Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Artıq çəki ürəyə ziyandır
Artıq çəki ürəyə ziyandır
Göndərən: emis
Şərhlər: 13
Baxılıb: 829
Səs ver:
Az hərəkətli həyat tərzi yaşayanlar, digərlərinə nisbətən çəkinin artmasına daha çox meyilli olurlar. Məsələ bundadır ki, onlar sadəcə olaraq, gün ərzində qida ilə qəbul etdikləri enerjini (kalori) sərf edib qurtara bilmirlər.

Nəticədə artıq qalan kalorilər piy şəklində yığılır. Alimlər tərəfindən müəyyən edilmişdir ki, normal çəkisi olanlara nisbətən çəkisi artıq olanlarda hipertoniyanın inkişaf etmə riski 6 dəfə (!) daha yüksəkdir. Çəkisi artıq olanlar tənəffüs pozğunluğundan da (təngnəfəslik) əziyyət çəkdikləri üçün, bu, son nəticədə ağ ciyər və ürək çatmazlığına səbəb olur. Bundan savayı, çəkisi artıq olan insanlarda aterosklerozun inkişaf etmə riski də xeyli dərəcədə yüksək olur.

Buna görə də bütün həyat boyu çəkini normada saxlamaq lazımdır – bu ürək-damar xəstəliklərinin profilaktikasında vacib olan şərtlərdən biridir. İnsan yaşa dolduqca, çəkinin hər artıq kiloqramı, onun sağlamlığı üçün daha təhlükəli olur!

Bəs, artıq çəkinin olduğunu necə müəyyən etmək olar? Bunun üçün bədən kütləsi indeksininhesablanmasının xüsusi formulu vardır. Bədən kütləsi indeksini bu formul ilə müəyyən edirlər: bədənin kütləsini (kq), boyun metrlə hesablanan ölçüsünün kvadratına bölünməsi. Məsələn, əgər sizin boyunuz – 1m 60 sm, çəkiniz isə 65 kq olarsa, bədən kütləsi indeksini təyin etmək üçün siz belə hesabat aparmalısınız = 65 : (1,6x1,6) = 65 : 2,56 = təxminən 25,4. Normada bədən kütləsi indeksi 25-ə qədər olmalıdır. Demək sizin göstəriciniz normadan bir qədər artıqdır. Əgər sizin bədən kütləsi indeksi 30 və ya 30-dan çoxdursa, demək sizdə piylənmə baş verib.

Dietoloq-həkimilə məsləhətləşin ki, o sizə uyğun arıqlama üsulunu tövsiyə etsin


Şərhlər: 13
Baxılıb: 829
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Sucan
artiq ceki hec istemirem eee Allah elemesin ki artiq cekiden ureye ziyan olsun
20 iyun 2015 21:49
# 13
ALESSANDRA
çekininde heddi var!
şükür mn normalam
kök olmaq ancaq ziyandan başqa bir şey deyil
20 iyun 2015 20:28
# 12
Don't trust anyone ∆
WiRiN BaLaM
Ziyanlı olduğnu bilirem artıq çekim yoxdur şükür .. teşekkür
20 iyun 2015 16:03
# 11
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
cinqosh
Bir az artıq kilolarım var.ramazan ayında lap da pis kökəlirəm.Allah razı olsun.yaxşı xəbərdi.
20 iyun 2015 15:48
# 10
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Catwoman666
cox artiq ceki tebii ki ziyandir hem ureye hem orqanizmaya ve s.
20 iyun 2015 15:42
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
BARBI
Artiq ceki butun orqanizme xelel yetirir cox ziyandir . Insanda piylenme baslayir bu da ureyin fealiyyetini zeifledir
20 iyun 2015 15:04
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
bu hakda bilirdim boyuma gore cekim normaldi
20 iyun 2015 15:02
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Menimde boyuma gore cekim 5kilo artiqiydi,indi normalam
20 iyun 2015 15:00
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Dosta_inam
Her neye ziyan olsada,çox şükür artıq çeki problemim yoxdur.
20 iyun 2015 14:51
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Leylican
men cekimden raziyam 02
bu artiq cekinin olmasini nmueyyen etmek usulu da qesengdi
20 iyun 2015 14:38
# 4
SEBR....
yarpaq33
Artiq ceki butun orqanizme ziyandi weker xesteliyide bunun neticelerindendi hemcinin urek ve qaraciyer xestelikleride artiq cekiden emele gelir
20 iyun 2015 14:12
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Tomris Müslümova
elbetde artiq ceki az herekete getirib cixarir buda insanin butun bedenine urek basda olmaqla ziyandi
20 iyun 2015 13:00
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Artıq çəki nəinki təkcə ürəyə həmdə bütün orqanizm üçün zərərlidir. Hətta piylənmə nəticəsində xərçəng xəstəliyi belə yarana bilər ki, Allah uzaq eləsin və artıq çəkidən əziyyət çəkən hər kəsə şəfa versin.
20 iyun 2015 12:51
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz