Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zobun müalicəsində... qurbağa kömək edirmi?
Zobun müalicəsində... qurbağa kömək edirmi?
Göndərən: emis
Şərhlər: 9
Baxılıb: 1159
Səs ver:
Çox güman ki, siz də bu haqda eşitmisiniz. Məsələn, uzun illər ərzində zob xəstəliyindən əziyyət çəkən filankəs qurbağanın köməyi ilə tam sağaldı.

Bu  mümkündürmü? Yoxsa heç bir tibbi əsası olmayan növbəti əfsanədir.

Bir çox hallarda (lakin 100% hallarda yox!) qalxanavari vəzi xəstəlikləri insanın orqanizmində yod çatışmazlığı zamanı inkişaf edir. Qalxanvari vəzinin normal fəaliyyəti üçün ona mütləq yod lazımdır. Yod az olduqda isə vəz böyüməyə başalayır, onun fəaliyyətində müxtəlif pozulmalar baş verir və s.

Yod orqanizmimizə çox kiçik miqdarlarla içməli su, qida məhsulları və hətta nəfəs aldığımız hava ilə daxil olur. Lakin yodun bu kiçik miqdarı da qalxanvari vəzinin normal fəaliyyəti üçün kifayyət edir.

Yod çatışmazlığı dənizlərdən uzaq olan ərazilərdə (xüsusilə də dağlıq yerlərdə) müşahidə olunur. Belə yerlərdə həm suda, həm havada, həm də torpaqda yod çox az olur. Nəticədə bu ərazilərdə becərilən meyvə-tərəvəzlərin, dənli bitkilərin və s. məhsulların tərkiblərində və həmçinin suyun və havanın tərkibində olan yodun miqdarı insana lazım olandan azdır. Nəticədə insanın orqanizmində yuxarıda sadaladığımız pozulmalar (qalxanvari vəzinin böyüməsi, fəaliyyətinin pozulması və s.) baş verir.

Bəs bunların qurbağaya nə aidiyyəti var? Məsələ burasındadır ki, bir sıra bitkilərin (xüsusilə, suda bitən yosunların və s.) tərkibində və suda yaşayan canlıların orqanizmlərində (o cümlədən, qurbağanın) həqiqətən də çoxlu miqdarda yod elementi var. Məhz bu səbəbdən qədim dövrlərdə insanlar bu bitkilərin və canlıların köməyi ilə yodun defisiti ilə mübarizə aparmağa çalışırdılar. Dəniz yosunları, qoz, dəniz süngəri, qurbağalar və s. geniş istifadə olunurdu. Qurbağanı boyunun üzərinə qoyurdular, onu iyləyirdilər.

Təbii ki, müasir zamanlarda yodun defisiti ilə bağlı olan qalxanvari vəzi xəstəliklərin və pozulmaların müalicəsi üçün effektiv və sınanmış üsullar var. Bu səbəbdən əgər sizdə və ya yaxınlarınızda qalxanvari vəzi xəstəlikləri varsa, qurbağanı axtarmayın, həkimlərə müraciət edin. Əks halda siz yalnız qiymətli vaxt itirəcəksiniz və nəticədə xəstəlik daha da ağırlaşa bilər.

Bundan əlavə insan orqanizmində qalxanvari vəzi hormonların fonu pozulduqda, bu halda yodla olan müalicə deyil, xüsusi hormonal müalicə lazımdır. Belə müalicə aparılmadığı halda xəstənin səhhəti və hətta həyatı böyük təhlükə altına düşmüş olur.


Şərhlər: 9
Baxılıb: 1159
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Happy
Bu haqda azda olsaydi melumatim var idi. Teshekkurler
9 iyul 2015 16:00
# 9
Catwoman666
men de tvden deyese esitmisdim ki bu xesteliyin mualicesinde qurbaganin komeyi var
8 iyul 2015 22:35
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
neri
duzdu mende esutmisem hettda 15qurbagayka zobu yoxa cixib birinin.menimde zobum var ama vaxtinda hekime gedib mualice eletdirem .
8 iyul 2015 21:38
# 7
Sert
Dosta_inam
Mende eşitmişem bu haqda,Allah şefa versin her bir xesteye.ister qurbağa ile ister başqa üsulla sağalsınlar,ancaq yeter ki sağalsın bütün zobdan ve başqa xestelikden eziyyet çeken insanlar,Amin.
8 iyul 2015 18:17
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
aliceWOnDer
Cox pis xestelikdi, qonsumuzda var, qiz dehset ariqlayib..
8 iyul 2015 17:33
# 5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
adi bir xesdelik kimi gorunsde eslinde insan orqanizmiycin cox ziyanli xesdelikdir
8 iyul 2015 16:07
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Bu haqda bilmirdim düzü ancaq çox iyrənc bir yöntəmdir və müalicə etməsidə inandırıcı deyil yaxşı olar ki, həkimin köməkliyiylə müalicə olunsun nəinki qurbağalarla..
8 iyul 2015 15:36
# 3
BARBI
Men cefengiyat demezdim cunki sexsen ozum bu hadisenin sahidi olmusam heqiqetende qurbaga zobu yox edir. Hekimler inkar edir cunki onlar allahin yaratdigina tebii usulara inanmirlar.
8 iyul 2015 09:15
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Tamamile raziyam sonuncu cumlelerle
Bezi coxbilmiw firildaqcilarin hedefine tuw gelmiw cahil insanlar var ki bu yolda ne qeder pul tokubler guya qurbaga zobu sagaldir sonda netice elde etmedikde yeniden endokrinoloqa muraciet edib ve duzgun teyin olunmuw mualice neticesinde sagaliblar belede etmek lazimdi twk
8 iyul 2015 09:07
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz