəziyyətini xeyli yaxşılaşdırmaq olsa da tam müalicəsi hələlik mümkün deyil.

 

10. Polimielit

Əsasən uşaqlarda rast gəlinən sinir sisteminin virus xəstəliyidir və paraliclərlə, ətrafların deformasiyası ilə müşaiət olunan ağır patologiyadır. Bu xəstəliyə qarşı vaksin çox uğurlu olsa da yoluxduqdan sonra müalicə mümkün deyil.

alt

 

9. Ebola virus qızdırması

Mərkəzi Afrikada rast gəlinən və ölümcül qızdırma ilə müşaiət olunan ağır xəstəlikdir. Simptomları qızartı, qızdırma və hemorragiyadır. Xəstələrdə psixi pozuntular da rast gəlinir.

alt

 

8. Qrip

Çoxlarına yüngül gəlsə də bu xəstəlik də müalicə olunmur. Simptomları qızartı, qızdırma, baş ağrılarıdır. A, B, C tipli ortomiksoviruslar tərəfindən törədilir.

alt

 

 

7. Qırmızı qurd eşənəyi

Autoimmun xəstəlik olub müxtəlif orqanların xronik iltihabını törədir.

alt

 

 

6. Şəkərli diabet

Karbohidrat mübadilısinin pozulması ilə müşaiət olunan geniş yayılmış endokrin sistem xəstəliyidir. Xəstəliyin profilaktikası asan olsa da tam müalicəsi mümkün deyil.

alt

 

 

5. Kreksfeldt-Ceykob xəstəliyi

Nadir xəstəliklərdən olub sinir sisteminə təsir edir. Əsasan 40-70 yaş arasında baş verir. Xəstəliyin simptomları psixi dəyişikliklər, demensiya, qeyri-iradi hərəkətlər və s.

alt

 

 

4. QİÇS

Demək olar ki hamıya məlumdur ki, bu xəstəliyin də müalicəsi yoxdur. Xəstəlik yoluxucudur və immun sistemə təsir edərək onu məhv edir. İnsan heç vaxt bu xəstəlikdən ölmür, onun orqanizmi digər xəstəliklərə qarşı müqavimət mexanizmlərini məhv etməsindən ölür.

alt

 

 

3. Astma

Astma tənəffüs yollarının xroniki iltihabi-allergik xəstəliyidir. Xəstələr müalicə zamanı xeyli müsbət dəyişiklik görsə də tam müalicə mümkün deyil.

alt

 

 

2. Soyuqdəymə

Çox təəccüblüdür ki, belə adi xəstəliyin spesifik patogenetik müalicəsi yoxdur. Müxtəlif tipli viruslar tərəfindən törədilir. Müalicəsində isə ancaq simptomatik dərmanlar istifadə olunur.

alt

 

 

1. Xərçəng

Genetik mutasiya nəticəsində orqan və toxumalarda meydana çıxan yad törəmələrdir. Orqanizmi müxtəlif mexanizmlərlə məhv edən bu xəstəliyin hələlik tam müalicəsi yoxdur.

alt

 

Mühüm qeyd: Bu xəstəliklərdən hər hansı birinin sizdə və qohumlarınızda olması ölüm hökmü demək deyil. Hər bir fərd müxtəlif olduğu üçün yuxarıda qeyd olunan xəstəliklərin də inkişafı və müalicəsi fərqlidir və bəzən tamamilə müalicə oluna bilər. Yuxarıdakı məlumatlar ümumi populyasiyada statistikaya əsaslanaraq hazırlanmışdır.//Aztibb



Şərhlər:
Baxılıb: 2831
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz