Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qıcqırmanın müalicəsi
Qıcqırmanın müalicəsi
Göndərən: Sabrina
Şərhlər: 17
Baxılıb: 1140
Səs ver:
Qıcqırma - ayrıca bir xəstəlik olmayıb, müxtəlif xəstəliklərin əlamətidir. Ona görə də qıcqırmadan qurtulmaq üçün, bu xoşagəlməz əlamətə səbab olan xəstəliyi müalicə etmək lazımdır.

Qıcqırma daimi olmadıqda və ya hər hansı bir xəstəlik nəticəsində baş vermədikdə, yandırma hissiyyatını sakitləşdirən dərman maddələrindən istifadə etmək olar. Bunlar antasid preparatlar olub, qida borusunun selikli qişasını örtərək, onu mədə şirəsinin kəskin təsirindən qorumaq qabiliyyətinə malikdirlər. Bu halda suspenziya (maye) şəklində olan preparatlar daha yaxşı kömək edir. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, bu preparatları 3-4 həftədən artıq müddət ərzində qəbul etmək olmaz.

Qıcqırma zamanı "Borjomi”, "Slavyanovskaya”, "Narzan” və digər mineral sular yaxşı kömək edir. Müalicə ilıq (38-400) şəkildə 50-100 ml (1/4-1/2 stakan) həcmində mineral suyun qəbul edilməsi ilə başlayır. Yaxşı uyğunlaşma olduğu halda, müalicənin 3-4-cü gününə, bir dəfəyə qəbul edilən suyun miqdarını 1 stakana çatdırmaq olar. Qıcqırmanın olması şikayəti qeyd edildiyi halda, mineral suyu yeməkdən 30-40 dəqiqə sonra, yəni məhz qıcqırmanın baş verməsi gözlənilən zaman qəbul etmək lazımdır. Mineral sular yalnız qıcqırmanın qarşısını almır. Onlar həmçinin, mədə-bağırsaq sisteminin istənilən xəstəlikləri zamanı da yaxşı müalicəvi təsir göstərirlər.

Qıcqırma zamanı təcili yardım kimi 1 çay qaşığı zeytun və yə çaytikanl yağı (əlacsız qaldıqda – günəbaxan, qarğıdalı) içmək olar. Bu zaman effekt çox tez baş verir və uzun müddət ərzində qalır. Adi günəbaxan tumlarının yeyilməsi də qıcqırmaya qarşı yaxşı kömək edir.

Yeri gəlmişkən, qıcqırma zamanı çay sodası qəbul edilməsini həkimlər məsləhət görmürlər. Qələvi olan çay sodası ilə, mədə şirəsindəki xlorid turşunun qarşılıqlı təsiri nəticəsində, xeyli miqdarda karbon qazının hasil olması ilə gedən kimyəvi reaksiya baş verir. Bu qaz mədəni dolduraraq onun şişməsinə səbəb ola bilər. Əgər bu zaman mədədə əvvəlcədən də xora, eroziya mövcud olarsa (bu zaman mədənin divarı nazilmiş olur), bu, həmin nahiyədə mədənin deşilməsi və mədə möhtəviyyatın qarın boşluguna düşməsi ilə nəticələnə bilər. Bu halda isə, həyat üçün çox təhlükəli olan və təcili olaraq cərrahi müdaxilə tələb edən peritonit inkişaf edir. Dəfələrlə və uzun müddət ərzində çay sodasının, xususilə də maye şəklində deyil, bıçaq və ya qaşığın ucunda qəbul edilməsi orqanizmin zəhərlənməsinə səbəb olur. Bu zaman baş ağrısı, zəiflik, qusma kimi əlamətlər baş verir.


Şərhlər: 17
Baxılıb: 1140
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
lazimli melumat oldu

lazimli melumat oldu
11 iyun 2015 16:29
# 17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
SENSİZ
herden mendede olur miniralni su cox komek edir
9 iyun 2015 23:23
# 16
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Happy
Allah komek olsun xestelere. Ele bir problemim yoxdu Shukur Allaha
9 iyun 2015 19:30
# 15
ALESSANDRA
Qıcqırma zamanı təcili yardım kimi 1 çay qaşığı zeytun və yə çaytikanl yağı (əlacsız qaldıqda – günəbaxan, qarğıdalı) içmək olar. Bu zaman effekt çox tez baş verir və uzun müddət ərzində qalır. Adi günəbaxan tumlarının yeyilməsi də qıcqırmaya qarşı yaxşı kömək edir.


belə problemim yoxdu şükür
9 iyun 2015 17:55
# 14
Don't trust anyone ∆
Dosta_inam
Şükür mende olmur ele bir hal,medem ağriyirdi bir müddet az yemek yeyirdim,müalice etdirdim keçdi çox şükür,yoldaşimda olur ara sira oda tum yeyir herden keçir.
9 iyun 2015 16:07
# 13
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
...AdaDunyam``
bele bir problemim yoxdur
9 iyun 2015 15:54
# 12
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Baharim ol
Mende qara cayi axsam vaxt icenden sonra olur.uje tergidmisem.Borjomi xeyirli sudu.onu mama sudle qarisdirib qardasima oskureyine gore verir.xeyir olur
9 iyun 2015 15:29
# 11
Ama yenede
Catwoman666
mende qicqirma olmur umumiyyetle medemle bagli problemim yoxdu
9 iyun 2015 15:08
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
BARBI
Mineral sular cok effektiv usuldur. Mende daim olmur bezen ayda bir bu hal bas verir.
9 iyun 2015 14:34
# 9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
tek umidim sen
Bu qicqirma nece olur mene catmirda)) Hec catmasinda))) Allah uzaq elesin...
9 iyun 2015 14:31
# 8
Kadın derin ama adam yüzme bilmiyor...
wenikmurik
Mende arada olur
9 iyun 2015 14:21
# 7
Bugunume wukr!
GünƏşimƏ_AiD_
Hi mendede olacaqee qastrit medem cix aqriyir en cixde esebleshende son zeng gunu nece esebleshmishdimsee medem ele. İlirdim bu saat partdiyacaq.,bizde nesilde var ata terfdee menede kecib..hekime gedece ya bu hefte yada gelen hefte en boyuk priblemim ise oruc tuta bilmiyecem.cix heyfslenirem..
Hemde axir vaxtlar djetsa eledim deye ozudee dietda ancaq butun gunu su, birde azca gunirtda yemek yeyeirdim deye medemide pozdu..gorekde Allah xeyir etsi hekime gedim ne deyecek.
Xeteliyi olanlarada Allah shefa versin
9 iyun 2015 14:19
# 6
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Luna-90
Tursu.limon.pomidor yeyen kimi mende qicqirma olur cunki qastiritim var cepki yani
9 iyun 2015 14:13
# 5
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
ulduz
er terefden hami medesin tutur qicqirmadan ezyyet cekir .yoqurtdan.semickadan en coxda derman.ist edirler.tebii ki en mentiqlisi hekim muayinesi ve mualcesidir
9 iyun 2015 14:07
# 4
Fialka
Qıcqırmadan əziyyət çəkən insanlar var ətrafımda onlarda burda qeyd olunduğu kimi mineral sulardan və tumdan istifadə edir keçsin deyə ancaq ən effektiv üsul həkim müalicədir, təşəkkürlər.
9 iyun 2015 14:03
# 3
qanadli melek
Mamada hey olurdu sonra qatiq derman aldiq cox tesirlidi icen kimi duzelir
9 iyun 2015 13:14
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Tomris Müslümova
neyinse elameti ola biler qicqirma.allah uzaq elesin
9 iyun 2015 12:31
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz